Adım Fidan Rimazi – Əliyevadır. 32 yaşım var, dünyanın ən yaxşı şəhəri hesab etdiyim Bakı şəhərində yaşayıram. Dörd işim var: MT Container Bakı filialının rəhbəri, bloger, ana və həyat yoldaşı. Bu rollardan hansının daha çətin olduğunu təxmin edə bilərsiniz? Tərzə gəldikdə isə, mən yalnız bir şeyə bağlı qalmıram. Tərzim “bu gün belə əhval - ruhiyyədəyəm” – dir. Bir gün mən, 80 – ci illərdən olan bir hippi, növbəti gün isə 13 yaşlı skeyter kimi görünə bilərəm. Bir başqa gün, özümü Kanye West – in meneceri kimi təqdim edə bilərəm, bəzən isə, üzərinə paltarlar yığılmış stula bənzəyirəm. Necə geyinməyimdən asılı olmayaraq, görünüşümə uyğun çanta seçmək mənim üçün çox vacibdir. Düzünü desəm, həyat yoldaşım və sevimli çanta kolleksiyam arasında seçim etməli olsam, ikincini seçərdim.
Oğlum Ryan üçün geyim seçməyi və müxtəlif maraqlı tərzlər yaratmağı həqiqətən də çox sevirəm. Yeri gəlmişkən, o da bu prosesi çox sevir. Düşünürəm ki, alma, alma ağacından uzağa düşmür....
Top Topshop, ayaqqabı Toral, çanta Hermes, günəş eynəyi Saint Laurent, köynək Mavie
Fidan: ətək Zara, top Gara, çanta Hermes
Ramin: şort Adidas, top Allsaints
Ryan: top Marcelo Burlon, şort Zara, ayaqqabı Yeezy, papaq New Era
Fidan: cins Wrangler, top Adidas, çanta Balenciaga, günəş eynəyi Fendi
Ryan: top və şort H&M, ayaqqabı Nike, günəş eynəyi Ray – Ban
Top Zara, ətək Zara, çanta Chanel, günəş eynəyi Gucci