NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

ZAMANDAN KƏNAR: Zaman qızıldır

Hər zaman dəbdə və qiymətli olan qızıl, “Art Deco” dövründən bəri “Bulgari”-nin simvolik elementi olmaqla, onun xüsusi saatqayırma hekayəsinə öz mürəkkəb toxunuşlarını etmişdir. “LVMH Watch Week 2024”-də bu nəfis metalın parlaqlığı “Bulgari Bulgari”-nin cəsarətli klassikasını daha da ucaldır, “Lucea”nın əzəmətini ortaya qoyur və “Octo Finissimo”nun zərifliyini qeyri-adi şəkildə aşılayır.

“Bulgari” şirkətinin baş direktoru Jan-Kristof Babin “Bulgari Timeless” kitabında deyir: “Ən çətin iş emosiyalara forma verməkdir, xüsusən də bu duyğuların zamanla ölçüldüyü vaxtlarda.” Zamansızlıq anlayışını mənimsəmək üçün zərifliyin təcəssümündə qızılı üstələyən başqa bir dəyərli, mistik və əfsanəvi bir element varmı? Günəşin alleqoriyası olmaqla bərabər, qızıl əbədi parlaqlığı və hərarəti özündə cəmləşdirir, həm davamlı parıltını, həm də uzun müddət öz parlaqlığını qoruyub saxlayan sivilizasiyaların zəngin mirasını simvolizə edir. Bu, həmçinin cəsarətli “Roman Maison”-un yaratdığı horoloji emosiyalar üçün mükəmməl bir vasitədir.

“Bulgari Bulgari”, ikonların ikonu

1975-ci ildə cəsarətli və əvəzolunmaz gözəlliyin yeni bir simvolu ortaya çıxdı. Canni Bulqari tərəfindən yaradılmış unikal kimyagərlik əfsanəvi dizayner Cerald Gentanın eskizlərində təcəssüm olunub. “Bulgari Bulgari” öz unikallığını sarı qızılı rəngdə çərçivədə öz adını qabartmaqla təsdiqləyir. Klassik və qabaqcıl olan bu qol saatları “Maison”-un Roma ruhunu, həmçinin onun İtaliyanın incəsənətinə və zəngin memarlıq irsinə qarşı dərin ehtirasından ilhamlanan avanqard yanaşmasını ifadə edir.

Dərhal beynəlxalq şöhrət qazanılmağa başlandı. “Bulgari Bulgari”-nin inamı və xarizması xüsusi şəxsləri ovsunlamış, onu “ikonların ikonu” statusuna yüksəltmişdir. “Bulgari”-nin 50 illik yubileyi ərəfəsində “Bulgari” sarı-qızılı rəngi qara siferblatla, roza qızılı rəngini isə gümüşü siferblatla birləşdirərək orijinal cazibəsini yenidən canlandırır. Saatın universal xüsusiyyətləri iki ölçüdə mövcuddur: biri incə olan 26 mm, digəri isə innovativ, hər iki cinsə uyğun olan 38 mm ölçülü.

  •  
  •  
  •  
  •  
  •  
/


“Octo Finissimo”, ikonoklastlar

2014-cü ildə “Bulgari”-nin məşhur İsveçrə saatqayırma təcrübəsi və Roma zərafəti minimalist dizayn və mürəkkəb mühəndislik vasitəsilə birləşdi. “Octo Finissimo Tourbillon” saat sənayesinin simasını əbədi olaraq dəyişdi: 2022-ci ilə qədər, ilk səkkiz il ərzində istehsal olunmuş 8 parça incəliyə görə rekord vurdu, onların hər biri mexaniki inqilabı təkrarolunmaz İtalyan zövqü ilə birləşdirir. 2024-cü ildə üst səviyyə saat nümunəsi olan “Octo Finissimo Automatic” sarı qızılın gözqamaşdıran parlaqlığını özündə cəmləşdirir. Onun yığılma üslubu və qabaqcıl görüntüsü 1930-cu illərin sonlarında “Bulgari” tərəfindən yaradılmış ilkin “Art Deco” saatlarını xatırladan sarı qızılı rəngin nostalji cazibəsini fərqli şəkildə interpretasiya edir. Elə həmin il, “Bulgari” həmin metaldan hazırlanmış heyranedici günəş şüasına bənzər siferblata malik “Octo Finissimo Tuscan Copper” modelini də təqdim etdi.



