NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Gələcəyin evi

Adından da bəlli olduğu kimi, mikro mənzil – ayrı yaşayış sahələri olan bir otaqdan ibarət, çox vaxt xüsusi məqsəd üçün inşa edilən; qonaq, yataq, vanna və mini-mətbəx yerləşdirilərək layihələndirilmiş kiçik bir mənzildir. Bəzi hallarda ev sakinlərinin kommunal (ümumi) mətbəxə, duşu olan kommunal vanna otağına, daxili həyətə və damda olan bağçaya girişləri olur.

Mikro mənzillər üçün çox vaxt çıxma matraslı yataq divanlar və ya yataq-şkaflar, açılıb-bağlanan masalar və kiçik məişət texnikası hazırlanır.
Hansı səbəbə görə biz mikro mənzillərin yaradılması barədə düşündük?

Bu çox sadə cavab tələb edən sadə bir sualdır. Məhz planetin artan əhalisinə görə. 2018-ci il mart ayı dəyərləndirilməsinə görə Yer kürəsinin əhalisi 7,6 milyard insan təşkil edir. 1990-cı ildə planetin əhalisi 5,3 milyard insan təşkil edirdi; əgər keçmişə nəzər salsaq görəcəyik ki, 1950-ci ildə 2,55 milyard insan yaşayırdı. Məgər bu qədər tez artan əhali arasında məkan ekonomiyasının yollarını axtarırıq sualı niyə təəccüb doğurur?