“Hublot”un üzərinə götürdüyü Sehrli Çin üçlüyü bunlardır: “uzun” adı ilə də tanınan şərq əjdahası və iki qədim sənət növü: kağız kəsmə və taxma yonma sənəti. “Spirit of Big Bang Titanium Dragon” saatının yaradılması da məhz bunlarla baş verdi.
Çin zəngin qədim mədəniyyətə və Asiya ənənələrinin xüsusi ruhuna malik bir ölkə kimi ənənəvi kağız kəsmə sənətində həmişə ön planda olan bir ölkə olub. Bu ənənəvi Çin sənətindən ilham alaraq, “Spirit of Big Bang Titanium Dragon”un əlləri, təkərləri və H formalı vintləri şərq əjdahasının 3D siluetinə əsasən hazırlanıb.
Çin təqvimində 2024-cü il, hər 12 ildən bir gələn Əjdaha ilinin qayıdışı kimi qeyd olunur. Məşhur Çin mədəniyyətini təcəssüm etdirən bu səmavi məxluq rifahla əlaqələndirilir. Uğur, güc və müdriklik simvolu olan əjdaha həm də həyatı və əbədiliyi təcəssüm etdirən imperial simvoldur. “Loong” həm simvol, həm ikonadır, eyni zamanda onun universal mənası “Loong” mədəniyyətinin əsasını təşkil edir. “Loong” olaraq da bilinən bu simvol doqquz müxtəlif heyvanın xüsusiyyətlərini - krevetin gözlərini, maralın buynuzlarını, öküzün ağzını, itin burnunu, pişik balığının bığlarını, şirin saçları, ilanın uzun quyruğu, balığın pulcuqları və qartalın pəncələrini özündə cəmləşdirir. Bu əjdahanın metamorfozu bir neçə min il ərzində baş verib. Çen Fenvanın toxunuşları ilə birlikdə bu müqəddəs heyvan, talisman və totem Çinin sənət dünyasının ən böyük mədəni miraslarından biri olan kağız kəsmə sənətini qeyd edir. Bu, təxminən 2000 il əvvəl Çində yaranmış, kağızın ixtirası ilə təqribi eyni dövrə təsadüf edən bir sənət növüdür. Çinə məxsus kağız kəsmə sənəti 2009-cu ildən etibarən Bəşəriyyətin Qeyri-Maddi Mədəni Mirası Siyahısında yer alır və yaradıcılarının əxlaqi prinsiplərini, fəlsəfələrini və mənəvi ideallarını ifadə etmək üçün istifadə olunur. Bu cür kağızdan hazırlanmış sənət nümunələri toy və doğum kimi hadisələri qeyd etmək üçün keçirilən şənliklərdə istifadə olunur. Həmçinin, xoşbəxtlik və uğur simvolu olan kağızdan hazırlanmış dekorasiyalar Çin Yeni ili şənliklərində də istifadə edilir.
“Hublot” ilk dəfə olaraq oyularaq dizayn olunmuş rezin kəməri təqdim edir. Mərkəzində rəssam Çen Fenvanın yer aldığı, 88 parçadan ibarət məhdud buraxılış, incə saplar vasitəsilə və ya oyularaq hazırlanmış müxtəlif kağız təsvirlərdən, naxışlardan və kompozisiyalardan ibarət olan “Cianji” kağız ornamentlərini diqqət mərkəzinə alıb. Metaforların və simvolların “Hublot” tərzində birləşdirildiyi, ənənəvi və müasir üslubun öz əksini tapdığı ilk, unikal və fərqli kolleksiya!
Oyma dizaynlı rezin kəmər “Hublot” Çinli rəssam Çen Fenvanı ənənəvi Çin “dəyirmi heykəltəraşlığı”nı müasir incəsənət ilə birləşdirməyə dəvət edib. Bununla da, göylərə yüksələn zaman ətrafa möhtəşəm ab-hava yayan əzəmətli və dinamik “loong” yaradılmış oldu. Bu sənət əsəri həyatın daim yenilənən totemini simvolizə etməklə yanaşı, “Hublot”un “İlk, bənzərsiz və fərqli olun” fəlsəfəsini ifadə edir.
42 millimetrlik titan korpusda “Hublot”, kəsilmiş kağızların qat-qat effektlərini “Hublot” komponentlərinin estetik kodlarını özündə birləşdirən bir neçə səviyyəli aplikasiyadan ibarət baza panelini örtən çoxqatlı lövhəciklərdə əks etdirir. Əjdahanın silueti “Hublot” üçün bir ilk olan rezin oyma motivlərin də yer aldığı kəmərin üzərində əks olunub. Əjdaha dırnaqlarının hər biri rənglidir və kəmərə inteqrasiya olunması üçün “nano-vulkan”laşdırılmışdır. Bu incə dekorativ əməliyyat tamamilə əl ilə həyata keçirilir və hər kəmərin tamamlanması üçün təxminən 8 saat tələb olunur. 88 parçadan ibarət məhdud saylı “The Spirit of Big Bang Titanium Dragon”, titan-boz rəngli ikinci “Velcro fabric” kəmər ilə təklif olunur. Bu dəfəki Çin Yeni ili şənlikləri avtomatik hərəkət edən və 50 saatlıq enerji ehtiyatı olan HUB1710 saatı ilə önə çıxır.