Parlaq “Lucea”

2014-cü ildə yaradılandan bəri “Lucea” “Bulgari”-nin daş-qaşlı saatlarına yeni yanaşmasını nümunə göstərərək, özünəməxsus saatqayırma fəlsəfəsi ilə "Zamanın romalı zərgəri" kimi reputasiyasını artırıb. "Bu, hər iki dünyanın ən yaxşısını özündə cəmləşdirmək, üst səviyyə saatqayırma və zərgərlik məmulatlarının tən ortasında mahiyyət və tərz anlayışlarını birləşdirməkdir. Saatın üzərinə sadə üsulla brilyant əlavə etmək əvəzinə, biz bir daş-qaş ərsəyə gətiririk və sonra onu ən yaxşı şəkildə tamamlayan saat nümunəsi ilə birləşdiririk", Jan-Kristof Babin vurğulayır. Bu il, “Bulgari” “Lucea”-nın 10 illik yubileyini həmişəki kimi parlaq və modern şəkildə qeyd edir. Polad və qızıldan hazırlanmış, yenilənmiş xətləri - bezeldən hazırlanan qolbağdan tutmuş V-şəkilli halqalarına qədər - zərif çərçivəli siferblatlar “Intarsio” inciləri və təkrar emal edilən malaxit parçalarından hazırlanmış oyma naxışlar ilə bəzədilib.

Beləliklə, “Roman Maison” tərəfindən şərh edilən fasiləsiz zaman tarixində yeni bir fəsil başlayır - italyan zərafəti və incəliyinin unikal birləşməsi, müstəsna saatqayırma sənətkarlığı və qızılın əfsanəvi parıltısı. “Bulgari” yaradıcılığı həm mürəkkəb saatlar, həm də zərgərlik üzrə şah əsərləridir. “Bulgari” saat evinin direktoru Antuan Pinin sözlərinə görə, onlar “onları yaradanların duyğularını və keçirdikləri hissləri onları yaşayanlara çatdırmaqda digər bütün şeylərdən daha yaxşıdır”.

  •  
  •  
  •  
  •  
/

“Bulgari Bulgari” haqqında FƏSİL

Xarizmatik ikona


Son dərəcə klassik, eyni zamanda çox cəsarətli! “Bulgari Bulgari” zamanı anlayışını asanlıqla üstələyən və ən qətiyyətli şəxsləri belə cəlb edən trendlərin qabaqcıllarından biridir. Bu ikona 50 illik yubileyinə yaxınlaşdıqca, onun saf gözəlliyi canlanaraq parıldayır, zamansız zərifliyi ortaya qoyur. Həmişə olduğu kimi qiymətli, dəbdəbəli sarı və çəhrayı qızıldan hazırlanmış “Bulgari Bulgari” saatları 26 mm-lik “vintage” və yeni, aktual 38 mm ölçülü versiya arasında çətin bir seçimlə sizi qarşı-qarşıya qoyur.

Saatın kənarında həkk olunmuş 14 hərf - “BVLGARI BVLGARI”, sanki qədim sikkələrdəki imperatorların adlarını xatırladır. Bu, güclü maqnitizmə malik dahi, istedadı və qətiyyəti ilə dünyanı dəyişdirməyə qadir olan insanlara yaraşan xarakter və tərzin göstəricisidir. Rəssamlar, aktyorlar, yaradıcılar və uzaqgörən biznesmenlər arasında Tina Turner, Susan Sarandon, Carol Alt, Bill Gates, Benicio del Toro, George Michael və Zendaya da fəxrlə “Bulgari Bulgari” istifadə edirlər.

“Bulgari Bulgari” çərçivənin tündlüyünü siferblatın minimalizmi ilə ustalıqla birləşdirərək, öz cəlbedici gücünü "Zamanın romalı zərgəri”-nin italyan ruhundan, mahiyyətini isə İsveçrə sənətinin dəqiqliyindən alır. Onun adı, Robin Svitinbankın (müəllif) “Bulgari Beyond Time”-da vurğuladığı kimi, “Maisonun yaradıcı ruhunun mahiyyətini” özündə cəmləşdirir. Onun xətləri özünəməxsus əyriləri ilə “Bulgari” saatlarının bu gün kolleksiyaçılar tərəfindən tanındığı və qiymətləndirildiyi tonunu təyin edir" deyə kolleksiyaçı Con Qoldberqer qeyd edir. İkonanın 50 illik yubileyi ərəfəsində məhsulların hazırlanması üzrə icraçı direktoru Fabrizio Buonamassa Stiqliani onu "eyni zamanda həm sadə, həm də cəsarətli, zamanla daim ayaqlaşan" kimi təsvir edir.

