NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

Force of Love: part 2

Bakıda “Force of Love” yaz festivalı keçiriləcək


Mayın 24-dən 26-dək “Space______13” incəsənət məkanında “Force of Love” festivalı baş tutacaq. Festival müxtəlif sənət əsərləri, kitablar, fotoşəkillər, zərgərlik məmulatları, ev və gözəllik ləvazimatları, vintaj çantalar, və geyimlərin nümayiş olunduğu böyük bir sənətkarlıq bazarıdır.

Mayın 24-si və 25-i şəhərimizin sakinləri və qonaqları keyfiyyətli vaxt keçirəcək, hədiyyələr qazanacaq, ödənişsiz baçata rəqsi dərslərinə qoşulacaq, fantastik musiqi və mətbəxdən həzz alacaqlar. Qonaqlar həmçinin övladları və dostları ilə birlikdə qəhvə sənəti, akril boyama, keramika, boşqab boyama, floristika, dekorativ sənət, robotexnika, sabunqayırma, süfrə hazırlama və ətir sənəti üzrə master-klasslara qoşula bilərlər. Bu ustad dərslərinin böyük əksəriyyəti tamamilə ödənişsiz olacaq.

Festival insanlara öz sevdikləri ilə bir araya gəlmək, ünsiyyət qurmaq, yaradıcı layihələrdə iştirak etmək, əylənmək və övladları ilə keyfiyyətli vaxt keçirmək üçün şans yaratmaq məqsədi daşıyan sosial yönümlü bir tədbir kimi nəzərdə tutulub.

Tədbirin bədii hissəsi mayın 26-da baş tutacaq. 19:00-da məşhur stand-up komediyaçıları olan “Comedy Club”, “HB”, “Naşa Raşa” layihələrinin ssenari müəllifi, Şən və Hazırcavablar Klubunun “Bakılı oğlanlar” komandasının ssenari müəllifi Cavid Qurbanov və rejissor, ssenarist, yazıçı, redaktor, “Nə? Harada? Nə vaxt?" hazırcavablar klubunun üzvü Roman Orkodaşvili çıxış edəcəklər.

Festival çərçivəsində tədbirin dəstəkçisi olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nəzdində olan Mədəni və Yaradıcı Sənayelərinin İnkişaf Mərkəzi hər kəsi öz arzularını gerçəkləşdirməyə, musiqi, rəqs, teatr, yumor, dizayn, memarlıq, moda sənəti, sənətkarlıq və təsviri incəsənət, kino, video, fotoqrafiya, ədəbiyyat, nəşriyyat, televiziya, radio və reklam, oyunlar və kreativ texnologiyalar sahələrində öz istedadlarını nümayiş etdirməyə dəvət edir.

Festival qonaqlara xoş təəssüratlar bəxş etməklə yanaşı maraqlı, interaktiv və yaddaqalan olacaq. Hər birinizi səbirsizliklə gözləyirik!


Mayın 24-si və 25-i festivala giriş ödənişsizdir.
Mayın 26-da keçiriləcək tədbirdə iştirak etmək üçün biletləri https://iticket.az/ saytından əldə edə bilərsiniz.

  •  
  •  
  •  
/

Program:

24 may
13.00-14.30
- kətan üzərində rəsm (çöldə)
- sabun hazırlamaq və bəzəmək üzrə master-klass (içəridə)
- robototexnika (içəridə)

15.00-16.30
- dulusçuluq üzrə master-klass (içəridə)
- eko çanta dizaynı üzrə master-klass (çöldə)
- ətirlərin hazırlanması üzrə master-klass (içəridə)

17.00-18.30
- çay yığmaq üzrə master-klass (içəridə)
- masanın bəzədilməsi üzrə master-klass (içəridə)
- çiçəklərin əkilməsi üzrə master-klass (çöldə)

19.00-20.00
- Zumba rəqsi (çöldə)

25 may
12:00-13:00
-Gərilmə seansı (çöldə)

13.00-14.30
- qəhvənin rənglənməsi üzrə master-klass (çöldə)
- kağız kuklaların hazırlanması üzrə master-klass (çöldə)

15.00-16.30
- boşqabların rənglənməsi (çöldə)
- Ülviyyə Mahmuddan rəsm çəkmə üzrə master-klass (çöldə)
- çay master-klassı (içəridə)

17:00-18:30
- Şüşə rəngləmə üzrə master-klass (çöldə)
- Firuzə Sultanzadədən “Sıfır Tullantı” adlı ekoloji mövzuda master-klass (çöldə)
- Becausenever tərəfindən geyim graffitisi üzrə master-klass (çöldə)

19.00-20.00
- bachata rəqsi (çöldə)

Festival zamanı gündəlik proqramla tanış ola bilərsiniz:

- Üz sənəti (çöldə)
- “Yaradıcı” tərəfindən Cultech (içəridə)
- Karikatura çəkmək (çöldə)
- Reyhanın eskiz üzrə master-klassı (içəridə)
- “Yaradıcı” tərəfindən animasiya (içəridə)
- Əhməd Nəbiyevlə rəqəmsal moda
Anic8nic/NotAboutButa və “Yaradıcı” tərəfindən Atide markası (içəridə)
- kəndirbaz (çöldə)
- “Gamebuzz” stolüstü oyunları (çöldə)
- Gitarada ifa (çöldə)
- “Yaradıcı” tərəfindən Gametech (içəridə)
- Foto sərgi (içəridə)
- Fal və proqnozlar (içəridə)