Beləliklə, Kann yubiley kinofestivalı sona çatdı. Əsas proqramda Avropa, ABŞ, Cənubi Koreya və Yaponiyadan 19 film iştirak etdi.

Kann, tamaşaçıların və tənqidçilərin fikirlərini tamamilə rədd edərək, həmişə olduğu kimi, münsiflər heyətinin gözlənilməz qərarı ilə təəccübləndirdi. Əsas "Qızıl Palma Budağı" mükafatı Ruben Estlundun “Kvadrat” filminə verildi. Ötən il Estlundun "Fors Major" adlı digər işi "Xüsusi baxış" nominasiyasında jürinin mükafatını almışdı. Ən yaxşı rejissor olaraq “Başdan çıxarılan” filmi ilə Sofiya Koppola elan edildi. Koppola 1961-ci ildən etibarən bu nominasiyada mükafatı əldə edən ilk qadın rejissor oldu. Hər kəs üçün “Ən yaxşı aktrisa” gözlənilməz olaraq “Heç yerdən” filmindəki roluna görə alman aktrisası Dayan Kruger oldu, Hoakin Feniks isə “Sən heç vaxt burada olmamısan” filmindəki roluna görə “Ən yaxşı aktyor" mükafatına layiq görüldü. 70-ci Kann Kinofestivalının xüsusi mükafatı bu il Kann Kraliçası adına layiq görülərək Nikol Kidmana təqdim olunub.

Bağlanış mərasiminə gözqamaşdırıcı Monika Beluççi aparıcılıq etmişdir.
"Qızıl Palma Budağı"

“Kvadrat” - Ruben Estlund
“Qran pri”

“Dəqiqədə 120 zərbə” –Robin Kampayo
Ən yaxşı rejissor

Sofiya Koppola – “Başdan çıxarılan”
Ən yaxşı ssenari

Yorqos Lantimos - “Müqəddəs maralın qətli”

Linn Remsi – “Sən heç vaxt burada olmamısan”
Ən yaxşı aktrisa

Dayan Kruger – “Heç yerdən”
Ən yaxşı aktyor

Hoakin Feniks – “Sən heç vaxt burada olmamısan”
Jürinin prizi

Andrey Zvyagintsev - “Sevgisizlik”
Ən yaxşı qısa film mükafatı

Syu Yaang “Zərif gecə”