  •  
  •  
  •  
  •  
  •  
/

İkonun tarixi

“Bulgari Bulgari”, çoxluqla öz dövrlərinin simvoluna çevrilməklə, biləkləri bəzəmək üçün təxminən yarım əsrlik tarixə malikdir. 1975-ci ildə “Bulgari Roma” adı ilə ərsəyə gətirilib, daim öz xüsusi və xarizmatik aurasını qoruyub saxlamaqla davamlı inkişaf edib. Əvvəlcə “Maison”-un ən yaxşı müştəriləri üçün hədiyyə kimi nəzərdə tutulmuş bu 18 karatlıq qızıl saat innovativ rəqəmsal ekrana malikdir və dərhal uğur qazana bilib. 2019-cu ildə saat intibahını yaşadıqdan sonra “Bulgari” müasir metal qolbaqla saata yeni zəriflik və incəlik gətirib.

Əsas “Bulgari Bulgari”

Fabrizio Buonamassa Stiqliani deyir: “Saf estetikası ilə orijinal “Bulgari Bulgari” bizim genetikamızı əlavə nəyəsə ehtiyac olmadan mükəmməl şəkildə təcəssüm etdirir”. Daha sonra o, davam edir, "orijinal halının mahiyyətini əldən verməməklə, müasir texnologiya da əlavə edərək bu kolleksiyanı incə şəkildə təkmilləşdiririk." Kolleksiyanın tarixi və simvolik materialı olan sarı-qızılı və roza qızılı rəngində olan yeni versiyalar iki ölçüdə təqdim olunur. Birincisi, İsveçrədə “Bulgari” zavodunda hazırlanmış BVL 191 öz-özünə hərəkət edən mexaniki kalibrli, daxilinin tam şəkildə görünməsini təmin edən şəffaf korpusa malik, hər iki cinsə uyğun olan və çox yönlü 38 mm-lik korpusa malikdir. 26 mm diametrli və kvars mexanizmi ilə təchiz edilmiş ikinci saatın qalınlığı cəmi 6,35 mm-dir və bu da ona “daş-qaşa bənzəyən saat” hissi bəxş edir.

1975-ci ildə təqdim edilən model kimi, sarı-qızılı modellər qara siferblatla heyrətamiz kontrast yaradır. Onun fonunda saat 12 və 6 mövqelərində zərli qatılaşdırılmış ərəb rəqəmləri, eləcə də uzunsov indekslər diqqət çəkir. Siferblatın minimalizmi bezeldə qabardılmış hərflərin qüvvəsini daha da artırır. Orijinal “Bulgari Bulgari” dizaynını qoruyub saxlayan bu modelin korpusunun həndəsi qapaqları qara alliqator dəri kəməri ilə davam edir. İkinci versiya çəhrayı-qızılı örtük və gümüşü siferbatı özündə birləşdirərək daha yumşaq vizual görüntü təqdim edir.

Xarizmatik mükəmməlliyi ilə seçilən “Bulgari Bulgari” saatları dünyanın ən böyük şəxsiyyətləri tərəfindən hörmət edilən Gianni Bulqarinin görkəmli irsinə dəlalət edir. Bu kolleksiyanın təsirini nəzərdə tutaraq o, belə deyir: “”Bulgari Bulgari”-nin əsl mahiyyəti onun (...) “Maison”-un bütün dünyadakı təmsilçisi olmaq bacarığı idi. Bu, mənim buraxdığım bir miras olmaqla bərabər layiqli bir nailiyyət idi. Və bu miras həmişə “Bulgari”-nin mahiyyəti ilə iç-içə olacaqdır.”



“Octo Finissimo” haqqında FƏSİL

İkonoklast

“Octo Finissimo Yellow Gold”, “Octo Finissimo Tuscan Copper”


Parlaq, zərif və texniki cəhətdən ən yüksək səviyyədə: “Octo Finissimo” saatqayırma qaydaları və konvensiyalarında inqilab edir. Əbədi və müasir olan ikonanın aurası sarı-qızılı rəngin sehri, eləcə də qızılbalıq rəngli siferblatlı nadir polad versiyası sayəsində son dərəcə artır.

