NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

“Bulgari” 2024 Yaz-Yay Qadın və Kişi Eynəkləri Kolleksiyasi

“Bulgari” 2024 Yaz-Yay Qadin Eynəkləri Kolleksiyasi

İncə sənətkarlıq imzası altında yaradılmış “BULGARI” 2024 Yaz-Yay Qadın Eynəkləri Kolleksiyası zaman və məkan anlayışından uzaq azadlıq hissini ifadə edir. Məşhur “Roman Maison”un ikonik mücəvhər kolleksiyalarından ilhamlanan “Serpenti” gözlük kolleksiyası bir sıra fərqli və qiymətli detallar vasitəsilə mifik ilanın zamansız cazibəsini vurğulayır, hansı ki, bu kolleksiya əfsanəvi ikonanın gözləri, başı və digər həndəsi ölçüləri ilə oynanılaraq hazırlanıb. Eyni zamanda, qabaqcıl dizaynın əsl simvolu olan xüsusi “B.zero1” xətti isə yeni Minilliyə həsr olunub. Cazibədar və son dərəcə müasir olan “BULGARI” eynək dizaynları əsl ləl-cəvahirat ab-havasına malikdir və güclü, xarizmatik və özünə güvənən qadınları vurğulayır. İstedadlı italyan fotoqraf Vito Fernisola tərəfindən parlaq şəkildə kadrlara alınmış, məşhur model Vittoria Serettinin iştirakı ilə baş tutan yeni eynək kampaniyası müasir zəriflik anlayışını yenidən təyin etmək üçün modanı və sənətkarlığı bir-birinə qarışdırır.

GÜNƏŞ EYNƏKLƏRİ

“SERPENTI VIPER”
İncə və eleqant “Viper” kolleksiyası, mifik ilanın cazibəsini vurğulayan “Serpenti Viper” mücəvhərlərindən ilhamlanaraq hazırlanıb. Qabaqcıl dizayna malik bu eynək öz xırda detalları və incə materialların istifadəsi ilə hazırlanmış əyri xətti ilə valehedici görüntüyə sahibdir. Həqiqətən də, daş-qaşlardan ilhamlanan bu elementlər məşhur “Serpenti” mücəvhər ikonasına xas olan qiymətli və daha parlaq görüntünü əldə etmək üçün yüksək faizli qızılı özündə cəmləşdirir.

BV40002I
Hər bir zaman dəbdə olan kəpənək formasını çağdaş və innovativ bir hala gətirən bu “oversized” tərz “BULGARI”nin əfsanəvi “Serpenti Viper” mücəvhər kolleksiyasına özəl hazırlanıb. Bu model qızıldan işlənmiş metal qulaqüstü hissə ilə valehedici dizayna malikdir.

  •  
  •  
/

01A: Qızıldan işlənmiş metal qulaqüstü hissə ilə parlaq qara çərçivə və şüauducu xüsusiyyətə malik “smoke” şüşələr.

BV40003I
Mürəkkəb və müasir tərzin simvolu olan bu iri həcmli avanqard üslub qiymətli daş-qaşın görünüşünü əks etdirir. “BULGARI”nin əfsanəvi ilanına işarə edən dizayn, qızıldan işlənmiş metal qulaqüstü hissəsi və uclarındakı ilan başı ilə simvolik motivi nümayiş etdirir.

  •  
  •  
/

01A: Qızıldan işlənmiş metal qulaqüstü hissə ilə parlaq qara çərçivə və şüauducu xüsusiyyətə malik “smoke” şüşələr.

BV40024U
Çərçivəsiz pişik gözü forması və diqqəti cəlb edən xüsusi hazırlanmış metal qulaqüstü hissəsi ilə insanı ovsunlayan bu dizayn, əyri xətləri, gözoxşayan çıxıntıları və asetat ucları ilə dəyərli ilanın formasını əks etdirir. Cazibədar və zamansız olan bu dizayn brilyantları xatırladan, parlaq şəkildə cilalanmış küncləri və işığı əks etdirən şüşələrı ilə mükəmməl bir “BULGARI” aksesuarıdır.

  •  
  •  
  •  
/

32A: Qızıldan işlənmiş metal qulaqüstü hissə ilə parlaq qara uclar və şüauducu xüsusiyyətə malik “smoke” şüşələr.

BV40025U
Çərçivəsiz, bükülə bilən düzbucaqlı formasında şüşələri, qalın xətlərə malik və ilan formasında işlənmiş metal qulaqüstü hissəsi ilə birlikdə diqqəti cəlb edir. Modern incəlik və gündəlik cazibə anlayışlarının sinonimi olan bu dizayn görünüşünüzə “BULGARI” çalarları əlavə edəcək.

