NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Qalina Bağırova: Günə təbəssümlə başlayın!

Azərbaycanda "Ekstrasenslərin savaşı" proqramının səkkizinci mövsümünü xüsusi bir diqqətlə izləyirdilər. Bu proqramda Bakıda doğulmuş, xarizmatik və iradəli Qalina Bağırova iştirak edirdi. Budur bu gün bizim Nargismagazine.az saytında bəsirətli, ekstrasens, medium, teleaparıcı və "Ekstrasenslərin gücü" kitabının müəllifi ilə eksklüziv söhbət etmək imkanımız var.

Bağırova Qalina İslam qızı 14 iyun 1958-ci ildə Bakıda anadan olub. Onun qeyri-adi bacarıqlarını tanınmış cadugər olan Məryəm nənəsindən ona keçərək erkən uşaqlıq dövründə ortaya çıxmağa başlamışdı. Onun gücünə Bəy olan babası (İran xəttindən) gələcəyi görmə qabiliyyəti də əlavə olunmuşdu. Taleyin təsadüfü nəticəsində iki nəsil birləşərək, bir-birinin qeyri-adi bacarıqlarını möhkəmləndirdi. Bunun da bariz nümunəsi elə Qalina Bağırova oldu!

img_8436

Qalina xanım, insan üçün xoşbəxt olmağın universal yolu varmı?

- Universal yol yoxdur. Hər birimiz çoxlu istedadlara sahibik, lakin çox vaxt onlar aşkar olunmur. Xoşbəxt o şəxsdir ki, enerji-informasiya axınına düşür. Yəni insana həyatda kim olacağına, öz qərarlarında və seçimlərində yanılmamağa dair informasiya daxil olur, lakin təəssüf ki, bu cür insanlar azlıq təşkil edir. Bu insanlar, necə deyərlər, altıncı hissə sahib olanlardır. Hər bir insan özünəməxsus xoşbəxt ola bilər: biri işdə, biznesdə böyük nəticələrə nail olur, digəri isə sevgidə və ailədə. Lakin insan nə qədər xoşbəxt olsa da, yenə də nəsə çatışmır.

İnsana daxili rahatlığı və tarazlığı tapmağa nə kömək edə bilər? Bəlkə özünü tənzimləmək, proqramlaşdırmaq üçün hansısa bir yol var?

- İnsanın həyatını, karyerasını, ailə qurmasını düzgün istiqamətə yönləndirməsi, səhv etməməsi və daim bütün həyatı məsələlərdə qalib gəlməsi üçün müəyyən bir proqram seçmək olar. Lakin bu insanın özü, həm də onunla işləyən üçün çox böyük bir əməkdir. Müəyyən suallara cavab tapmaq üçün bizlərə müqəddəs kitabların verildiyini unutmamaq lazımdır.  

Mən insanı uğur və müvəffəqiyyətə, eyni zamanda daxili rahatlığa və tarazlığa proqramlaşdıra bilirəm. Bu, bir sıra çalışmalar və göstərişlərdən ibarətdir. Mən elə bil ki, köhnə problemləri və əzab verən fikirləri silirəm və insanı uğur, müvəffəqiyyət yoluna istiqamətləndirirəm. Bəziləri ilə bu tez və dəqiq alınır, problemli və bədbəxt insanlarla isə əlləşmək lazım olur, amma mən yenə də, buna müvəffəq oluram. Kömək etdiyim insanlar məni həyatları boyunca xatırlayırlar. Mən isə çox sevinirəm və Allaha şükür edirəm!                      

Siz əlamətlərə, xurafata inanırsınızmı?

- Mən çoxdandır ki, müşahidə edirəm və anladım ki, müəyyən işarələr, müəyyən təlqinlər mövcuddur. "Əlkimyagərin" kainatında Dünyada olan hər şeyin harmoniyası o zaman mümkündür ki, bütün varlıqlar və hətta əlamətlər öz həyat yolu ilə getsinlər. Kitabın səhifələrində elə bir insan tapılmır ki, heç olmasa bir dəfə də olsun onun Həyat yolu ona görsənməsin. Lakin hər kəs bu yolla getməyə cəsarət etmir. Bu yoldan çəkinənlər sonradan peşman olur və tam uğura nail ola bilmir. Bu sadəcə bir örnəkdir, həyatda o qədər işarələrlə qarşılaşırıq ki, onlara diqqət yetirmirik. Düzdür, nəticədə biz bütün həyatımızı dəyişə biləcək işarəni dinləməyib və rədd etdiyimizə görə məğlubiyyətimizi qəbul edirik.    

Geyimin rəngi gün ərzində müvəffəqiyyətə təsir edirmi?

- Bəli, əlbəttə təsir edir. Mən öz həyatımda müvəffəqiyyətlə Feng Shui tətbiq edirəm, həmçinin hər bir insanın bu və ya digər vəziyyətdə hansı rəngdə geyim geyinməsini asanlıqla müəyyən edən öz astroloji hesabı var. Zəfər və uğur üçün - bir rəng, harmoniya və sakitlik üçün - başqa rəng.                      

