NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Doha Mücəvhər və Saat Sərgisi 2024

Doha Mücəvhər və Saat Sərgisi 2024-cü ildə 20-ci buraxılışını qürurla qeyd edərkən, eksklüziv zərgərlik və incə dizayn haqda məlumatlı olanların çox sevdiyi Doha Sərgi və Konqres Mərkəzində zənginliyin təcəssümü ilə tanış olun. 15 ölkədən 500-dən çox brendin yer aldığı göz qamaşdıran dəbdəbəli saatlar, boyunbağılar, üzüklər, sırğalar, brilyantlar, qızıl və gümüş məmulatları ilə zövqünüzü oxşayın. Daş-qaş ustadları, ən yaxşı dizaynerlər və dünyaca məşhur şəxslərlə birlikdə 175 ölkədən 30 min həvəskarın iştirak etdiyi qlobal tədbirə qoşulma şansını qaçırmayın. bu buraxılışı qürurla təqdim edən “Qatar Tourism” və “Qatar Business Events Corporation” sizlərə lüksün və innovasiyanın misilsiz bayramını vəd edir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Tədbirin əsas məqamları:
- 15 ölkə diqqət mərkəzindədir
- 500-dən çox brend təmsil olunur
- Ekspertlər tərəfindən sektor haqqında gündəlik danışıqlar
- Dünyaca məşhur insanlar və “influencer”lərlə fikir mübadiləsi aparmaq imkanı
- Digər heç birinə bənzəməyən pərakəndə satış təcrübəsi

Tədbirin təfərrüatları:
Tarix: 5 – 11 Fevral 2024-cü il
Məkan: “DECC” - Doha Sərgi və Konqres Mərkəzi
Vaxtlar: Həftə içi: 12:00 - 22:00, Cümə günü: 15:00 - 22:00
Biletlər: Bütün ziyarətçilər üçün giriş pulsuzdur. Qeydiyyat tezliklə açılacaq

  •  
  •  
  •  
  •  
/

“DECC” haqqında:
33 min kvadrat metrdən çox ərazini əhatə edən dünya səviyyəli “DECC” sərgisi beynəlxalq, regional və yerli brendlərin şəbəkələşməsi üçün platforma təklif edir. “DJWE”nin seminarları və digər tədbirləri bu sektorun mütəxəssislərini alıcılarla birləşdirərək, regional müştəri seçimləri üçün bir sıra imkanlar təklif edir. “The Gems and Metals Calibration Lab” isə alıcılara almazın qiymətləndirilməsi, fırıldaqçılığın qarşısının alınması və beynəlxalq standartlara riayət edilməsi ilə bağlı təcrübələr qazandırır.

Ətraflı məlumat üçün Doha Mücəvhər və Saat Sərgisi 2024 saytına daxil olun.