Bu məqalədə biz, №5 ətrinin sonuncu reklam kampaniyasının siması rolunda çıxış edən Margot Robbie - nin CHANEL ilə olan davamlı münasibətlərinə qərq olacayıq. 2018 – ci ildən etibarən CHANEL – in səfiri olan Margot, moda evinin Coco Neige -dən tutmuş Gabrielle Chanel Essence - ədək və bu yaxınlarda Rouge Allure Velvet Nuit Blanche dodaq boyasına kimi bir çox reklam kampaniyalarını bəzəmişdi. Onun, rejissor Luca Guadagnino - nun qısa metrajlı “5 – də görüşənədək” filmində ifa etdiyi sonuncu rolu CHANEL – I təmsil edən azad, müasir qadın obrazını mükəmməl şəkildə ötürür. Margot Jacob Elordi ilə birlikdə əbədi №5 cazibəsinə yeni nəfəs verir və bu kinomatoqrafiya incisində tamaşaçlara eleqantlıq və cəsarətin ehtivasını nümayiş etdirir.
2018 – ci ildən etibarən CHANEL – in səfirisiniz. Chanel sizin üçün nə ifadə edir?
CHANEL mənə iş birliyi təklif etdikdə çox həyəcanlanmışdım. CHANEL ilə 6 ildir ki işləməyimə baxmayaraq, o hər zaman mənim həyatımda olub. Brend hər zaman ikonik olmuş və mən onu daima həyatımın bir hissəsi hesab etmişəm. O zamansızdır – bu ifadə mənə həmişə CHANEL – I xatırladıb. Brend heyrətamiz tarixə malikdir və hər zaman dəb və mədəniyyətin ön cərgələrində olub.
Bu ətrə olan şəxsi münasibətiniz necədir?
Bu ətri sevirəm. Hər zaman sevmişəm. Uşaq vaxtı bir gün gənc qadın olaraq ətirdən istifadə edə biləcəyim fikri məni çox həyəcanlandırırdı. İndi mən onu boynumda, biləklərimdə hər gün – hətta yatmağa hazırlaşdığım zaman da istifadə edirəm. O həqiqətən də mənim əhvalımı yaxşılaşdırır. Məhz buna görə mən, hər zaman ifa etdiyim qəhrəmanlar üçün ətirlər seçirəm. Ətirdən istifadə müəyyən əhval - ruhiyyənin əmələ gəlməsinə səbəb olur və bu ab – hava gün boyu sizinlə olur. Kimsə məkanı tərk etsə də, onun hələ də orada olduğu təəssüratı yaradır. Bundan başqa mən, ətri müstəqillik rəmzi hesab edirəm. Dünyaya özünüzün istədiyiniz versiyasını tanıtmaq fikri əslində bir seçimdir və bu seçimin mövcudluğu ruhu azad edir.
№5 siması olmanız sizin üçün hansı şəxsi mənalar kəsb edir?
Öz karyeramda, həyatımda heç vaxt CHANEL kimi brendlə assosiasiya oluna biləcəyimi düşünməmişdim. Və nəinki CHANEL, hətta №5 ətrinin siması olmağım mənim üçün inanılmazdır. Məndən öncə bu yeri möhtəşəm qadınlar tutmuşdu: Katrin Denev – dən başlayaraq Karop Bukeyədək, Marion Kotiyardan tutmuş Nikol Kidmanadək... Bu cür inanılmaz siyahıda yer almaq çox qürurvericidir.
№5 - dən istifadə edən zaman nə hiss edirsiniz?
Bu ətir unikal, eleqant, güclü və həqiqətən də qadını ifadə edən ətirdir. Bütün bu xüsusiyyətləri hiss edirəm. Lakin onun ətrini təyin etmək bi qədər çətindir. O, inanılmaz dərəcədə zəngindir, lakin mücərrəddir, onu sadəcə bir anlayışla ifadə etmək olmur. Düşünürəm ki, bu ətrə bir qədər sirrlilik və təyin edilməsi çətin olan, ələ keçirmək mümkün olmayan hisslər qatır. Ətir qadınlıq hissini təcəssüm etdirərək, onu çərçivələrlə məhdudlaşdırmır, bu hissin nə qədər incə və zəirf olduğunu nümayiş etdirir. O, müxtəlif insanlarda müxtəlif cür qoxur və siz ondan istifadə edən zaman onu özününküləşdirirsiniz. Bu fikri çox bəyənirəm.
Qadın şəxsiyyətinin hansı xüsusiyyətlərini №5 ilə əlaqələndirirsiniz?
№5 istifadə edən qadın hiyləgər özünə əminliyə malikdir, onun anadangəlmə cazibəsi və eleqantlığı var. O, taleyinin sahibidir, müstəqildir və nə istədiyini bilir. Mən “istəyən” qadın fikrini alqışlayıram. Düşünürəm ki, hər hansı səbəblər üzündən bu anlayış qapalı saxlanılırdı. Lakin istəklər fikrini önə çıxarmaq – qurtuluşdur. Fikrimcə ətir bu fikrə xidmət edir: “Mən həqiqətən də nələrsə istəyirəm və özümdə bunları tapa bilərəm”. Ətrin bu yolda sizə yardım edəcəyini düşünür və bu hisslərinizi qüvvətləndirəcəyi fikrini bəyənirəm.
№5 - i beş söz ilə ifadə edə bilərsinizmi?
Cazibədar, güclü, müstəqil, sirrli, mücərrəd.
“5 – də görüşənədək” – də olan qəhrəmanınızı təsvir edə bilərsinizmi? O, №5 - dəki qəhrəmanla necə əlaqələnir?