Bir insanın başına pis hadisənin gələcəyini hansısa əlamətlərlə anlamaq mümkündür, yoxsa hər şey təsadüfən baş verir?

- Mənim üçün bu çətin deyil, mən bir baxışla və ya hərəkət ilə bir insanla nə baş verdiyini və onu hansı pis hadisələrin gözlədiyini dərhal müəyyənləşdirirəm. Həyatda təsadüflər baş verir, lakin onlar da bizə Həyat dərsini daha yaxşı mənimsəmək üçün gərəklidir.

Bəs hər bir insanın energetikası barəsində necə? Bu onun üçün nə dərəcədə əhəmiyyətlidir və ona təsir etmək mümkündürmü?

- Hər yerin və və hər şeyin öz energetikası var. Əgər enerji insan bədənindən ayrılsa, o həyatını itirə bilər. Amma enerjiyə təsir etmək olur, bədənə və pis düşüncələrə şəfa vermək bizə verilib.

Bildiyimiz uğur yeni başlayan biznesmenə nə gətirə bilər?

Hər kəsə öz payını: eyni şey birinə müvəffəqiyyət gətirə bilər, digərinə isə - heç bir şey, üçüncüsü isə uğurdan zövq alacaq və əsas məqsədini unudacaq. Bax bunu etməyi məsləhət görmürəm.

Astrologiya barəsində necə? Sizin üçün bu elmdir? Ulduzlara görə bir-birinə uyğun gəlməyən insanlar bir yerdə yaşamağa alışa bilərlərmi, yoxsa onların taleyi əvvəlcədən təyin edilib?

- Astrologiya bütöv bir elmdir və onu dərk etmək üçün illər lazımdır. Əlbəttə ki, bəzi hallarda bir-biri ilə yaşamağa alışırlar, öz xarakterləri səbəbindən dözürlər. Çoxlarının taleyi isə müəyyənləşdirilib.

img_8474

Hər bir bürcün uğur əldə etməsi üçün hansısa universal yol varmı?

- Yollar çoxdur, lakin məndə bütün bürclər üçün universal üsul var. Bu nədir? Mən susacam, bu mənim sirrimdir.

Maksimal dərəcədə uğurlu keçsin deyə günümüzü nə ilə başlamağı bizə tövsiyə edərdiniz?

Mən günümü təbəssümlə başlayıram və özümü sadəcə uğura proqramlaşdırıram - bu birincisidir. İkincisi - bütün mənfi fikirləri aradan qaldırmaq, rahatlamaq və özünü daxili sakitliyə kökləmək, düşünmədən heç bir addım atmamaq lazımdır. Yalnız bütün bunlara əməl etdikdən sonra yeni günə başlamaq olar.

Yuxulara inanmaq lazımdırmı?

- Peyğəmbərlik yuxuları mövcuddur, hətta İncildə də belə nümunələr var, bunun üzərində durmağı tövsiyə etmirəm, amma qulaq asmaq lazımdır.

Öz gələcəyini bilmək yaxşıdır yoxsa pisdir? Başqasının necə?

- Öz gələcəyini bilmək çox gözəldir, özünü qlobal səhvlərdən qorumaq üçün bir fürsətdir. Başqasının gələcəyini mən dərhal görürəm, sadəcə gözlərinə ya da bədən hərəkətinə və onun geyiminə diqqətlə baxmaq yetərlidir və mənə hər şey aydın olur.

Qadın intuisiyası - sehrdir yoxsa mifdir?

- İntuisiyanı bizə təbiət bəxş edib və onu inkar etmək mümkün deyil, biz onunla anadan olmuşuq. Elə qadınlar var ki, individual sehrə sahibdirlər və onların intuisiyası xüsusi inkişaf edib.

Nəzərə və caduya inanırsınızmı?

- Təəssüf ki, bunların hamısı mövcuddur. Nəzər və cadu - bir növ hipnoz formasıdır.

Şəxsi həyatınızda öz peşəkar bacarıqlarınızdan tez-tez istifadə etmək məcburiyyətində olursunuz?

- Təbii ki şəxsi həyatımda peşəkar bacarıqlarımdan istifadə edirəm, onlarsız olar?

Oxucularımıza tövsiyələriniz və arzularınız.

- Mən oxucularımıza böyük xoşbəxtlik, sevgi və sadiqlik arzu edirəm, hər şeydə həssas olsunlar, səhv etməmək üçün orqanizmlərini və daxili səslərini dinləsinlər, öz üzərlərində həm fiziki, həm də mənəvi cəhətdən işləsinlər. Günə təbəssümlə və pozitivlə başlasınlar! Bu çətin zamanda, biz özümüzü və sevdiklərimizi qorumalıyıq və böyük hərfli İnsan olaraq qalmalıyıq! Hər kəsə uğurlar!

Hər ay Qalina xanım oxucularımıza bu zamanın himayəçiliyini edən bürclərin xüsusiyyətləri haqqında məlumat verəcək. Sentyabr ayı sirli və çalışqan Qız bürclərinə həsr olunub - qaçırmayın!