NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

Qələbənin düsturu

Сова! Ты властелин моей души,
Ты озаряешь сны мои собой.
Ты знаешь, что снаружи и внутри,
Ничьи слова не властны над тобой.

Сова! Сражаешь взглядом наповал,
В ночную темень за собой маня.
Никто меня, как ты, не волновал,
Покоем окрыляешь ты меня.

Сова! Люби, как люди не умеют.
Владей не темным лесом – только мной!
Мой властный дух перед тобой немеет...
Тебе клянусь – я сделаюсь другой.


Сова! Ты нас мудрее и добрей:
Прощаешь всех, прощаешь злое дело,
И тех, кто лжет, – прощаешь, как детей...

Əgər həyatımızda hər şeyin alt-üst olduğunu düşünürüksə, əslində bu hər şeyin öz yerini tutmağa başlamasına işarədir, bu başlanğıcdır.

Yəqin ki, hər kəs bu hissi yaşayıb, özü də dəfələrlə: sevdiyin insandan ayrılmaq, əzizlərinin məyus etməsi, işin itirilməsi... Hətta uşağın dünyaya gəlməsi də bəzən azadlığının itirilməsi qorxusunu yaradır. Çoxlarına belə hadisələr çaşqınlıq, kədər, qəzəb və hətta ümidsizlik təlqin edir.

Bu hadisələr bizi daxili disbalansa sürükləyərək, dünyamız alt-üst edirlər.

Belə anlarda elə təsəvvür yarana bilər ki, hər şey nəzarətdən çıxıb, biz hər kəsi, özümüzü belə itiririk və özümüzü ələ almaq mümkün deyil.

Biz stress keçirə, öz hisslərimizlə mübarizə apara, əvvəlki həyatı qaytarmağa çalışa bilərik... Eyni zamanda düşünmədən və baş verənlərin fərqinə varmadan yenisinə atlana bilərik ki, bu da yaxşı deyil. Həyat sizə kədər bəxş edirsə, bir günlə yaşayın.

Açar indiki zamana köklənməkdədir. Özündən heç nə gözləməmək və hər şeyin niyə məhz bu cür baş verdiyini anlamağa çalışmamaq.

Həyatımız müxtəlif cür keçirdiyimiz milyonlarla anlardan ibarətdir. Onlardan bəzilərini biz məhəbbət, azadlıq, sülh, ahəngdarlıq, səadət axtarışlarına sərf edirik... Digərləri gündəlik rutinlərin bizə yüklədikləridir. Qəlbinizdə Yaradanın sizə bəxş etdiyi həmin nuru tapın – o hamıda var! Siz özünüzdə böyük qüvvə və istənilən maneəni aşmaq bacarığı kəşf edəcəksiniz.

Qələbənin əsas düsturu: ilk addımı atmaqdır. Sonra – növbəti. Zaman haqqında isə unudun. Biz növbəti addımı atmağa qadir olduğumuz qədər güclüyük.

Ülviyyə Mahmudova,
Baş redaktor