NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

İNANMAQ ZƏRƏRLİ DEYİL, İNANMAMAQ ZƏRƏRLİDİR!

Çoxları deyir ki, Hollivudda əcnəbi olmaq - bir hökmdür. "Ulduz olmaq istəyirsən? Axı sənin kimilərdən dünyanın yarısı qədərdir!”.

Buna bənzər sözləri ətrafdakılardan eşitdiyiniz halda, onlardan uzaq durmağa çalışın. Əslində sənin Hollivud ulduzu, yaxud serialları izləyən, uşaqları böyüdən və ev işi görən ev xanımı olmağının fərqi yoxdur. Mənim zənnimcə ikisi də asan iş deyil. Yaxşı uşaqlar yetişdirmək, evdə səmimi ab-hava yaratmaq, həyat yoldaşınla sevgini uzun illər boyu qoruyub saxlamaq blokbasterdə əsas rolda oynamaq qədər çətindir.

unnamed_15

Hər iki halda da yanımızda bizə inanan və bacaracaqsan deyən insanın olması lazımdır! Nə arzuladığımız belə vacib deyil. Mən heç vaxt Hollivuda getmək istəməmişəm - təəssüf ki, rol oynaya bilmirəm. Hərçənd mənə həmişə Hollivud səhnəsinin kulisində baş verənlər, kimin və nəyə görə "Oskar" aldığı, qırmızı xalıda kimin nə geyindiyi maraqlı olub. Amma əvəzində mən həmişə uşaqlarla dolu olan, hər kəsin özü kimi göründüyü, səni olduğun kimi və Allahın yaratdığı kimi qəbul etdiyi böyük, mehriban bir ailə arzulamışam. Hər kəsin öz sevinci, öz uğurları, öz həyatı var və heç kimin bir-birindən gizli sirri yoxdur.

unnamed_1_2

Siz oxucularımıza arzulayıram ki, qoy bütün diləkləriniz – "Oskar" və ya "Grammy" qazanmaq, Los-Ancelesin mərkəzində yaşamaq, çoxlu uşağa sahib olmaq və yaxud həftə sonu Şamaxıya balıq tutmağa getmək - gerçəkləşsin! Hər şeyə gücümüzün çatacağı inamı ilə yaşayaq. Hər şeyin, tamamilə hər şeyin mümkün olduğuna inanaq! Hətta mümkünsüz olan belə mümkündür!

Saat - Chopard, Happy Sport kolleksiyası; kolye, sırğa və qolbaq - Chopard, Happy Hearts kolleksiyası

CHOPARD BUTİKİ