NARGIS
NARGIS MAGAZINE
Afişa

28-29 fevral-1 mart

Tanınmış rusiyalı teatr və kino aktyorları Marat Başarov və Regina Mannikin iştirakı ilə populyar fransız müəllif Viktor Aimanın "Şans valsı" pyesinin motivləri əsasında "İdeal oyun" mistik dramatik tamaşası. Həyat çox sürətli və qısadır, amma həyatda qəhrəmanlıq etməyə məcbur edən, ürəkləri alovlandıran, ölkələr arasında nifaq salan çox hadisələr baş verir: bu qadın və kişi münasibətləridir.

Harada: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Nə zaman: 28 fevral, 20:00

 

Sənət sərhəd tanımır, ilham mənbəyi isə hədsizdir! Məhz bu mövzuda “Akvarium” multidisiplinar layihəsi keçiriləcək. Layihədə rəssamlar Vüqar Əli və Elmir Hüseynov, teatr və kino aktyoru Kamran Ağabalayev, ədəbiyyatçı və musiqiçilər iştirak edəcək. Qonaqları həmçinin musiqili sürpriz gözləyir! Giriş sərbəstdir.  

 

Harada: Yarat! Contemporary Art Space

Nə zaman: 28 fevral, 20:00

  

Rəqs etməyi sevən, xəyanətə dözə bilməyən kövrək bir qız haqqında olan bu hekayə hər kəsin qəlbinə toxunacaq. İki yüz il ərzində dünya səhnələrindən enməyən romantizm dövrünün ən əsas baleti «Jizel» şənbə günü Bakıda böyük ekranda nümayiş olunacaq!

 

Harada: Park Cinema Flame Towers

Nə zaman: 29 fevral, 10:00

 

Unikal musiqili layihə bir səhnədə yeddi opera divasını bir araya gətirəcək! Əfsanəvi operalardan populyar ariyalar, neopolitan mahnıları, Dövlət simfonik orkestrinin müşayiəti altında Azərbaycan bəstəkarlarının vokal nömrələri. Konsert by Sultan Couture brendinin yaradıcısı, tanınmış rusiyalı kuturye Orxan Sultanın yaradıcılıq yubileyinə həsr olunub. 

 

Harada: Heydər Əliyev adına sarayda

Nə zaman: 29 fevral, 20:00

  

İmpressionizm sevərlər üçün Fil Qrabskinin «Rəssamın bağı: amerika impressionizmi» adlı yeni film-sərgisinin nümayişi keçiriləcək.

 

Harada: Park Cinema Flame Towers

Nə zaman: 1 mart, 13:00

 

Bakıda fotoqrafiya sənəti necə başladı, ilk dəfə əllərində foto kameralar ilə görünən bakılılar kimlərdir? Fərizə Babayevanın "Fotoqrafiya Bakıya necə gəldi" adlı mühazirəsində bütün bu sirlərin üstünü açmaq imkanı var. Lektor 100 ildən çox arxiv rəflərində saxlanılan sənədləri istifadə edərək fotoqrafiyanın izləri ilə keçmişə səyahət edəcək!

 

Harada: Bakı fotoqrafiya evi 

Nə zaman: 1 mart, 18:00