NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

ZEYNƏB CAHAN: GUERNICA

İlk dəfə deyil ki, oxucumu Parisdəki Picasso Muzeyinə dəvət edirəm. Le Marais səmtində gizlənmiş bu üç mərtəbəli bina hər ziyarətimdə məni yeni, maraqlı sərgiləri ilə özünə cəlb edir. Bu binanın hər şeyi gözəldir - kiçik növbələri; işıqlarla dolu böyük zalları; bizi küncdə gözləyən muzey daxilində mağaza barəsində ümumiyyətlə susuram!

img_4680
Bu günlərdə muzeydə elə həmin Parisdə 1937-ci ildə dünya sərgisində "sadəcə ziyarətçilərin arxasını görən" ispan metrinin işləri sərgilənib. Məşhur "Guernica" Pikassonun pərəstişkarlarını fəth etməyi və XX əsrin ikonasına çevrilməyi bacarmışdır. İspaniyada Respublikaçılar və Franksistlər arasında baş vermiş Vətəndaş müharibəsi dövründə (1936-1939) ərsəyə gələn Guernica eyni zamanda həm şedevr, həm də siyasi simvoldur. Pikassonun həyatı bu əsərdə onun obrazını sadiq və parlaq rəssam kimi işıqlandırılaraq dərin izlə vurğulanmışdır.

img_4706
Pikasso 1937-ci il 1 may - 4 iyun tarixlərində Parisdə studiyada, Grands Augustins küçəsində gündə 12 saat Guernica üzərində çalışmışdı. Daha sonra o, dünyanın hər yerində sərgilənmiş və dəfələrlə təkrarlanmışdır. 1975-ci ildə rəsm əsəri İspaniyaya gəlir və bir daha Vətənini tərk etmir, bu gün isə bu əsər Madriddə yerləşən Kraliça Sofiya İncəsənət Mərkəzinin Milli Muzeyinə məxsusdur. Paris sərgisi İspan rəssamı və onun şedevri arasındakı əlaqənin hekayəsi, eləcə də onun nüfuzlu gücü barəsində bəhs edir.

Bir qədər kompozisiya haqqında: əgər Pikassonun əvvəlki əsərlərində at qadını, buğa isə müəyyən mənada rəssamın özünü təcəssüm edirdisə, hazırki "fantasmaqoriya"da* at ispan millətçiliyini simvollaşdırır, buğa isə deyəsən xalqın simvolu kimi görünür. Xüsusən də, bu heyvan İspaniya "yarımadasının" Totemi sayılır,  İspanlar isə ona ehtiras ilə sitayiş edirlər.

512504
Guernica, xüsusilə buğa və at fiqurları ilə bağlı bir çox təfsirlərə səbəb olub. Pablo digər işlərində olduğu kimi bu dəfə də özü son interpretasiyanı verməkdən imtina edir. Sərginin qalan hissəsi həmin illər İspaniya vətəndaş müharibəsinin fraqmentlərini nümayiş etdirir.


Sərgini 29 İyun 2018-ci il tarixindən etibarən 5, rue Thorigny, 75003, Paris ünvanında ziyarət etmək mümkündür.

img_4689


*Phantasmagoria - qorxulu təsvirlərin yaradılması üçün bir və ya bir neçə fənərin istifadə edildiyi qorxu teatrı janrlarından biridir. 

 Zeynəb Cahan