Müstəsna saat ustası və usta zərgər kimi “Bulgari”, öz yaradıcılığı ilə daima yeni mərhələlərə keçid edərək, saatqayırma sənətinin və tarixinin müəyyənləşdirilməsində əsas rol oynamışdır. Onların arasında “Octo Finissimo” “Maison”-un unikal mexaniki və stilistik aspektinin sübutu kimi rol oynayır. Onun əlamətdar xüsusiyyəti, İsveçrə mexanikasında təcəssüm olunmuş ultra nazik dizayn və mürəkkəb italyan gözəlliyinin inqilabi birləşməsidir. "Octo Finissimo" demək olar ki, sonsuz bir yaradıcılıq sahəsinə pəncərə açır. Onun dizaynı həm həndəsi cəhətdən dəqiq, həm də heyrətamiz dərəcədə çox yönlüdür, müxtəlif ifadələri özündə cəmləşdirir, müxtəlif şəxsiyyətlər üçün xüsusi bir status təklif edir" deyə məhsulun ərsəyə gəlməsi üzrə icraçı direktor və bu dizaynın yaradıcısı Fabrizio Buonamassa Stiqliani "Bulgari Timeless" kitabında deyir. Bu qeyri-adi səkkizguşəli saat yeni çıxarkən saatqayırma sahəsində incə və zərif bir zəmin yaradaraq, uzun illər ərzində 8 rekord vurub. Sadəcə 1.8 mm nazikliyə malik olan “Ultra” modeli bu müstəsna səyahətin xüsusi bir nöqtəsi kimi tarixdə öz yerini alıb. 2017-ci ildə “Octo Finissimo Automatic” üçüncü mükafatını əldə edib. Bu uğurun əldə edilməsində rol oynayan müstəsna, 2.33 mm incəliyə malik BVL 138 avtomatik hərəkət ilə təchiz edilmiş versiya isə “Bulgari”-nin İsveçrə zavodunda istehsal olunmuş mühəndislik möcüzəsidir.

2024-cü ildə “Octo Finissimo”-nun ikonik kolleksiyasının yeni modeli təqdim olunacaq: “Octo Finissimo Yellow Gold” modeli “Bulgari”-nin imzası olan mavi günəş şüası siferbatı ilə tamamlanacaqs. Polad “Octo Finissimo Tuscan Copper” modeli isə kolleksiyanın dərin italyan genetikasını mannerizm üslubuna xas metal mis siferblatla nümayiş etdirir.

2023-cü ildə “Octo Finissimo Yellow Gold” modeli ABŞ bazarında ilkin olaraq sadəcə 50 ədəd məhdud sayda buraxılıb.

Qızılın lüksü

“Octo Finissimo” ilə anılan sarı qızıl onun sonsuz estetikasını təyin edir. Bu qiymətli metal təkcə “Bulgari” zərgərlərinin tarixi sənətkarlığını əks etdirmir, həm də “vintage” dəbdəbəli saatların valehedici parlaqlığını nümayiş etdirir. Qızılı günəş şüaları saatın özünəməxsus cizgilərində və Romadan ilhamlanmış həndəsəsində özünü göstərir. 58 üzlü korpus bu sənət nümunəsinin incəliyini nümayiş etdirir və son dərəcə rahat olan, üçqatlı qatlana bilən qapağa malik sarı qızıl kəmərlə birləşir. Tünd mavi günəş şüası effekti ilə bəzədilmiş siferblat qızılın dəbdəbəsini mükəmməl şəkildə tamamlayır. Qızıl kontrastlı saat markerləri idman saatına yaraşan əla görüntü təmin edir. Diametri 40 mm və qalınlığı cəmi 6,4 mm olan yeni “Octo Finissimo” modeli çox yönlülüyü və 100 m-ə qədər suya davamlılığı ilə həm kişilər, həm də qadınlar üçün cəlbedici bir modeldir. Şəffaf korpus İsveçrə mexaniki sənətini ortaya qoyur: BVL 138 kalibrli, cəmi 2.23 mm olmaqla qeyri-adi dərəcədə nazik, əl ilə işlənmiş cizgilər, “Côtes de Genève” zolaqları ilə bəzədilib.



Sənətin dağıdıcı gücü
“Octo Finissimo Tuscan Copper” ilə “Bulgari” yeni yaradıcı üfüqlər açır. Qızılbalıq rəngli “Tuscan Copper” siferblatının günəş işığı ilə işlənməsi əsl sensasiya olmaqla bərabər, “Bulgari”-nin modelləri arasında çox nadir rast gəlinən biridir. Rodiumla örtülmüş kənarlar və indekslər bu mis siferblat üçün incə və zərif kontrast yaradır. Korpus və kəmər isə aerokosmik sənayedə istifadə olunan eyni dərəcəli 904L paslanmayan poladdan hazırlanıb. Caliber BVL 138 60 saata qədər dayanıqlı kifayət qədər enerji ehtiyatı təmin edir.

İtalyan mirasında dərin kök salmış “Bulgari”-nin mahiyyəti özünün ən zərif ilham mənbəyini məhz bu yarımadada tapır. “Tuscan Copper”in parlaqlığı bu fikri mükəmməl şəkildə təcəssüm etdirir. Fabrizio Buonamassa Stiqliani izah edir:
“Bu halda, metallik salmon rəngi öz ilhamını kolleksiyaçılar bəyəndiyi adi “vintage” estetikasından deyil, 16-cı əsr italyan sənətinin kökündən, daha dəqiq desək, o dövrün mannerizm adlı normalara meydan oxuyan axımından alır, hansı ki, bu axım dizayner təlimlərimdə də yer alır. Beləliklə, mənim bu rəng seçimim eksperimental və dağıdıcı bədii yanaşmanı simvolizə edir."

