Üzük və boyunbağı NAAR Luxury "Topaz Family" kolleksiyası
Hər bir səmimi emosiya qeyri-iradidir.
Mark Tven
Çoxumuz uşaqlıqdan təbii neqativ emosiyalarımızı iqnor etməyi, gizlətməyi və boğmağı öyrədildiyimizi xatırlayırıq. Bizə deyirdilər ki, bu keçirdiyimiz hisslər pisdir və onlar bizi də pis edirlər, biz bu hisslərdən utanmalıyıq və onlara sərbəstlik verməməliyik. Amma necə? Buna dəyərmi? Biz uşaqlıqdan bəri öz hisslərimizi görməməzlikdən gəlməyi öyrənirik, onların varlığını qəbul etmirik, çünki bizi belə proqramlaşdırırlar: bizə təlqin edirlər ki, müsbət çərçivədən kənar hiss etdiyimiz hər şeydən utanmalıyıq. Ancaq məhz həmin hisslər çox güclü olurlar - biz düşündüyümüzdən daha güclü.
Biz onları nə qədər gizlətməyə çalışsaq da, onlar çölə çıxmağa çalışırlar, özlərini göstərməyə can atırlar. Çox zaman da onlar bu və ya digər formada özlərini göstərərək qalib gəlirlər. Bəzən sağlam, bəzən isə qeyri-sağlam, hətta toksik şəkildə.
Öz emosiyalarını tanımaq və onları idarə etmək öyrənməli olduğumuz əsas bacarıqlardan biri olmalıdır və bunu öz uşaqlarımıza da öyrətməliyik. Əgər siz həqiqi problemlərinizi görüb, eqonuzu kənara qoyaraq öz hisslərinizdən danışa bilsəniz, desəniz ki: “Mən bunu hiss edirəm, xeyr, mən bundan utanmıram, mən bu vəziyyəti başqası ilə dəyişməyə çalışacağam, amma bu məndə var və bu mənim bir hissəmdir”, sakitləşsəniz və qəbul etsəniz – o zaman “o” özü sizin daxilinizdə artıq böyüməyəcək, çünki siz onu özünüzdə artıq qəbul etdiniz. Bununla sizin hərəkətləriniz dəyişəcək, siz həyatda daha uğurlu olacaqsınız, ətrafdakı insanlarla daha sağlam münasibətləriniz olacaq, problemlərin və daxili disbalansın öhdəsindən daha asanlıqla gələcəksiniz, onların neqativ təsirindən yan keçəcəksiniz.
İstənilən güclü emosiyalar bizim növbəti addımlarımızın uğurlu olması şansını yüksəldir. Qəzəb ürəyinizdə yığılan hər şeyi səmimiyyətlə açıb söyləməyə məcbur edəcək. Qorxu “özünə zərər yetirməmək” funksiyasını işə salaraq təhlükədən qaçmağı və vəziyyətdən çıxmağı öyrədəcək. Nəhayət, sevgi – hər şeyin yenidən yaranmasıdır, hətta özünüzün də…
Hər hansı güclü hisslər keçirən insanın gözümüzün önündə gözəlləşdiyini və daha da cavanlaşmasını görmək heyrətamiz deyilmi? Təbiət bununla bizə göstərir ki, insan öz emosiyalarından enerji alaraq inkişaf edə bilər və etməlidir də. Çünki bu uzunömürlü gəncliyə, uğura aparan yoldur.