NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Yazıçı və Musiqiçi: Jorc Sand və Şopenin sevgi hekayəsi

O, azad ruhlu, ehtiraslı, başqalarının onun haqqında nə düşündüyünə qətiyyən əhəmiyyət verməyən bir qadın idi. Onun əsərləri qadınları güclü və müstəqil, azadlığa və həyatı dolu-dolu yaşamağa can atan varlıqlar kimi təsvir edirdi. Bütün həyatı boyunca Corc Sand (əsl adı Amantin Lusil Avrora Dupin) özünü və öz işlərini müdafiə edirdi.

Uşaq ikən Avrora özünü o qədər tənha hiss edirdi ki, özünə öz məsləhətçisi, sirdaşı və qoruyucu mələyi bildiyi Corambe adlı xəyali dost yaratmışdı. Avroranın zəkasına və gözəlliyinə baxmayaraq, aristokratik cəmiyyət anasının mənşəyinə görə onu təcrid etmişdi. Nənəsi qrafinya Dupin nəvəsi ilə evlənəcək birini tapa bilmədən, Avroranın 17 yaşı olan vaxt dünyadan köçdü.

İllər keçəcəkdi və o, Fransanın demək olar ki, bütün məşhur ədibləri ilə münasibətləri olduğuna görə tanınacaqdı, lakin bu gün biz Avroranın ruhunda dərin iz qoyan, virtuoz pianoçu Frederik Şopenlə yaşadığı həyəcanlı sevgi hekayəsinin dərinliklərinə enəcəyik.

Qüsursuz davranışları ilə musiqi dahisi kimi qəbul olunan kövrək gənc oğlan və dişində siqar saxlayan, kişi kostyumu geyinən, kişi təxəllüsü ilə yazılar yazan qətiyyətli qadın... Onların yolları ilk dəfə 1836-cı ildə bir ictimai toplantıda kəsişmişdi. Bir neçə ay sonra cütlük açıq şəkildə görüşməyə başladı və 1838-ci ilin sonunda Avroranın uşaqları ilə birlikdə ailəlikcə Mayorkaya getdilər. Orada Şopen ən azı iyirmi prelüd və digər musiqi parçaları bəstələmiş, Send isə yeni romanı üzərində işlərə başlamışdı. Lakin Şopenin vərəmlə mübarizəsi onları evlərinə qayıtmaqda çətinlik yaratmaqla bərabər, kirayə qaldıqları mənzili qəfil tərk etməyə məcbur etdi. Nəhayət, onlar bir gəmidə özlərinə yer edə bildilər və donuz axırının yanındakı kabinetdə Fransaya çatdılar. Mayorka macəralarından üzərindən iki il keçdikdən sonra Corc Send "Mayorkada qış" adlı kitab yazdı.

Zaman keçdikcə, davamlı fikir ayrılıqları səbəbindən sevgililərin münasibətləri pisləşdi və bu, davamlı münaqişələrə səbəb oldu. 1847-ci ildə Şopenin Avroranın həyatından çıxması ilə onların münasibətləri sona çatmış oldu. Ayrılıq hər ikisinə dərindən təsir etmişdi. Sonuncu dəfə isə Şopen və Send bəstəkarın ölümündən il yarım əvvəl təsadüfən rastlaşmışdılar. Keçmiş sevgilisi ilə ünsiyyət qurmasa da, Şopen ömrünün sonuna kimi onun qızı ilə isti münasibəti saxlayıb. Şopen ölüm yatağında olarkən “Söz vermişdi ki, onun qucağında öləcəyəm” cümləsini qurmuşdu.