NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

2018-Cİ İLİN MARAQLI BESTSELLERLƏRİ

Qorxmayın, mən ilin "kitab" nəticələrini vaxtından əvvəl yekunlaşdırmağa çalışıb parovozun önündə qaçmıram. Sadəcə mütəşəkkil insan olaraq (belə düşünmək istəyirəm) sizi dostlarınızı qabaqlayaraq oxuya biləcəyiniz 2018-ci ilin ən yaxşı bestsellerləri haqqında xəbərdar edirəm!  

Kitablar - özünüzlə daşıya biləcəyiniz inanılmaz möcüzədir 

Məşhur qorxu janrının kralı Stephen King ilə başlayaq. Detektiv sevərlərin və pərəstişkarlarının gözü aydın - bu ilin may ayında amerikan yazıçısı qorxunc bir cinayət haqqında növbəti kitab buraxır. "The Outsider" - onun ən həyəcanlı hekayələrindən biridir. Hekayənin mərkəzində on bir yaşlı oğlanın öldürülməsində beysbol məşqçisinin şübhəli olduğu cinayət dayanır. Tənqidçilər istintaq sirlərini açmadan bu günə qədər Kingə qarşı çox müsbət fikirdədirlər və onun sonuncu əsərini "kral" janrının bütün pərəstişkarlarının "dəhşətli zövqü" adlandırırlar.

Biz insanlar haqqında fərziyyələr yaradırıq, sonra isə beynimiz hipotezlərimizi təsdiq edən məlumat axtarır

Sadəcə detektivlə doymaq olmaz. Siyahımda zərif cinsin nümayəndələri üçün Glennon Doyle Meltonun "Sevgi Döyüşçüsü" adlı incə, güclü hekayəsi yer alır. Bu müəllifin boşandıqdan sonra özünü dərk etməyə səyahət hekayəsidir. Həmçinin bu hekayə ağrı ilə üz-üzə gəldikdən sonra hər birimiz üçün mümkün olan şəfanı tapmaq haqqındadır. Həm də New York Times-ın versiyasına görə bu il ən çox satılan memuar-kitab və Oprah Winfreyin kitab klubunun seçimidir. Şəxsən mənə görə, oxumaq üçün çox güclü arqumentdir!

 

Mükəmməllik - heç bir zaman əldə edə bilməyəcəyin bir şeydir, bu həmişə əldə etməyə çalışdığın şeydir. Əgər onu əldə etmisənsə, deməli bu artıq mükəmməllik deyil

Bəzi memuarlar çox kədərli bir səbəbə görə populyarlıq qazanırlar - bu yaz Anthony Bourdain bizi tərk etdi. Etiraf edim ki, ölümündən əvvəl onun haqqında çox az məlumatım var idi. Lakin, onun haqqında sosial şəbəkələrdəki inanılmaz maraq mənim diqqətimi bu istedadlı aşpaz-səyyaha və sən demə, kulinariyanın rok-ulduzuna yönəltdi. "Yemək haqqında. Olduqca məxfi" - hər bir qurman üçün çox əla kitabdır. Anthony məharətlə dünyanın ən məşhur mətbəxlərində baş verənlər barədə danışır. Yeri gəlmişkən, bu kitabı NewYorker jurnalında "Oxumazdan əvvəl yemək yeməyin" adlı ilk məqaləsindən sonra yazmağa qərar vermişdi. Kulinariyanın gizli fəaliyyəti haqqında olan bu qeydlər 2000-ci illərin bestselleri oldu, bu gün isə bizə yeni gücü ilə qayıtdı. 

 

Həmçinin qeyd etmək lazımdır ki, problemlərin çox tələsik həlli həm də problemlərin yaranması ilə bağlı səylərdən qaçmağa cəhd göstərməyə gətirib çıxara bilər

Bir qədər Jordan Peterson və onun xaosa qarşı çarəsi ilə birlikdə qeyri-bədii ədəbiyyat - Həyatın 12 Qaydası haqqında danışaq. Adı olduqca iddialıdır - sizi bilmirəm, mən isə narahatlıq duyuram - buna baxmayaraq, eyni anda kitabla məqalə arasında tanışlıq prosesindəyəm. Klinik psixoloq Jordan bizə həyatın etik prinsiplərindən bəhs edir - burada heç bir motivasiya şüarı yoxdur, çox sayda maraqlı və 12 qaydanın paralel hekayələri ilə ən qədim mövzulara yeni bir baxış var!

...lakin romantik deyil, onları çox cəlb etdiyin fikri, səni sındırmaq üçün riskə getdikləri fikri - xoş deyil. Və hər şey şansını qaçırmamaq üçündür. Onların maraqları ilə müqayisədə sən onlar üçün heç kimsən

Desertə hindistanlı Rupi Kaurun şeirlərini saxlamışam. "Süd və Bal" - duyğulu poeziyanın lirik toplusudur. Bu şeirlər toplusu 4 fəsildən ibarətdir, hər biri Rupinin sevgi, qadınlıq, ağrı və itkiləri ilə bağlı həyatının müxtəlif mərhələlərindən bəhs edir. Şeirlərin tərcüməsi ilə yanaşı orijinal mətnlərin ingilis dilində dərc olunması kitabın bonusudur.

İlin sonuna mütləq yeni və ya unudulmuş kitab favoritlərimlə geri qayıdacam, hələlik isə bütün bu kitablar payız üçündür. Xoş mütaliələr!

 

Zeynab Cahan