
AmfAR 2019 qala gecəsi heç olmamış qədər möhtəşəm idi, Giambattista Valli və H&M brendinə təşəkkürlər. Onlar Kendall Cenner, Kyara Ferranyi, Byanka Brandolini, Kris Li, H.E.R. və Ross Linçin Kann festivalında geyindikləri məhdud sayda kolleksiya – gözəl paltarları yaradıblar.
17 dollardan başlayan H&M qiymətləriylə kuturye geyimlər... inanılmazdır, amma gerçəkdir! Kollaborasiya Project Love adlandırılıb, çünki onun arxasında Giambattista Valli brendinin mümkün qədər çox pərəstişkarlarını ürəkdən sevindirmək arzusu dayanır.
Kolleksiya 7 noyabrda satışa çıxarılacaq, bu qədər gözləmək istəməyənlərə H&M veb saytına daxil olmağı tövsiyə edirik. 25 mayda ilk droplar yükləniləcək!