  •  
  •  
  •  
/

32A: Qızıldan işlənmiş metal qulaqüstü hissə ilə parlaq qara uclar və şüauducu xüsusiyyətə malik “smoke” şüşələr.

“SERPENTI FOREVER”

İkonik “Serpenti” çantasının tutacağından ilhamlanmış, qalın və zərif “Serpenti Forever” modelləri, künclərində əl işi naxışlarla bəzədilmiş dəyərli ilan başından və nəfis “BULGARI” imzasından ibarətdir. Bu imza eynəyin qulaqüstü hissəsinə işlənməmişdən əvvəl metal parçadan hazırlanır, daha sonra isə üzəri qoruyucu yağ ilə örtülür. Zərgərlik dünyasında əsas rol oynayan müxtəlif istehsalat texnikaları burada eynəklər dünyasında da tətbiq edilir. Daimi stil ikonası olan “Serpenti Forever” modelləri həmişə fərqli və son dərəcə cazibədar şəkildə qarşımıza çıxır.

BV40006I
İkonik “Serpenti Forever” aksesuarlarının yaradılmasının şərəfinə adlandırılan, qalın çərçivəyə malik iriölçülü düzbucaqlı formasında olan bu modelin funksional qatlanacaqlarında xüsusi ilan simvolu, enli qulaqüstü hissəsində isə incə “BULGARI” imzası mövcuddur. Diqqətləri cəlb edən, eyni zamanda kifayət qədər zərif olan bu dizayn baxım və cazibənin simvoludur.

  •  
  •  
/

01B: Parlaq qara çərçivə, qara naxışlarla işlənmiş ilan başı, şüauducu xüsusiyyətə malik meyilli şüşələr.

BV40007I
İncə sənətkarlıq və qabaqcıl dizayn adı altında hazırlanmış, oval formalı çərçivəyə malik bu modelin funksional qatlanacaqlarında xüsusi ilan simvolu, qulaqüstü hissəsində isə nəfis “BULGARI” imzası mövcuddur. Zamansız və bir o qədər də cəzbedici görüntüyə sahib bu model cazibə anlayışını hər bir şəkildə özündə əks etdirir.

  •  
  •  
/

01A: Parlaq qara çərçivə, qara naxışlarla işlənmiş ilan başı, şüauducu xüsusiyyətə malik tünd “smoke” şüşələr.

  •  
  •  
/

25A: Parlaq opalin fil sümüyündən çərçivə, fil sümüyü və qara naxışlarla işlənmiş ilan başı, şüauducu xüsusiyyətə malik qırmızımtıl-boz şüşələr.

  •  
  •  
/

72F: Parlaq opalin “rose quartz” çərçivə, “rose quartz” və qara naxışlarla işlənmiş ilan başı, şüauducu xüsusiyyətə malik meyilli, qırmızımtıl-qəhvəyi şüşələr.

B.ZERO1

Əsl dizayn simvolu olan “B.zero1” qabaqcıl tədqiqatların göstəricisidir: o, “Bulgari”nin loqosundakı Roma epiqrafikasının və “Tubogas” spiralının sənaye xətlərinin birləşməsidir. İtalyan dahilərin böyük düşünərək, heç kimin əvvəllər araşdırmadığı həllər tapmaq bacarığını ifadə edir. Eyni adlı kəskin və özünəməxsus eynək dizaynları isə mücəvhər kolleksiyasını simvolizə edir. Eyni zamanda bu model öz sənət forması və qulaqüstü hissəsindəki qiymətli detalları ilə Romanın ikonik dizaynının göstəricisidir.

BV40014I
Son dərəcə futuristik və əbədi zərafətə sahib olan bu düzbucaq formalı model, qulaqüstü hissəsinə xüsusi işlənmiş “B.zero1” imzası ilə Roma epiqrafikasını əks etdirir. Roma zərgərlik sənətinin mirasına işarə edən bu dizaynın bitiş hissəsi xüsusi bəzədilib. Müasir və zərif olan bu model fərqliliyi seçən qadınlar üçün əla seçimdir.

  •  
  •  
/

01B: Parlaq qara çərçivə, qara naxışlarla işlənmələr, xüsusi “smoke” şüşələr.


OPTİK EYNƏKLƏR

“SERPENTI FOREVER”

BV50003I
Qalın asetatdan hazırlanmış bu iriölçülü optik eynək dizaynı, əl ilə hazırlanmış qara naxışlı metal ilan başı formasında olan funksional qatlanacaq ilə təkmilləşdirilib və qulaqüstü hissələrində nəfis “BULGARI” imzası var. Unikal və cazibədar olan bu tərz müasir hərtərəfliliyi gündəlik zövqlə birləşdirir. Bu model şüaqaytarıcı xüsusiyyətə malik şüşələrlə təklif olunur.