Beləliklə, içəriyə yerləşdirilmiş gizli əjdahanı görə bildinizmi? Horologiyanın bu şedevrləri “birləşmə sənəti” metaforasını və materiallardan ibarət sənət növlərində qalmağı ifadə edir. “Hublot” fəlsəfəsinin simvolu öz qabiliyyətləri sayəsində zamanı qavramaq üçün yeni bir üsul təklif edir. Onun hissələrinin komponentləri: əllər, dişlər və ya vintlər Çinli rəssam Çen Fenvan tərəfindən kağız kəsiklər halında yaradılmış əjdaha siluetini tamamlaması üçün çoxölçülü təbəqələrdə yerləşdirilib. Əjdahanın başı əllər, təkərlər və H-formalı vintlər arasında bir-birini əvəz edən bir neçə qatdan ibarətdir, bədəni və dırnaqları isə kəmər boyunca uzanır. Rənglər Çen Fenvan tərəfindən kağızdan kəsilərək yaradılmış heykəlləri əks etdirir. 42 millimetrlik titan korpusda “Hublot”, kəsilmiş kağızların qat-qat effektlərini “Hublot” komponentlərinin estetik kodlarını özündə birləşdirən bir neçə səviyyəli aplikasiyadan ibarət baza panelini örtən çoxqatlı lövhəciklərdə əks etdirir. Əjdahanın silueti “Hublot” üçün bir ilk olan rezin oyma motivlərin də yer aldığı kəmərin üzərində əks olunub. Əjdaha hər biri rənglidir və kəmərə inteqrasiya olunması üçün “nano-vulkan”laşdırılmışdır. Bu incə dekorativ əməliyyat tamamilə əl ilə həyata keçirilir və hər kəmərin tamamlanması üçün təxminən 8 saat tələb olunur.
ÇEN FENVAN
Çen Fenvan Quançjou İncəsənət Akademiyasının Çap işləri fakültəsində təhsilini bitirib. O, tez-tez Çinin milli kağız kəsmə sənətini müasir incəsənətlə birləşdirir. O, gənc ikən media tərəfindən “90-cı illərdən bəri ən yaxşı kağız kəsmə sənətkarı” kimi adlandırılırdı. Onun əsərləri “kağız” konsepsiyasına əsaslansa da, o, öz işlərini xüsusi bir çərçivə ilə məhdudlaşmır və daha geniş insan kütləsi ilə əlaqə quraraq ictimai sektorda incəsənətin çoxyönlü sərhədlərini aktiv şəkildə araşdırır. O, əsərlərinin əksəriyyətində xəyalən təsəvvür etdiyi bir sıra hekayələri daha əyilə bilən bir material - kağız vasitasilə dilə gətirir. O, daha geniş auditoriya ilə əlaqədə olmaq və ictimaiyyətə daha yaxın ola bilmək üçün emosiyaların da yer aldığı universal xatirələrlə şəxsi təcrübələrini birləşdirməyi çox yaxşı bacarır.
Çen Fenvan 2019-cu ildə Çin Müasir İncəsənət Arxivi (CMAA) tərəfindən diqqətlə saxlanılmalı olan biri kimi seçilmişdi. 2022-ci ildə onun “Hello, Walls” və “Papercut on Earth’s Window” adlı iki əsəri “Art Field Naihai Guangdong”da sərgilənib. 2021-ci ildə “The West Lake in Vectorial Dynamic” əsəri istəklər əsasında ictimai məzmunlu əsər kimi ərsəyə gətirilib. Onun əsərlərindən biri olan “Lucky Garden” 2021 –ci ildə “Chengdu Biennale” sərgisində, eləcə də 2019-cu ildə “Zhejiang” İncəsənət Muzeyinin on illiyinə həsr olunmuş sərgidə nümayiş etdirilib. “Infinite” əsəri isə 2018-ci ildən 2021-ci ilə qədər 11 dəfə müxtəlif yerlərdə sərgilənib. Son illərdə o, böyük ölçülü əsərləri olan “A Symmetrical Nature” seriyasını, həmçinin “Jintian in Tianjin”i davam etdirmək üçün "simmetriya" mövzusunu şəxsi tədqiqat mövzusu kimi seçib və bununla da, müasir kağız kəsmə sənətinə yeni mənalar bəxş etməyə davam edir.