Standartlara cəsarətlə meydan oxuyan mannerizm çalarları Yüksək İntibah dövrünün solğun tonlarından heyrətamiz dərəcədə fərqlənirdi. Bu hərəkatın qəhrəmanlarından biri, Yakopo da Pontormo, “Octo Finissimo Tuscan Copper” siferblatında əks olunan parlaq, metallik rəng sxemləri ilə tanınırdı.

Saatqayırma sənətkarlığnıı və zərifliyi təcəssüm etdirən “Octo Finissimo Yellow Gold Automatic” və “Octo Finissimo Tuscan Copper Automatic” modelləri bu ikonanın əbədi mahiyyətini daim yenilənən yaradıcılıq vasitəsilə cəsarətlə yenidən interpretasiya edir. Kitabda Fabrizio Buonamassa Stiqliani "saatın mahiyyəti onun yaradıcı ruhundadır” deyir. “Bu olmasaydı Finissimo saatları sadəcə hərəkət edən ultra nazik mexanizmdən ibarət olardı. Bunun əksi də doğrudur” deyə o “Bulgari Beyond Time”-da qeyd edir.


Daş-qaşlı LUCEA saatları üzrə FƏSİL

Son dərəcə zərif və qadına xas olan “Lucea” saatları təkcə işığı ram etmir, həm də diqqəti cəlb edərək öz üzərində saxlamağı bacarır. 10 illik yubileyini qeyd edən saatın mücəvhət xətləri zərif şəkildə işlənilib, biləyi yumşaq və zərif bir şəkildə əhatə edir. Almazla örtülü siferblatdan əlavə, “Bulgari” sədəf və malaxit inklyasiya sənəti vasitəsilə “Lucea” kolleksiyasının yeni versiyalarını ortaya qoyur.

“Lucea” günəş kimi zamanın özünü işıqlandırır. Onun dəyəri və əzəməti, almazların parıltısı və incə sənətkarlığı göz qamaşdıran parlaqlığı ilə seçilir. İtalyan dizaynı və İsveçrə dəqiqliyinin ahəngdar vəhdəti olan “Lucea” Əbədi Şəhərin əzəmətinə öz hörmətini sərgiləyir. “Bulgari” şirkətinin direktoru Jan-Kristof Babin “Bulgari Beyond Time” kitabında qeyd edir: “Bizim köklərimiz Romadan gəlməklə bərabər, zərgərlik sənətinə dayanır”. "Bizim daş-qaşlı saat kolleksiyalarımız bu iki irsi özündə cəmləşdirir və onun bir çox cəhətlərini – sənətkarlığını, mədəni və emosional cəhətlərini nümayiş etdirir."


Qadınlıq, yenidən təsvir edilmiş
10 illik yubileyini qeyd etmək üçün “Lucea”, poladın parlaqlığı və ya qızılın istiliyini nümayiş etdirən incə modelləri ilə seçilir. “Bulgari” simmetrik xəttləri zərif şəkildə yerləşdirərək korpusa xüsusi diqqət sərgiləyib və kəməri yenidən dizayn edib. "Zərgərlik sənəti və dizaynındakı zəngin irsimiz “Lucea” qolbağının yaradılmasında bizim yol göstəricimiz olub. O, klassik “Bulgari” daş-qaşlarını xatırladan yüngüllüyü ilə seçilir, ikonik “Serpenti” kolleksiyamızdan xatırladığımız incəlik və “Octo Finissimo”-nun halqaları xatırladan xətləri ilə bəzədilib" deyə çəhsul inkişafı üzrə icraçı direktor Fabrizio Buonamassa Stiqliani qeyd edir. Qolbağın V formalı halqaları yumşaldılıb və yuvarlaqlaşdırılıb, bu da modelin özünəməxsusluğunu qorumaqla həndəsəsini yüksək səviyyəyə daşıyır. Cilalanmış mərkəzi hissələri roza qızılı və ya poladdan hazırlanmış iki versiyada mövcuddur, biləyi rahatlıqla əhatə edən kəmərə və zərif qatlanan qapağa malikdir.


