NARGIS
Ru En
NARGIS MAGAZINE
Nargis for Eco: Planet Calling

Go Green with Nargis

Planetimiz ciddi ekoloji böhran yaşamaqdadır. Qlobal istiləşmə, okeanların və atmosferin çirklənməsi, meşə yanğınları, biomüxtəlifliyin itirilməsi günümüzün reallığına çevrilib. Bir milyona yaxın flora və fauna növü məhv olunmaq ərəfəsindədir. Proqnozlar ürəkaçan deyil – planetimizin biomüxtəlifliyinin böyük hissəsi yaxın onilliklərdə yox olacaq.

Bəşəriyyət vəhşi təbiətin bəzi növlərini bərpa edə bilməsə də, ekoloji problemləri nə qədər çox öyrənsək və həyat tərzimizi dəyişsək, “Evimizi” qaçılmaz ölümdən bir o qədər tez xilas edə biləcəyik.

Artıq bir neçə ildir ki, “NARGIS” Nəşriyyat evi davamlı və uğurlu şəkildə ekoloji təşəbbüsləri, təbii sərvətlərə qənaətli yanaşmanı həyata keçirir və ətraf mühitə qarşı məsuliyyətli münasibəti təbliğ edir. Son dörd il ərzində biz minlərlə Bakı sakininin və şəhərimizin qonaqlarının ziyarəti, eləcə də onlarla məktəbdə uşaqlar üçün ustad dərslərinin keçirilməsi ilə səciyyələnən üç “Make the Earth Smile” (2019),“Reduce, Reuse, Recycle, Respect” (2021), “Planet Calling” (2022) adlı ekoloji sərgiləri həyata keçirmişik. Məqsədimiz ildən-ilə dəyişilməz olaraq qalmaqdadır: ictimaiyyətin diqqətini ekoloji problemlərə cəlb etmək, eləcə də uşaqların maarifləndirilməsini həyata keçirmək və cəmiyyəti təbiətlə şüurlu münasibətə dəvət etməkdir.

Bu il “NARGIS” yarım ildən çox davam edəcək daha geniş miqyaslı “Go Green” təşəbbüsü ilə qayıdır!

Layihə çərçivəsində aşağıda qeyd olunanlar nəzərdə tutulub:

•Paytaxtımızın plastik və digər tullantılardan təmizlənməsi;

•Tərəfdaşlarımızla birgə tədbirlərin, eləcə də ofislərdə, zavodlarda və plantasiyalarda müxtəlif ustad dərslərinin keçirilməsi;

•Məktəblərdə və digər təhsil müəssisələrində uşaqlar üçün “Ətraf mühitin çirklənməsi” və “Təbiəti qoruyaq” mövzularında ustad dərslərinin təşkili;

•Şəhər boyu eko-qutuların yerləşdirilməsi;

•“NARGIS” eko-çantaların istehsalı;

•Bakı şəhərinin sakinləri və qonaqları arasında sosial sorğunun keçirilməsi;

•“NARGIS” saytında məlumatlandırıcı məqalələrin və sosial şəbəkələrdə ətraf mühitin mühafizəsinə dair müxtəlif maarifləndirici materialların dərc edilməsi;

•Bakıda oktyabrın 2-6 tarixlərində keçiriləcək “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak;

•Oktyabrın 7-dən noyabrın 30-dək Port İncəsənət Mərkəzində tərəfdaşlarımızla birgə “Go Green” təşəbbüsü üçün hazırlanmış eksklüziv instalyasiyalar sərgisinin keçirilməsi.


Ətraflı məlumat üçün bizi sosial şəbəkələrdə izləməyə davam edin.