NARGIS
NARGIS MAGAZINE
Xüsusi layihə

Chef NARGIS: Ravan vs Nigar

Və budur! Chef NARGIS dadlı layihəsinin ikinci buraxılışı! Bu dəfə Nigar çox çətinlik çəkdi – baş-aşpaz Rauf ona rəqib olaraq əsl qurman Rəvan Bağırovu seçdi. The Cheese restoranının müəllif yeməklərini - kərəviz şorbası və faydalı ləziz salatı hazırlayaraq Nigar qalib gələ biləcəkmi? Buraxılışa baxırıq!

Yarış yeri dəyişməz olaraq qalır – The Cheese restoranının mətbəxi. Bu da səbəbsiz deyil! Çünki məhz The Cheese restoranı qonaqlara xüsusi qayğı ilə yanaşır: buradakı yeməklərin orqanizmə təsiri nəzərə alınaraq hazırlanır, restoranın mətbəxində istifadə olunan bütün məhsullar orqanik, yüksək keyfiyyətlidir, aşpazın özü tərəfindən diqqətlə seçilmişdir. Məhz burada başqa heç bir şey haqqında düşünmədən lazımi vitaminlərlə qidalanaraq yeməklərdən zövq ala biləcəksiniz!

İzləyək və tərəfimizi seçək!

Vacib məlumat! Bütün iştirakçılar və çəkiliş heyəti çəkilişdən əvvəl Covid-19 testindən keçiblər.