Türkiyənin "Free Mind Media" şirkəti və"Nargis" fondu həyatın mənası barədə metaforik filmlər silsiləsi təqdim edirlər. 27 dekabrda Nizami kino mərkəzində bu layihə çərçivəsində çəkilmiş ilk filmin premyerası baş tutub. "Sana sarılmayı o kadar isterdim ki" qısametrajlı film daha əvvəl Moskvada və İzmirdə keçirilən Beynəlxalq Qısametrajlı Filmlər Festivalında finala çıxıb. Nümayiş filmin ssenaristi və baş rol iştirakçısı Könül Nağıyevanın nitqi ilə başlayıb. Gecənin qonaqları yerli və xarici şirkətlərin, media, dövlət strukturları, mədəniyyət və incəsənət nümayəndələri, həmçinin Azərbaycanda diplomatik missiya başçıları olub. Daha ətraflı məlumat və fotohesabat nargisfund.com saytında. NARGIS Fund komandası və tədbirin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə dərin minnətdarlığını bildirir!
Mədəniyyət
Türkiyənin "Free Mind Media" şirkəti və"Nargis" fondu həyatın mənası barədə metaforik filmlər silsiləsi təqdim edirlər
/