Qərəmanımın, ifa edilməsi çox xoş olan sakit xüsusiyyəti var. Hiss edirəm ki, o, kifayət qədər güclü və inadkar, dözümlü və müstəqildir...bu da ətir ilə tamamilə uyğunlaşır. Bu, istəkləri olan çox zərif bir qadın tipidir. Bu, filmdə həqiqətən bəyəndiyim cəhətdir – onun arzuları var və o, onlara doğru hərəkət edir.
Görünür, 5 rəqəmi Gabrielle Chanel üçün xüsusi məna kəsb edirdi. Bəs sizin uğurlu rəqəminiz varmı?
Mənim uğurlu rəqəmim 2 – dir, çünki mən ayın ikisi dünyaya gəlmişəm. Bu həyatım boyu belə olub. Gabrielle Chanel – in numerologiya və astrologiya ilə maraqlanması xoşuma gəlir. Bu barədə brendlə çalışmağa başladıqdan sonra məlumatım olub. İkona, biznes – ledi, dəb aləminin nüfuzlu obrazı olan Gabrielle Chanel haqqında düşündükdə, onun bu xüsusiyyətinə çox da önəm vermirdim. Lakin sonradan onun geyim və aksessuarlarının dizaynına diqqət yetirdikdə, bürcünün aslan olduğu və uğurlu rəqəminin 5 olduğu hər yerdə gözünüzə çarpır.
Sizcə Gabrielle Chanelin ən özünəməxsus və ilahmverici xüsusiyyəti hansıdır?
Düşünürəm ki, Gabrielle Chanelin 100 il öncə etdiklərini indi qəbul etmək asandır. Lakin həmin zamanlar bu addımlar kifayət qədər radikal hesab olunurdu. Hətta ətrin qablaşdırmasının dizaynı, digərlərindən çox fərqlənirdi. Başqa ətir qablaşdırmaları çox bəzədilirdi və hər biri müəyyən çiçək ətrinə malik idi. Lakin Gabrielle Chanel dedi: “Mən, qadın kimi qoxan ətir yaratmaq istəyirəm”. Bu fikrin kifayət qədər radikal olduğunu düşünürəm. Onun etdikləri öz zamanı üçün üsyankar addımlar hesab oluna bilərdi: öz dizaynları vasitəsi ilə qadın geyimlərinin siluetini dəyişir, qadın bədənini fərqli görünüşdə təqdim edirdi. O, qadınlığın, qadının geyindiklərinin və qoxularının fərqli versiyasını təqdim edirdi.
Məncə bir qadının, həmin dövrdə bu cür işlər görməsi çox şey haqqında xəbər verir. Gabrielle Chanel, qadınlıq anlayışı ilə əlaqələnən anlayışlara yeni məna verdi. Yəni, onun haqqında deyilən “yenilikçi” fikri – həqiqətdir.
№5 - ə qarşı sevginizin necə başladığını bizə danışın.
№5 ilə əsl əlaqəm – yəginki kinobiznesdə çalışdığıma və kinonu çox sevdiyimə görə - kampaniyalardan başladı. Baz Luhrman ilə Nicole Kidma – nın əməkdaşlığını çox bəyənmişdim. Onun Nyu – York küçələri ilə donunu və zinyət əşyalarını çıxararaq qaçması...Ridley Scott – un basseyn kənarında səksənlər kampaniyası çox xoşuma gəlir...Bu kampaniyaları çox sevirəm. On illiklər boyu, istedadlı şəxslər və rejissorlar arasında bu cür əməkdaşlıqlar olmuş və onlar CHANEL №5 üçün yeni kampaniyanın yaradılması üçün birləşmişdir. Nəticə hər zaman fərqli olur və hər kəs nəticəni səbirsiliklə gözləyirdi. Uzun zamandır çalışmaq istədiyim Luca Guadagnino ilə bu iş üzərində əməkdaşlıq etməkdən zövq aldım. Bir – birimizi uzun müddətdir ki, tanıyırıq və müştərək bu iş ərsəyə gətirməyi çox istəyirdik. Buna görə də, bu əməkdaşlığın məhsulu həqiqətən də xüsusidir.
“5 – də görüşənədək” - də Jacob Elordi ilə çalışmaq necə hiss idi?
CHANEL kampaniya üçün Jacod Elordiyə gedəcəyimizi söyləyəndə düşündüm: “Aman Tanrım, bu ki möhtəşəmdir!” Və bu həqiqətən də əyləncəli idi. Jacob da mənim kimi Kvinslenddəndir; Avtraliyada evlərimiz bir – birindən bir saatlıq məsafədədir. Mən Saltburn – da prodüser kimi çalışan zaman da Jacob ilə iş birliyim olmuşdur, lakin əvvəllər onunla eyni ekranı paylaşmamışdım Bu mənim üçün əyləncəli təcrübə olmuşdur. Onun bunu etdiyinə çox şad oldum!
Qadın zərifliyi sizin üçün nə deməkdir?
Düşünürəm ki, bu, sizin bütün hissələrinizin olduğu kimi qəbul etməyinizdir, yəni bu anlayış hər kəs üçün fərqli mənalar kəsb edə bilər. Siz bu anlayışdan istədiyiniz kimi istifadə edə bilərsiniz. O, sizi çərçivələrlə məhdudlaşdırmamalıdır. O sizi azad edən anlayış olmalı, sizin olmaq istədiyiniz versiyanızın üzə çıxmasına xidmət etməlidir.
*Şəkillər və video CHANEL - ə məxsusdur.