NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

21-22-23 feral

"Rus və Bizans. Münasibətlər tarixi" vebinarını ziyarət edirik. Giriş sərbəstdir.

Harada: Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi

Nə zaman: 20 fevral, 11:00 – 13:00

 

Yuriy Qriqoryeviçin quruluşunda sehrli «Şelkunçik» baletini rus dilində subtitrlarla seyr edirik. 

Harada: Park Cinema Flame Towers

Nə zaman: 22 fevral, 10:00

 

Şənbə günü sənətşünas Kəmalə Atakişiyevanın xalq rəqslərinin tarixi, rəqs sənəti və onun digər xalq yaradıcılığı ilə əlaqəsi haqqında “Azərbaycan xalq rəqs sənətində tarixi, etnoqrafik, etik və estetik meyarların təcəssümü”  adı mühazirəsi keçiriləcək. Mühazirə Azərbaycan dilində olacaq. Giriş sərbəstdir. 

Harada: Azərbaycan Milli Xalça Muzeyi

Nə zaman: 22 fevral, 14:00

 

"World Harmony" III adlı klassik və folklor musiqisi üzrə gənc ifaçıların Beynəlxalq Müsabiqəsi çərçivəsində professor, bir sıra mükafatların laureatı, bir sıra ümumrusiya və beynəlxalq musiqi müsabiqələrinin sədri, pianoçu Rüstəm Şayxutdinovun konserti keçiriləcək.

Harada: Bakı Musiqi Akademiyası

Nə zaman: 22 fevral, 19:00

 

Yeni, 2020-ci ildə buraxılmış bir rəssam haqqında filmi seyr etməyə nadir fürsət. Söhbət Devid Bikerstaffanın avtoportret janrını XX əsrin ən populyar janrına çevirən dahi və qorxunc Freydin nəvəsi haqqında «Lüsyen Freyd: Avtoportret» filmindən gedir. Süjetin əsasına 2019-cu ildə payızda Londonda Kral sənət akademiyasında keçirilən sərgi materialları daxildir. Film ingilis dilində 18+ yaş məhdudiyyəti ilə nümayiş olunacaq. 

Harada: Park Cinema Flame Tower

Nə zaman: 23 fevral, 13:00