NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Oscar Wilde

Oskar Uayld - filosof, estet və qədim Viktorian dövrünün məşhur dramaturqlarından biridir. Əsl London dendisi, dekadans şairi, bir sıra pyeslərin və bugünədək məşhur olan yeganə "Dorian Qreyin portreti" romanın müəllifidir. 

6129_res_00

  1. Heç vaxt sizə adi insan kimi davranan birini sevməyin.
  2. Susdurmağa çalışdığımız hər bir arzu qəlbimizdə dolaşır və bizi zəhərləyir. Günah işləyərək insan günaha olan həvəsindən azad olur, çünki günahın gerçəkləşməsi - təmizlənməyə gedən yoldur. Bundan sonra yalnız zövqün xatirələri və tövbənin şəhvəti qalır. Nəfsdən qurtulmanın yeganə yolu ona itaət etməkdir.
  3. Bu dünyada yalnız iki növ fəlakət vardır, biri məqsədinə çata bilməmək, digəri isə çatmaq.
  4. Yalnız səthi insanlar görünüşə görə mühakimə etmirlər.
  5. Müsbət insanlar əsəblərə, pis insanlar isə təxəyyülə təsir edirlər.
  6. Başqalarının faciəsi həmişə dözülməz dərəcədə banaldır.
  7. Hər müqəddəsin bir keçmişi, hər günahkarın da bir gələcəyi vardır.
  8. İctimai fikir düşüncənin mürgülədiyi yerdə zəfər çalır.
  9. Bəzən ölü saydığımız şeylər uzun müddət ölmək istəmir.
  10. İnsanlar həmişə ən çox sevdiklərini məhv edirlər.
  11. Yalnız boş insanlar özlərinə bələddirlər.
  12. Kişi ilə qadın arasında heç bir dostluqdan söhbət gedə bilməz. Onlar arasında düşmənçilik, ehtiras, pərəstiş və sevgi ola bilər. Bircə dostluqdan başqa.
  13. Qadınların ən yaxşı müdafiə üsulu - hücumdur, ən yaxşı hücum isə - ani və izahedilməz geri çəkilmədir.