İnci şüaları
Qızıl, brilyant və ya poladdan hazırlanmış zərif cilalanmış bezel, “Intarsia” inciləri və ya malaxit naxışları ilə heyrətamiz siferblatı bəzəyir. Özünəməxsus “Intarsia” texnikası dənizlərin qiymətli xəzinəsi olan incilərin üzvi parlaqlığını əks etdirərək işığı ortaya çıxarır və saatların siferblatlarına fərah bir görüntü bəxş edir. Ustalar incə dairəvi kəsilmiş sədəfdən “şüaları” toplayırlar, hansı ki bu proses materialın kövrəkliyini nəzərə alsaq, son dərəcə dəqiqlik tələb edir. Daha sonra isə üçölçülü qatlama ilə günəş şüasına bənzər nümunə əldə edilir. Versiyadan asılı olaraq ağ və ya yaşıl mirvari “Lucea”-nın parlaqlığını artıran, təbiətin özündən doğan bir parıltıdır.


Sıx malaxit
“Lucea” siferblatındakı yaşıl malaxit naxışlar 60-cı illərdəki rəngli daşlara olan diqqəti əks etdirir. Bu qeyri-adi dizayn, əks halda gözə dəyməyən, lakin təkrar emal sənəti ilə gözəl bir nüansa çevrilən kiçik mineral parçalarından ibarətdir. İsveçrədəki “Bulgari” zavodunun təcrübəli sənətkarları canlı çalarları və elementləri ayırd edərək hər bir parçanı diqqətlə seçirlər. Diqqətlə kəsilmiş və əl ilə yığılmış hər bir parça bu xüsusi yaradılışa öz töhfəsini verir və beləliklə, hər bir “Lucea” unikal şah əsərinə çevrilir


Kvadrat formasında olan qaşı ilə mükəmməl kəsilmiş on iki almaz, bu əlamətdar siferblatlarda saat işarələri kimi parıldayır, onların iti forması qiymətli daşların yuvarlaqlığı ilə ziddiyyət təşkil edir. Başqa bir almaz isə siferblat dizaynını əks etdirən sintetik sapfirlə örtülmüş V formalı tacı bəzəyir. “Lucea”-nın ən dəbdəbəli versiyalarından biri brilyantlarla bəzədilmiş bezel ilə göz qamaşdırır, bu modelin korpusunda və siferblatında ümumilikdə 56 ədəd 1.3 karatlıq daş mövcuddur.


Ən son “Lucea” modelləri iki fərqli diametr seçimi təklif edir. Diametri 33 mm və qalınlığı 9,16 mm olan versiya mexaniki kalibrlə və 42 saatlıq enerji ehtiyatı ilə təchiz edilib. Alternativ 28 mm-lik versiyanın isə qalınlığı cəmi 7,72 mm-dir və kvars hərəkəti mövcuddur. Digər versiyalarda poladdan və ya roza qızılından hazırlanmış çərçivənin parıltısı metal qolbağ ilə ahəng təşkil edir. Saatlar və daş-qaş sənəti arasındakı sərhədləri aşan bu valehedici əsərlərlə bağlı Jan-Kristof Babinin qeyd edir ki, “bu əsərlər zərgərlərimizin ruhunu ifadə edir, çünki “Bulgari”-nin mirası məhz bu cür özünəməxsus parçaları yaratmaq üçün qızıl və digər qiymətli daşları son dərəcə dəqiqliklə birləşdirmək sənətinə əsaslanır.”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

“BULGARI BULGARI”
TEXNİKİ DETALLAR

BULGARI BULGARI | 103968
Mexanizm

Mexaniki daxili hərəkət; saniyələr, dəqiqələr və saatlarla çaplı BVL191 "solotempo"; qalınlığı 3.8 mm, 26.2 mm diametr, 28 800 rpm, 42 saatlıq enerji ehtiyatı.

Korpus, siferblat və kəmər
Roza qızılı rəngli korpus, 38 mm diametr, arxası açıq, qalınlığı 8,75 mm; İkiqat oyulmuş loqo ilə roza qızılı bezel; eynirəngli tac; 50 m-ə qədər suya davamlı; mat gümüşü opalin siferblat; zərli əqrəblər və saat göstəriciləri.

Sancaqlı, qəhvəyi alliqator dəri kəmər.

  •  
  •  
  •  
  •  
/

BULGARI BULGARI | 103967

Mexanizm
Mexaniki daxili hərəkət; saniyələr, dəqiqələr və saatlarla çaplı BVL191 "solotempo"; qalınlığı 3.8 mm, 26.2 mm diametr, 28 800 rpm, 42 saatlıq enerji ehtiyatı.

