NARGIS
NARGIS MAGAZINE
Xüsusi layihə

Chef Nargis: Aynur Guzel vs Nigar

İnternetdə bir çox kulinariya mübarizə olsa da, biz qızğın yarış vəd edirik!

Qarşılayın! NARGIS jurnalı "The Cheese" restoranı ilə birlikdə Chef Nargis adlı yeni ləziz layihəyə başlayır. Sizi baş-aşpaz Rauf Vəliyevin çox sadə və dadlı yemək reseptləri, formada qalmaq üçün hər kəsə faydalı olacaq məsləhətlər, blogerlər, sənətçilərlə maraqlı döyüşlər və daha çox şey gözləyir! Dadlı və həyəcanlı olacağına söz veririk!

Kulinariya savaşları The Cheese restoranın mətbəxində baş verir. Restoran öz qapılarını 2020-ci ilin dekabrında qonaqların üzünə açıb və ən qısa müddətdə ziyarətçilərin etimadını qazana bilib. The Cheese qonaqlarına xüsusi qayğı ilə yanaşır: hər bir yemək qidanın orqanizmə təsirini nəzərə alaraq hazırlanır, The Cheese restoranının mətbəxində istifadə olunan bütün məhsullar təbii və keyfiyyətlidir, baş-aşpaz tərəfindən diqqətlə seçilir. Məhz burada lazımı vitaminlərlə qidalanaraq yeməklərdən zövq ala biləcəksiniz və başqa heç bir şey haqqında düşünməyəcəksiniz! Çünki mütəxəssislər artıq bunu düşünüblər.

Chef Nargis yarışmasının ilk qonağı bloger Aynur Güzəldir. Onunla aparıcımızNigar Qəhrəmanova arasında keçən isti yarışma üçün aşpaz ləzzətli burgerin resepti seçib.

Sizcə, kim qalib gələcək? İzləyək və favoritimizi seçək.

Vacib məlumat! Bütün iştirakçılar və çəkiliş heyəti çəkilişdən əvvəl Covid-19 testindən keçiblər.