NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Qay Ritçi. 13 fakt

Dünyada ən çox müzakirə olunan rejissorlardan birinin bu gün 50 yaşı, onun ilk "Kart, pul, iki güllə" filminin isə düz on yaşı tamam olur! Biz Gay Riççinin bioqrafiyasından ən maraqlı faktları topladıq.

Gay Riççinin disleksiya problemi var. Bu pozuntu nəticəsində insan oxumaqda çətinlik çəkir. O, xüsusi məktəbdə təhsil alırdı, amma 15 yaşında olarkən təhsilini kinostudiyada əlavə qazanc əldə etmək üçün dəyişdi..

O, yeddi il Madonna ilə evli olub və bu illər onun yaradıcılığında ən uğursuz dövr olmuşdu.

Gay Riççi ivrit dilini öyrənib və hazırda bu dil indiki həyat yoldaşı Jacqui Ainsley ilə gizli danışıq dilidir.

O çoxuşaqlı atadır. Onun ilk evliliyindən İngiltərəyə gəldikləri zaman qayğı göstərdiyi iki oğlu - biri öz, biri isə evladlıq, eləcə də ikinci evliliyindən bir oğlu və iki qızı var.

Rejissor Keith Middletonun uzaq qohumudur.

Balıq ovunu sevir və həmişə bəxti gətirir.

Tanışlıqda da bəxti gətirir. Əgər Gay Riççi Hard Rock Café şəbəkəsinin qurucusu Peter Morton ilə dost olmasaydı "Kart, Pul, İki güllə" filmi çəkilməyəcəkdi. Peter Mortonun qohumu təsadüfən Amerikada kino prodüser təhsili alırdı. Onun adı Matthew Vaughn idi və hazırda o, bu sahədə böyük tikədir. Məhz o, “Kingsman” və "İks-adamlar" filmlərinə prodüserlik edib.

Gay Riççi fəaliyyətə reklam çəkilişləri ilə başlayıb və reklamın həmişə kinoya nisbətən texniki cəhətdən daha yaxşı olacağını etiraf edir. Buna görə də reklam çəkməyi sevir və hər il bir reklam çarxı buraxmağa çalışır. Bu il o, Dünya Futbol Çempionatının reklamını çəkib. Amma ən populyar reklamı - Nike brendi üçün üç dəqiqəlik “Take it to the next level” çarxıdır.

Şəxsi Gritchie Brewing pivə zavoduna sahibdir və bu ilin əvvəlində ilk "English Lore" - ale pivə növünü buraxıb. Pivənin hazırlanması üçün arpa isə rejissorun öz malikanəsindən toplanıb.

Yüksələn ulduzları hiss etmək - onun işidir! 1998-ci ildə o, daha əvvəllər reklamlarda çəkilən və saxta ətirlərin satışı ilə məşğul olan Jason Stathamı dünyaya tanıtdı. Kobud fol üzündən oyunun düz üçüncü saniyəsində meydançadan çıxarılan davakar futbolçu Vinny Jones isə qonşusu ilə dava etdiyi üçün düşdüyü polis bölməsindən birbaşa çəkiliş meydançasına gətirilmişdi. Elə 1998-ci ildə Vinny Jones GQ versiyasına görə "İlin adamı" seçildi.

Gay Riççi şahmat oynamağı və filmlərində çəkilən aktyorlara qalib gəlməyi sevir.

Həmçinin onun karate üzrə qara kəməri var, cüdo və ju jitsu ilə məşğul olur. Hətta evində məşqlər üçün xüsusi rinq təchiz edib.

Gay Riççinin klassik ekran personajının növbəti yenilənməsi 2019-cu ildə gözlənilir: may ayının sonunda "Ələddin" film versiyasının dünya premyerası baş tutacaq.