NARGIS
NARGIS MAGAZINE
Mədəniyyət

Babi Badalov. ZARA tustra

O, Azərbaycanı Peterburqun anderqraunduna əhəmiyyətli dərəcədə təsir göstərmək, qaçqın düşərgələrində yaşamaq, Parisdəki emalatxanalarda gecələmək, Münhendə, Hamburqda, Berlində, Nitsedə, Parisdə sərgilənmək və öz taleyini ard-arda sənətdə yaşamaq üçün tərk etdi. O, avanqard mətnlərlə kollajlar yığır, zibildən instalyasiyalar düzəldir, avtomatik yazının sərhədində çalışır... Babi Bədəlov 60 illik yubileyi ilə əlaqədar YARAT Müasir İncəsənət Mərkəzində Suada Qarayevanın rəhbərliyi altında fərdi sərgisini nümayiş etdirmək üçün Bakıya gəlib.

“ZARA tustra” adlı instalyasiyası tavandan asılmış köhnə döşəkağı, pəncərə pərdəsindən fraqmemtlər, üzərinə şeirlər yazılan parça kəsikləri – toplam 250 parça kəsikləri istifadə olunub – və qalereya divarlarının tam uzunluğunda əl yazısı ilə yazılan şüarlar və mətnlərdən ibarət qurğudur. “ZARA tustra” - fast fashion sinonimi olan dünyaca məşhur ZARA brendinə və Azərbaycan mədəniyyətində çox sayda izlər buraxmış zərdüştlüyün banisi, qədim fars peyğəmbəri Zərdüştün öyrənilməsinə göndərmədir. Rəssam hiyləgər nüanslar və sosial kalamburlarla dolu üç ölçülü postmodern əsər yaratmaq üçün dilin ifadəliyindən və vizual obrazlardan istifadə edib. Bu instalyasiya keçmişə və günümüzə, ənənə və müasirliyə, gender, seksuallıq, həm sosial, həm də geosiyasi məsələlərlə bağlı qəbul edilməmək haqqındadır.  

Bu, Babi Bədəlovun dünyanın müxtəlif yerlərində nümayiş olunan sərgiləri üçün yaradılmış yeni əsərlər silsiləsinin ən sonuncusudur. Sərgini bu ilin 2 mart – 16 iyun tarixləri arası YARAT Müasir İncəsənət Mərkəzində görə bilərsiniz.