NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

"Italdizain" və "Messika" yüksək sürət və zərgərlik sənətinin birliyini təqdim edir

Yüksək sürət və yüksək zərgərlik sənəti dünyaları Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə "Four Seasons Hotel Baku" hotelində görüşüb.

Azərbaycandakı rəsmi distribütoru "Italdizain" şirkəti olan Fransa zərgərlik Evi "Messika" nüfuzlu tədbirin şərəfinə öz kolleksiyalarının xüsusi nümayişini təşkil edib.

"Four Seasons Hotel Baku" hoteli "Baku City Circuit" (Bakı Şəhər Halqası) yarış trekinin düz mərkəzində yerləşir. Yarışın keçirildiyi yalnız üç gün ərzində – 13–15 sentyabr tarixlərində "Zafferano" restoranında "Messika" zərgərlik kolleksiyaları nümayiş olunub, "Eyvan" terrasında isə sürət həvəskarları üçün eleqant "Cafe Messika" kafesi açılıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Yarış trekinə açılan ilhamverici mənzərələr tədbir iştirakçılarına avtomobil yarışları idmanı dünyasının başlıca tədbirlərindən birinin kontekstinə tamamilə qərq olmağa imkan verib. Nüfuzlu tədbirin qonaqları – Formula 1 Qran-Prisinin izləyiciləri üçün eksklüziv olaraq hazırlanmış xüsusi menyu qastronomik kompozisiyalarda "Messika" zərgərlik inciləri və sürətli avtomobil yarışları dünyasının yüksək idman nailiyyətləri mövzusuna xas ekspressiya və cəsarəti bir araya gətirib.

Pop-ap sərgi çərçivəsində "Four Seasons Hotel Baku" hotelində təqdim edilmiş, hərəkətli brilyantlarla bəzədilmiş məşhur "Move Imperial", "Move 10th" və "Move Link" kolleksiyaları hərəkət və uçuş, mükəmməliyə, zirvələrə və kəşflərə canatma mövzularını özündə birləşdirir. Brendin vizual özünəməxsusluğunu müəyyənləşdirən arxitektur siluetlər və həndəsi formalar yarış avtomobillərinin kontur xətləri və pilotların həyəcanverici virajları ilə maraqlı, ifadəli səsləşmə yaradır.

"Lucky Eye" kolleksiyası hər bir idmançı üçün doğma olan uğur mövzusuna və dəyərli uğur talismanına həsr olunub, "My Twin" kolleksiyası isə kontrastlarla oynayır və gələcək qaliblər üçün müstəsna dərəcədə faydalı keyfiyyət hesab edilən şablondankənar qərar vermək xüsusiyyətinə malik insanları rəğbətlə qarşılayaraq ziddiyyətləri cəsarətli şəkildə birləşdirir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

"Messika" brendinin zərgərlik nümunələri aşağıdakı ünvanlarda yerləşən "Royal Collection" butiklərində əldə edə bilərsiniz: Azərbaycan, Bakı, 28 May küçəsi, 4 və Niyazi küçəsi, 5B.
Əlaqə nömrələri: +994 (12) 498-00-53, +994 (12) 492-76-56.

"Messika" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/ru/brands/messika

"Italdizain" şirkəti haqqında
"Italdizain" şirkəti 1996-cı ildə İtaliya mətbəx mebellərinin Azərbaycan bazarına tədarükü ilə məşğul olan kommersiya təşkilatı qismində təsis edilmişdir. Öz fəaliyyəti müddətində o, yeni istiqamətlər yaratmış və biznesini genişləndirmişdir. Hazırda "Italdizain" onlarla butiki özündə birləşdirən, zərgərlik məmulatları, saatlar, qab-qacaq, ev və interyer əşyalarının satışı üzrə ixtisaslaşmış böyük holdinqdir.

"Messika" Evi haqqında
Fransanın "Messika" zərgərlik Evi 2005-ci ildə Valeri Messika tərəfindən yaradılıb. Məşhur brilyant dileri olan atasının işindən ilham alan Valeri yüksək zərgərlik sənəti ənənələrini müasir dizaynla birləşdirən brendi yaratdı. Brendin məşhur kolleksiyaları sırasına "Move", "My Twin", "Glam'Azone" və "Lucky Eye" daxildir. Müasir eleqantlığı və zərifliyi özündə əks etdirən "Messika" dünya məşhurları və dəb sənayesinin nümayəndələri arasında populyardır.