  •  
  •  
/

001: Parlaq qara çərçivə və qara naxışlı metal ilan başı.

“SERPENTI VIPER”

BV50001I
Hər zaman dəbli olan və ikonik pişik gözü formasında hazırlanmış bu model “BULGARI”nin məşhur baxımlılığın və cazibənin simvolundan ilhamlanmış qiymətli “Viper” qulaqüstü hissəsinə malikdir. Qadına xas, həmçinin zamansız olan bu dizayn, həyatı öz istədiyi kimi yaşayan qadınları simvolizə edir. Bu model şüaqaytarıcı xüsusiyyətə malik şüşələrlə təklif olunur.

  •  
  •  
/

001: Parlaq qara çərçivə, metaldan hazırlanmış qulaqüstü hissə.

“BULGARI” YAZ-YAY 2024 KİŞİ EYNƏKLƏRİ KOLLEKSİYASI

Yenilik, müasir tərz və incə sənətkarlıq nümunələri ilə xarakterizə olunan “BULGARI” Yaz-Yay 2024 Kişi Eynəkləri Kolleksiyası öz həyatını cəsarətli və əzmkar bir halda yaşayanlar üçün nəzərdə tutulub. İkonik səkkizguşəli saatdan ilhamlanaraq hazırlanmış “Octo Roma” və “Octo Finissimo” modelləri dizayn və funksionallığı “Bulgari”yə xas detallar ilə mükəmməl şəkildə birləşdirir“Əbədi Şəhər”in memarlıq irsini təcəssüm etdirən müasir “B.zero1” xətti isə “Bulgari”nin cəsarətli, özgüvənli kişilərini vurğulayaraq, müəyyən simvolik kodları özündə cəmləşdirir. Cəsarətli və bənzərsiz, “BULGARI” eynək dizaynları ən az “Maison”un simvolik saat kolleksiyaları qədər qiymətli və innovativdir. Müasir tərz və klassik xarizmanın mükəmməl balansına sahib olan italyan model Giakomo Kavalli, italyan fotoqraf Vito Fernikolanın obyektivindən ətrafa zamansız və xarizmatik bir aura yayır.

GÜNƏŞ EYNƏKLƏRİ

“OCTO FINISSIMO”
“Octo Finissimo Eyewear Collection” unikal səkkizbucaqlı və ultra-düz dizaynı ilə əfsanəyə çevrilmiş simvolik saatdan ilhamlanıb. Saatın unikal xüsusiyyətlərini əks etdirən və onun ölçülərinə uyğun hazırlanmış çərçivələr yüngüllük və rahatlıq bəxş etməsi üçün titandan hazırlanmışdır, şüşələr isə mürəkkəb laklı siferblatların çalarlarını əks etdirir.

Yaponiya istehsalı olan son dərəcə yüngül və davamlı, yüksək keyfiyyətli material, ustalıqla bir neçə qatdan ibarət çoxüzlü dizayna modelləşdirilmişdir. Bunun həyata keçirilməsi üçün incə sənətkarlıq və gözoxşayan estetika bir araya gətirilmiş, detallara çox dərin diqqət göstərilmişdir.

BV40019U
Həmişə klassik sayılan pilot eynəyi formalarının çox da ənənəvi halda dizayn olunmadığı bu “Octo Finissimo” modeli, saatın həndəsi ölçülərinə bənzəməsi üçün titandan hazırlanmış ikiqat “körpü”yə malikdir. Eyni zamanda, mavi və boz şüşələr isə siferblatların rənglərini əks etdirir. Gözoxşayan və eleqant olan bu tərz diqqətinizdən yayınmayacaq.

  •  
  •  
/

17V: Mavi şüşələrlə parlaq titan çərçivə.

  •  
  •  
/

15C: Boz şüşələrlə örtülmüş boz Titan çərçivə.

B.ZERO1

Əsl dizayn simvolu olan “B.zero1” qabaqcıl tədqiqatların göstəricisidir: o, “Bulgari”nin loqosundakı Roma epiqrafikasının və “Tubogas” spiralının sənaye xətlərinin birləşməsidir. İtalyan dahilərin böyük düşünərək, heç kimin əvvəllər araşdırmadığı həllər tapmaq bacarığını ifadə edir. Eyni adlı kəskin və özünəməxsus eynək dizaynları isə mücəvhər kolleksiyasını simvolizə edir. Eyni zamanda bu model öz sənət forması və qulaqüstü hissəsindəki qiymətli detalları ilə Romanın ikonik dizaynının göstəricisidir.

BV40015I
Qalın asetatdan hazırlanmış bu standartlardan kənar kvadrat formalı tərzin ön tərəflərində “BULGARI”nin ikonik dizaynını əks etdirən “B.zero1” imzalı naxış, qulaqüstü hissəsində isə “BULGARI” imzası var. Roma zərgərlik sənətinin mirasına işarə edən bu dizaynın bitiş hissəsi xüsusi bəzədilib.

