NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

ÇİÇƏKLİ BƏYAZ ÖRTÜK

Son bir neçə onillikdə Hindistanda min illər boyu görünməmiş, əhəmiyyətli sosial, iqtisadi və siyasi dəyişikliklər baş verib. Urbanizasiya demək olar ki, bütün ölkəni zəbt edib, patriarxal düşüncə tərzinə əsaslanan köhnə tənzimləmələrdən və tabulardan bir çoxları tədricən yeniləri ilə əvəzlənir. Dəyişikliklər hətta Şimali Hindistanda yerləşən Vrindavan kimi müqəddəs yerə - Krişna kult mərkəzinə də təsir göstərmişdir. Əsrlər boyu bu qədim şəhər milyonlarla Hind dul qadınları üçün sığınacaq olmuşdur. Xoşbəxtlikdən məhrum, ailələri tərəfindən tərk edilmiş, sədəqə ilə yaşayan bu qadınlar burada, müqəddəs şəhərdə özlərinə bənzər olanlar arasında tamamilə rəngsiz, sevincsiz bir həyat yaşamağa, daima bəyaz dul libaslarda həyatlarını sürdürməyə davam edirlər.

Bu yaxınlarda bəzi qabaqcıl və ən əsası biganə olmayan yerli sakinlər humanist sosial layihəyə start verdilər: Holli bayramı ərəfəsində, ildə iki-üç dəfə bu bədbəxt qadınlara müvəqqəti də olsa rəngarəng dünyaya daxil olmaq üçün rəngli libaslar geyinməyə icazə verilir. Nəticə həqiqətən təəccübləndirdi.

Fevral ayında bu qısa müddətli rəngli festivalda mənə çəkiliş etmək nəsib oldu: Holi bayramını əsl məqsədləri yoxsulluqda və ümidsizlikdə sürünmək olmayan, yaşamaq və həyatdan zövq almaq istəyən bu gözəl xanımların mühitində keçirdim. Buradakı sakinlər üçün bu, yalnız bahar bayramı deyil - bir qurtum ümid və azadlıqdır. Bayram zamanı bu ciddi qadınların ruhunda öz kədərli talelərini qısa müddətlik də olsa unutduran əvvəlki yaramaz qızların oyandığının şahidi oldum: onlar bütün dünyadakı xoşbəxt qadınlar kimi səmimi qəlbdən sevinirdilər, zarafat edirdilər və gülümsəyirdilər.

MƏTN VƏ FOTO JOYDEEP MUKHERJEE

Material əlli yeddinci buraxılışda dərc olunmuşdur.