Korpus, siferblat və kəmər
Sarı qızılı rəngli korpus, 38 mm diametr, arxası açıq, qalınlığı 8,75 mm; İkiqat oyulmuş loqo ilə sarı qızılı bezel; eynirəngli tac; 50 m-ə qədər suya davamlı; xüsusi Zapon naxışlarla bəzədilmiş mat qara siferblat; zərli əqrəblər və saat göstəriciləri.

Sancaqlı, qəhvəyi alliqator dəri kəmər.

  •  
  •  
  •  
  •  
/



BULGARI BULGARI | 103966

Mexanizm
Kvars hərəkət edən dəqiqələr və saatlar.

Korpus, siferblat və kəmər
Roza qızılı rəngli korpus, 26 mm diametr, qalınlığı 6.35 mm; İkiqat oyulmuş loqo ilə roza qızılı bezel; eynirəngli tac; 30 m-ə qədər suya davamlı; mat Zapon ilə örtülü mat gümüşü opalin siferblat; zərli əqrəblər və saat göstəriciləri.

Sancaqlı, bej alliqator dəri kəmər.


  •  
  •  
  •  
  •  
  •  
/



BULGARI BULGARI | 103897

Mexanizm
Kvars hərəkət edən dəqiqələr və saatlar.

Korpus, siferblat və kəmər
Sarı qızılı rəngli korpus, 26 mm diametr, qalınlığı 6.35 mm; İkiqat oyulmuş loqo ilə sarı qızılı bezel; eynirəngli tac; 30 m-ə qədər suya davamlı; Zapon naxışlarla bəzədilmiş mat qara siferblat; zərli əqrəblər və saat göstəriciləri.

Sancaqlı, bej alliqator dəri kəmər.

  •  
  •  
  •  
  •  
/



OCTO FINISSIMO
TEXNİKİ DETALLAR

OCTO FINISSIMO YELLOW GOLD AUTOMATIC | 103812

Mexanizm
Platin mikro-rotor vasitəsilə avtomatik ultra nazik hərəkət; Kiçik saniyələrə malik kalibr BVL 138, 36.60 mm diametr, qalınlığı 2.23 mm, 21 600 rpm, 60 saata qədər enerji ehtiyatı.

Korpus, siferblat və kəmər
18K sarı qızılı korpus, diametri 40 mm, arxası açıq, qalınlığı 6.4 mm; qara keramik əlavəsi ilə cilalanmış sarı qızılı tac; 100 m-ə qədər suya davamlı; mavi rəngli günəş şüası nümunəsi ilə örtülmüş siferblat, kiçik saniyə sayğacı, zərli əqrəblər və saat göstəriciləri.

18K sarı qızılı rəngli 3-qat qapaqlı kəmər.

  •  
  •  
  •  
  •  
/



OCTO FINISSIMO TUSCAN COPPER AUTOMATIC | 103856

Mexanizm

Platin mikro-rotor vasitəsilə avtomatik ultra nazik hərəkət; saat 7-də kiçik saniyələrə malik kalibr BVL 138, 36.60 mm diametr, qalınlığı 2.23 mm, 21 600 rpm, 60 saata qədər enerji ehtiyatı.

Korpus, siferblat və kəmər
Dəmir korpus, diametri 40 mm, arxası açıq, qalınlığı 6.4 mm; qara keramik əlavəsi ilə dəmir tac; 100 m-ə qədər suya davamlı; günəş şüası naxışlı “Tuscan Copper” metalından siferblat, kiçik saniyə sayğacı, rodium örtüklü əqrəblər və saat göstəriciləri.

Cilalanmış dəmirdən hazırlanmış qatlanan qapaqlı kəmər.

  •  
  •  
  •  
  •  
/

LVCEA
TEXNİKİ DETALLAR

LVCEA | 103727

Mexanizm
Saniyələr, dəqiqələr və saatlarla avtomatik daxili hərəkət; qalınlığı 3.6 mm, 25.6 mm diametr, 28 800 rpm, 42 saatlıq enerji ehtiyatı.

Korpus, siferblat və kəmər
Polad korpus və çərçivə, diametri 33 mm, qalınlığı 9.16 mm; dairəvi kəsilmiş sintetik sapfir və almazla bəzədilmiş polad tac dəsti; 50 m-ə qədər suya davamlı; “Intarsio” bəyaz inci siferblat; 12 almazdan ibarət saat göstəriciləri. Ümumilikdə 13 almaz (0.22 karat).

Cilalanmış və atlazla işlənmiş polad kəmər, qatlanan qapaqlı.

  •  
  •  
  •  
/

LVCEA | 103728

Mexanizm
Saniyələr, dəqiqələr və saatlarla avtomatik daxili hərəkət; qalınlığı 3.6 mm, 25.6 mm diametr, 28 800 rpm, 42 saatlıq enerji ehtiyatı.

