NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Sevdiklərinizi “Four Seasons Hotel Baku” Tərəfindən Təklif Olunan Xüsusi Sevgililər Günü Hədiyyəsi İlə Sevindirin

Bu “Sevgililər Günü”nü “Four Seasons Hotel Baku” tərəfindən eksklüziv hədiyyə bələdçisi ilə romantika ilə qeyd edin. İstər romantika, istər möhtəşəm yemək təcrübələri, istərsə də iki nəfərlik rahat spa müalicəsi axtaranlar üçün otel bir sıra müxtəlif təkliflər edir. Bu xüsusi günü qeyd etmək və yaxınlarınızı xoş xatirələrlə təəccübləndirmək üçün bu təkliflərdən yararlana bilərsiniz.


“Staycation” Sevgi Hekayəniz
“Four Seasons Hotel Baku”da havanı sevgi qoxusu bürüyüb! Bütün yerli qonaqların oteldə sevdikləri ilə birlikdə romantik, ruhlandırıcı və xatirə dolu vaxt keçirmək imkanı təklif olunur:

Səhər yeməyi daxil olmaqla “Deluxe” İçərişəhər mənzərəli otaq
“Jaleh Spa” cütlüklər üçün müalicə seansı
“Piazza Lounge”da tematik günorta çayı
Xüsusi otaq dekorasiyaları və əla şərait

Qiymət: 1350 AZN*

*yuxarıda göstərilən paket iki nəfər üçün nəzərdə tutulub və sadəcə bir gecəlik bron edilə bilər
*təklif 10-17 fevral tarixləri arasında və yalnız yerli sakinlər üçün keçərlidir

  •  
  •  
/

Bu ilin sizin üçün sevginin rəngini kəşf edin
Piazza Lounge qonaqları Müqəddəs Sevgililər Günü Günorta Çayı mərasimi ilə sevgi ayını qeyd etməyə dəvət edir. Bu mərasim “Pantone Color of the 2024”ə əsasən ilin rəngi olan "Peachy Fuzz"dan ilhamlanıb. Sevginizin dilini eksklüziv Günorta Çayı təcrübəsi ilə birlikdə şəfqət, mehribanlıq, birlik və romantika ilə qeyd edin. Hər bir set “Executive Sous” şefimiz Suraj Karmakar tərəfindən sevgi ilə hazırlanır və bir kokteyl, bir mokteyl və ruhunuzu isidəcək təbii Azərbaycan çayındən ibarətdir.

1-29 Fevral 2024-cü il tarixləri arasında hər gün “Piazza Tea Lounge”da mövcuddur
Setin qiyməti 70 AZN təşkil edir


“Sevgililər Günü” brançı və “Afterparty”
Fevralın 11-də “Zafferano” Restoranında xüsusi aranjimanla birlikdə ləzzətli yeməkləri təcrübə edə bilərsiniz. Burada romantik əyləncələr, xüsusi hədiyyələr, həmçinin sevgi hekayənizə özəl rəng qatacaq dinamik “afterparty” tədbiri sizi gözləyir.

Tarix: Bazar günü, 11 Fevral, Branç: 12:30 - 16:00 / “Afterparty”: 16:00 - 18:00
130 AZN (yemək və alkoqolsuz içki paketi)
50 AZN (alkoqollu içki paketi)


Romantikanın dadı olsaydı
“Zafferano” Restoranı canlı melodiyalarla müşaiyət olunacaq, beş növ yeməkdən ibarət sevgililər gününə özəl şam yeməyinə ev sahibliyi etməyə tam hazırdır. “Executive Sous” aşpazı Suraj Karmakarın xüsusən hazırladığı kürü tərkibli menyu ilə unudulmaz bir Sevgililər günü sizi gözləyir.

Tarix: Çərşənbə, 14 Fevral, 19:00 - 23:00
Bir nəfər üçün 180 AZN (set menyu)
İçkilər ayrıca sifariş oluna bilər

Menyu:
Amuse Buche

Hisə verilmiş qızılbalıq və “Naan” kürüsü
Xama | Şüyüd

İstiridyə
Minyonet | Limon dilimləri

Pələng karides
Bişmiş badımcan | Bibər | Karides yağı

Uzun müddət bişirilmiş mal əti
Qızardılmış “foie gras” | Yer dombalanı püresi | Bişmiş ispanaq | Adaçayı sousu

VƏ YA

Toyuq balotini
Qızardılmış yerkökü | Kahı | Brokoli püresi | “jus”

Paylaşıla bilən Desert boşqabı (cütlüklər üçün)
66% Çiyələkli şirniyyat & “Yuzu” şokoladı

Albalı | Duzlu xırtıldayan pralin | Bənövşəyi çiçək tozu

  •  
  •  
  •  
  •  
/

“Le Petit Chef”də İki Nəfərlik Səyahət
Dünyanın ən kiçik rəqəmsal aşpazı Sevgililər Günündə qonaqları qeyri-adi yeməkləri kəşf etmək üçün kulinariya səyahətinə aparacaq. Xüsusi hazırlanmış Sevgililər Günü menyusu ilə "Le Petit Chef"də yemək təcrübəsi hər kəsin hisslərini heyrətləndirəcək.

Ətraflı məlumat əldə etmək üçün: https://lepetitchef.com/Baku

“Jaleh Spa” ilə Rahatlayın
Cütlük Otağımızda zövqlü, dəbdəbəli və romantic üslubda istirahət edin:

Qızılgül ləçəkləri ilə doldurulmuş 45 dəqiqəlik süd vannası
İki nəfər üçün 60 dəqiqəlik “MarocMaroc” şamla masaj
Cütlük Otağında romantik dekorasiya
İki qədəh “prosecco” eşliğində qapalı hovuza 2 saatlıq keçid


410 AZN


Açılmamış Sevgililər Günü Hədiyyəsi
Sevdiklərinizin bu sevgililər günündə “Four Seasons”dakı təcrübələrini daha da unudulmaz etmək üçün onlara hədiyyə kartları təqdim edin. İstər xüsusi yemək macərası, istərsə də SPA müalicəsi, “Four Seasons Hotel Baku”da sevginizi hiss edərək xüsusi vaxt keçirmək üçün həmişə bir səbəb var.

Hədiyyə Vermə Sənəti
Hədiyyə vermə sənətini yeni bir səviyyəyə daşıyaraq, sevgilinizi “Four Seasons” hədiyyə qutuları ilə sevindirmək şansını qaçırmayın. Sizin tərəfinizdən seçilən, şirniyyat komandamız tərəfindən sevgi ilə bükülmüş şirniyyat qutuları vasitəsilə təcrübənizi daha da romantik hala gətirin. Daha çox məlumat əldə edin: Hədiyyə vermə sənəti: Four Seasons Hotel Baku xüsusi olaraq hazırlanmış Hədiyyə Qutuları təqdim edir.


“Four Seasons Hotel Baku”da sevgililər gününü qeyd etmək üçün mümkün seçimlər və ya hədiyyələrlə bağlı ətraflı məlumat əldə etmək istəyirsinizsə:
Zəhmət olmasa, otel rezervasiyaları üçün +994 12 404 2424 nömrəsinə zəng edin və ya [email protected] ünvanına e-mail göndərin. “Four Seasons Hotel Baku” ilə bağlı ən son yeniliklərdən xəbərdar olmaq üçün @FSBaku “İnstaqram” səhifəsini izləyin.