İsveçrəli saat istehsalçısı Ulysse Nardin və onun Azərbaycandakı rəsmi tərəfdaşı olan Italdizain şirkəti Fərid Novruzi ilə əməkdaşlıq çərçivəsində yeni sərgüzəştə başlayır.
Fərid Novruzi səyahətçi, alpinist və təşəbbüskardır. O, ekoloji və sosyal məqsədli təyyarəsiz qeyri-adi dünya səyahətlərilə məşhurdur. Novruzi altı qitəni gəzib, ekvatoru iki dəfə keçib, yer kürəsinin əks nöqtələrini ziyarət edib. Bütün bunları səyahətçi avtomobil, velosiped və yaxta kimi müxtəlif növ nəqliyyat vasitələrinin köməyilə 158 gün ərzində həyata keçirib.
2022-ci ilin payız aylarında Fərid Novruzi Göcek AUTUMN Race Week 2022 adlı beynəlxalq reqataya milli yaxta komandamızın heyətində qatılıb. Fərid Novruzinin artıq iki il səfiri olduğu Ulysse Nardin brendi komandamızın rəsmi sponsoru olaraq çıxış edib. Bu dəstəyin nəticəsində komandamız öndəgedən avadanlıq və texnologiyalardan istifadə edərək yüksək ballar toplayıb və şərəfli yerlər tutub.
Bu dəfə İsveçrə istehsalçısı Fərid Novruzini Orisaba (Meksika), Kayambe və Çimboraso (And dağları, Cənubi Amerika) vulkanlarına aparan sərgüzəştində dəstəkləyəcək. Ulysse Nardin-in Diver kolleksiyasından olan saatlar səyahətçinin əsas köməkçilərindən olacaq. Model ekstremal və su idman növləri üçün hazırlanmışdır. Saatın korpusu yüksək keyfiyyətli polad, titan və çəhrayı qızıldan hazırlanıb. Möhkəmliyi, etibarlılığı və suyadavamlılığı Diver saatlarını bu cür çətin səyahətlər üçün ideal seçim edir.
Təcrübəli alpinistlərin qatılacağı tur 13 mayda başlayır və 18 gün ərzində davam edəcək. Fərid Novruzi Ulysse Nardin ilə bu əməkdaşlıq və saatların səyahət zamanı istifadə olunması barədə fikirlərini bölüşdü: "Ulysse Nardin-in səfiri olmaq mənim üçün çox xoşdur və Diver modelini ekstremal şəraitlərdə testdən keçirməyi həvəslə gözləyirəm. Qeyd edim ki, bu əməkdaşlıq bizim səyahətlərə olan birgə sevgimizi və mükəmməlliyə doğru hədəflərimizi əks etdirir. Əminəm ki, Diver saatları yüksək etibarlılığı və dəqiqliyi ilə bizim səyahətimizdə vacib rol oynayacaq". O, həmçinin İsverçə istehsalçısının innovasiya, keyfiyyət və davamlılıq kimi dəyərlərini dəstəklədiyini söylədi.
Ulysse Nardin brendinin saatları ilə tanış olmaq və əldə etmək üçün Royal Collection butikinin aşağıdakı ünvanlarına müraciət edə bilərsiniz:
· Bül-Bül prospekti, 30
· Niyazi küçəsi, 5В.