Korpus, siferblat və kəmər
Polad korpus və çərçivə, diametri 33 mm, qalınlığı 9.16 mm; dairəvi kəsilmiş sintetik sapfir və almazla bəzədilmiş polad tac dəsti; 50 m-ə qədər suya davamlı; “Intarsio” yaşıl inci siferblat; 12 almazdan ibarət saat göstəriciləri. Ümumilikdə 13 almaz (0.22 karat).

Cilalanmış və atlazla işlənmiş polad kəmər, qatlanan qapaqlı.

  •  
  •  
  •  
/

LVCEA | 103730

Mexanizm
Saniyələr, dəqiqələr və saatlarla avtomatik daxili hərəkət; qalınlığı 3.6 mm, 25.6 mm diametr, 28 800 rpm, 42 saatlıq enerji ehtiyatı.

Korpus, siferblat və kəmər
Polad və roza qızılı korpus və çərçivə, diametri 33 mm, qalınlığı 9.16 mm; dairəvi kəsilmiş sintetik sapfir və almazla bəzədilmiş roza qızılı tac dəsti; 50 m-ə qədər suya davamlı; “Intarsio” bəyaz inci siferblat; 12 almazdan ibarət saat göstəriciləri. Ümumilikdə 13 almaz (0.22 karat).

Cilalanmış və atlazla işlənmiş polad və roza qızılı kəmər, qatlanan qapaqlı.

  •  
  •  
  •  
/



LVCEA | 103825

Mexanizm
Saniyələr, dəqiqələr və saatlarla avtomatik daxili hərəkət; qalınlığı 3.6 mm, 25.6 mm diametr, 28 800 rpm, 42 saatlıq enerji ehtiyatı.

Korpus, siferblat və kəmər
Polad və roza qızılı korpus və dairəvi dairəvi kəsilmiş almazlarla çərçivə, diametri 33 mm, qalınlığı 9.16 mm; dairəvi kəsilmiş sintetik sapfir və almazla bəzədilmiş roza qızılı tac dəsti; 50 m-ə qədər suya davamlı; “Intarsio” bəyaz inci siferblat; 12 almazdan ibarət saat göstəriciləri. Ümumilikdə 56 almaz (1.3 karat).

Cilalanmış və atlazla işlənmiş polad və roza qızılı kəmər, qatlanan qapaqlı.

  •  
  •  
  •  
/



LVCEA | 103731

Mexanizm
Saniyələr, dəqiqələr və saatlarla avtomatik daxili hərəkət; qalınlığı 3.6 mm, 25.6 mm diametr, 28 800 rpm, 42 saatlıq enerji ehtiyatı.


Korpus, siferblat və kəmər

Polad və roza qızılı korpus və dairəvi dairəvi kəsilmiş almazlarla çərçivə, diametri 33 mm, qalınlığı 9.16 mm; dairəvi kəsilmiş sintetik sapfir və almazla bəzədilmiş roza qızılı tac dəsti; 50 m-ə qədər suya davamlı; “Intarsio” yaşıl inci siferblat; 12 almazdan ibarət saat göstəriciləri. Ümumilikdə 56 almaz (1.3 karat).

Cilalanmış və atlazla işlənmiş polad və roza qızılı kəmər, qatlanan qapaqlı.

  •  
  •  
  •  
/



LVCEA | 103877

Mexanizm
Kvars hərəkət edən dəqiqələr və saatlar.

Korpus, siferblat və kəmər

Polad korpus; diametri 28 mm, qalınlığı 7.72 mm; dairəvi kəsilmiş sintetik sapfir və almazla bəzədilmiş polad tac dəsti; 50 m-ə qədər suya davamlı; “Intarsio” bəyaz inci siferblat; 12 almazdan ibarət saat göstəriciləri. Ümumilikdə 13 almaz (0.15 karat).

Cilalanmış və atlazla işlənmiş polad kəmər, qatlanan qapaqlı.

  •  
  •  
  •  
/


LVCEA | 103878

Mexanizm
Kvars hərəkət edən dəqiqələr və saatlar.

Korpus, siferblat və kəmər
Polad və roza qızılı korpus; diametri 28 mm, qalınlığı 7.72 mm; dairəvi kəsilmiş sintetik sapfir və almazla bəzədilmiş polad tac dəsti; 50 m-ə qədər suya davamlı; “Intarsio” bəyaz inci siferblat; 12 almazdan ibarət saat göstəriciləri. Ümumilikdə 13 almaz (0.15 karat).

Cilalanmış və atlazla işlənmiş polad və roza qızılı kəmər, qatlanan qapaqlı.

  •  
  •  
  •  
/