  •  
  •  
/

01A: Parlaq qara çərçivə, parlaq rutenium metal, parlaq qara naxışlar və “solid smoke” şüşələr.

BV40029U
Tünd və zərif, iti bucaqlı bu çərçivəsiz, pilot formalı model klassik “BULGARI” imzasının xüsusi rəng qatdığı mat titandan hazırlanıb və incə qulaqüstü hissəyə sahibdir. “BULGARI”nin saatqayırma sənətindəki mirasına işarə edən şüşələr “Octo Finissimo” siferblatlarının rəng çeşidlərini əks etdirir.

  •  
  •  
  •  
/

17V: Mat və parlaq titan çərçivə, mavi şüşələr.

OPTİK EYNƏKLƏR

B.ZERO1

BV50010I
“Maison”un yenilikçi ruhunu və baxış bucaqlarını ümumiləşdirən qabaqcıl tədqiqatın simvolu olan “B.Zero1” xəttinin bu optik tərz hissəsi, qalın asetatlı klassik kvadrat formaya yenidən geri dönüş edib. Modelin görüntüsünü zənginləşdirən, ön hissədəki hər iki tərəfə doğru uzanan iki metal element, həmçinin qulaqüstü hissədə əks olunmuş “BULGARI” imzasıdır.

  •  
  •  
/

001: Parlaq qara çərçivə, parlaq rutenium metal və parlaq qara naxışlar.

BV50015U
Gözəçarpan, həmçinin zərif olan bu yuvarlaq model nəfis bir imza ilə bəzədilərək “BULGARI”nin ikonik dizaynına işarə edir. Bu imzalar titandan hazırlanmış qulaqüstü hissədə əks olunub. Hər dövrə uyğun bu dizayn həqiqətən göz oxşayır.

  •  
  •  
/

014: Mat qara titan çərçivə, yarı-mat qara palladium detallar və parlaq qara künclər.

“BULGARI” HAQQINDA“LVMH Group”un bir hissəsi olan “Bulgari” 1884-cü ildə Romanın mərkəzində yaradılmışdır. Onilliklər ərzində bu brend öz incə sənətkarlığı, qabaqcıl dizaynları və cəsarətli rəng kombinasiyaları sayəsində möhtəşəm Romanın Yüksək Zərgəri və İtalyan həyat tərzinin simvolu kimi dünya miqyasında şöhrət qazanmışdır. Yarandığı gündən bəri brendin genlərində olan uzaqgörən baxış bucağı sayəsində şirkətin beynəlxalq uğuru incə daş-qaşlardan və yüksək səviyyəli saatlardan tutmuş aksesuarlara və ətirlərə qədər bir sıra məhsulları, həmçinin dünyanın ən eksklüziv alış-veriş bölgələrindəki butikləri və otelləri ilə məhsul və xidmətlərin qlobal və çoxşaxəli lüks tədarükçüsü ünvanını əldə etməklə bərabər, geniş bir şəbəkəyə sahib olmağa qədər irəliləyib. Sosial və ətraf mühitə qarşı məsuliyyət mövzusunda xüsusi planları olan və bunu çoxsaylı xeyriyyə tərəfdaşlıqları vasitəsilə, təbiətə və cəmiyyətə fayda qataraq nümayiş etdirən “Bulgari” davamlı gələcək üçün bugünümüzü daha da innovativ hala gətirməli olduğumuza dərindən inam bəsləyir. https://www.bulgari.com/

“THELIOS” HAQQINDA
“Thelios” adı iki yunan tanrısının: işıq tanrısı olan Teya və günəş tanrısı Heliosun adlarının sintezindən yaranıb. Lüks mövzusunda dünya lideri olan “LVMH Group”un eynək sektorunda da özünü göstərmək istəyi ilə yaradılmış “Thelios” firması “Dior”, “Fendi”, “Celine”, “Givenchy”, “Loewe”, “Stella McCartney”, “Kenzo”, “Berluti” və “Fred” kimi bir sıra prestijli brendlər üçün günəş eynəkləri və optik çərçivələr dizayn edir, istehsal və paylanma prosesini həyata keçirir. İtaliyanın Lonqarone şəhərində yerləşən fabriki ilə “Thelios” müstəsna dəbdəbəli eynəkləri hazırlamaq üçün hər bir brendin müxtəlif xüsusiyyətlərini italyan sənətkarlığı ilə birləşdirir. “Thelios” həm məhsullarında, həm də xidmətlərində ən yüksək səviyyəli keyfiyyəti və mükəmməlliyi təmin edərək, sektor üçün özünün “aydınlanmış görüntüsünü” təklif edir. https://www.thelios.com/