NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

İrs qoyub getmək nə deməkdir?


Jewelry MESSIKA (@elluxusjewellery_baku)

Həyatınızın gələcək üçün əhəmiyyət daşıdığını dərindən dərk etməkdir

Mənim üçün insanların haradan gəldiyi, harada işlədikləri, necə tərbiyə aldıqları və onların maddi vəziyyəti maraqlı deyil, əsas onların öz həyatlarını başqalarına necə əks etdirməsi, onların dünyamızın və uşaqlarımızın gələcəyinə necə təsir etməsidir.

Sənin mənə hansı səbəblə gəldiyin önəmli deyil, önəmli olan gedərkən geridə nə qoyub getdiyindir. Bu hətta yaxşı reputasiya, ya da mənim də əməl etmək istədiyim davranış və həyat prinsipləri ola bilər. Nə qədər ki, bu dünyada müvəqqəti sakinlər olaraq yaşayırıq, bizim borcumuz - müsbət təsir göstərməkdir. Biz başa düşməliyik ki, bu həyatdan heç nə aparmayacağıq. Biz nəsə qurmaq, vermək, öyrətmək, kömək etmək üçün gəlmişik. Bunun üçün fərd olaraq illüziyadan əl çəkməli və gördüyümüz hər bir işə qəlbimizi qoymalıyıq. Bu çətin yolu keçərək ruhumuzu ölməzliyə aparan, adlarımız əbədi yaşadacaq mümkünsüzlüyə nail ola bilərik.

"Övladlarınıza nə qoyub getdiyiniz deyil, onlara nə verdiyiniz önəmlidir."
Şannon L. Alder

Ülviyyə Mahmud,
Baş redaktor