NARGIS
Ru En
NARGIS MAGAZINE
Karabakh – Winter Wonderland

Karabakh – Winter Wonderland: açılış

Noyabrın 15-də “Port Baku Mall” ticarət mərkəzində Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə həsr edilən “Karabakh – Winter Wonderland” adlı nəfis instalyasiya sərgisinin rəsmi açılışı olub.

Açılışda nazirliklərin və müxtəlif şirkətlərin nümayəndələri, bloggerlər, “NARGIS”in tərəfdaşları və dostları, böyüklər və uşaqlar iştirak ediblər. Qonaqlara instalyasiyanın özü kimi şirin kiçik adam formasında şirniyyatların paylanılması bayram ovqatını bir az da artırıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Azərbaycanın tanınmış memarları, mühəndisləri və istedadlı qənnadı ustaları Şuşa qala divarlarından tutmuş Ağdam məscidi və Xudafərin körpüsünədək Azərbaycanın mədəni abidələrinin, eləcə də Füzuli hava limanı kimi yeni tikililərin və Bakı şəhərinin diqqətəlayiq yerlərinin "şirin miniatürlərini" ərsəyə gətiriblər. QR kodlar, həmçinin sərgi barədə informasiya böyük ekranda yerləşdirilib. Bu kodlar vasitəsi ilə həmin abidələrin tarixi və mədəni əhəmiyyəti barədə məlumat əldə etmək mümkündür. Bütün məlumatlar üç dildə “NARGIS” jurnalının vebsaytında təqdim olunur.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Layihənin məqsədi Bakı sakinləri və şəhərin qonaqlarını Qarabağ diyarının zəngin mədəniyyəti ilə tanış etmək, eləcə də uşaqlara və böyüklərə Yeni il ərəfəsində xoş əhval-ruhiyyə bəxş etməkdir. Layihənin ideya müəllifi və rəhbəri “NARGİS” jurnalının baş redaktoru Ülviyyə Mahmudovadır.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

İnstalyasiyanın hazırlanmasında 80 kq un, 15 kq yağ, 330 ədəd yumurta, 20 kq şokolad, 200 kq marsipan, 250 kq aysinq, 15 kq bal, 3 kq zəncəfil tozu və müxtəlif şirniyyatlardan istifadə olunmuşdur. 40-dan çox marsipan fiquru əllə hazırlanmış, 30 zəncəfil evi quraşdırılmış, 100-dən çox zəncəfil ağacı və 5 yeni il ağacı “bəzədilmişdir”. Evciklərdə işıq yanır, şeytan çarxı fırlanır, şəkərli qar ilə örtülmüş küçələrdə yüzdən çox zəncəfil miniatür adamlar gəzir. Eksponatların rahatlıqla şəklini çəkmək və onları sosial şəbəkələrdə #nargisgingerbreadcity həştəqi ilə paylaşmaq olar.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

“NARGIS” komandası bu cür geniş miqyaslı layihənin gerçəkləşməsində əvəzsiz dəstəyinə görə Fövqəladə Hallar Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, “Azərenerji” ASC-yə, “Azərsu” ASC-yə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə, Bakı Nəqliyyat Agentliyinə, “SMTS” MMC, Port Baku Mall və JW Marriott Absheron Baku otelinə öz minnətdarlığını bildirir.


Sərgi 13 yanvar 2022-ci il tarixinədək davam edəcəkdir. Giriş sərbəstdir.