NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

NARGİS'İN PLAYLİSTİ: AZƏRBAYCANIN SƏSİ

Bizim yaxşı musiqimiz var! Doğma dilimizdə ən yaxşı musiqi bizim playlistə.

Sevda Ələkbərzadə – Qal sənə qurban

Sevdanı əhatə edən bütün səslərin yaxşı musiqiyə çevrildiyinə artıq alışmışıq. Sonuncu «Qal sənə qurban» kompozisiyası Ələkbərzadəni sevməyimizə səbəb olan tərzdir.

Zülfiyyə Xanbabayeva – Melancholia

Noir atmosfer, dərin mənalı sözlər və Zülfiyyə Xanbabayevanın gözəl səsi. Tənhalıqda hər bir şey haqqında düşünmək istədiyiniz uzun gecələr üçün tam idealdır.

YUXU – Aldatdın məni sən

Əfsanəvi YUXU qrupu və "Aldatdın məni sən" adlı gözəl kompozisiya. Hər kəsin playlistində olmalıdır. Sevimli musiqiçilərlə birlikdə nəqarəti oxuyuruq (səsi də maksimum açırıq!)

WhoSein – Illuziya

O, müğənnidir, o, rejissordur, o, inanılmaz istedadlı bir insandır. Budur, azərbaycan musiqiçilərinin yeni nəsli. Musiqi və video ardıcıllığının keyfiyyəti o qədər xoşdur ki, musiqimizin gələcəyinə olan inam hər gün daha da güclənir.

Ahmedowsky trio – Highrider

Onlar musiqi yaradırlar... Məhz musiqi, mahnı deyil. Siz onlarla birlikdə oxuya bilməyəcəksiniz, amma gözəl musiqi atmosferinə qərq ola biləcəksiniz!

Mətn: Zemfira Korovina