NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

Sevgini çəkən kəs

Keçmiş həyatımda mən yəqin ki, rəssam olmuşam və necə rəsm çəkdiyimi nəzərə alsaq – çox güman ki, çox ac rəssam. Hər halda, bütün boş vaxtımı mən zəmanəmizin yeniliklərinin axtarışı ilə məşğulam və deyim ki, "canlı" rəssamın işlərini izləmək də maraqlıdır – o necə biridir, harada yaşayır və onun işlərinə başqa nə təsir edəcək?

img_0887

Bir neçə ildir ki, Jozef Lorassonun səmimi rəsm əsərlərini müşahidə edirəm. O, sanki personajlarının kafedə, muzeydə və mənzillərində izlədiyi həyatlarını çəkir. Josefin 1966-cı ildə Çikaqoda doğulduğunu eşidəndə bir az təəccübləndim, çünki onun rəsmlərinin süjetləri olduqca Parisə, bir qədər də Stokholma aiddir. Bu süjetlərdə o, bəzən bilərəkdən, bəzən də təsadüfən gündəlik həyat səhnələrinin şahidi olur: bistroda öpüşənlərin, qucaqlaşmağın, həssas rəqsin, Tuluz Lotrekin şedevrindən zövq almağın və ya bazar axşamı yuxusunun...

tableforone24x26

Lorasso İtaliya əsilli olduğuna görə valideynləri balaca Jozefə İtaliyaya səfərlər edərək sənətə, xüsusilə, İtalyan ustalarına sevgi hissini aşılayıblar. Daha sonra Lorasso özü üçün impressionistləri də kəşf etmişdi. Onlara heyranlıq duyaraq o, oxşar işləri axtarırdı, müxtəlif rəssamların əsərləri ilə daha çox maraqlanırdı və tezliklə incəsənətin ehtiraslı tələbəsi oldu.

the-long-fare

"Hesab edirəm ki, əsl sənət hamımızın içində olan dərin bir şeyi öyrənmək üçün səbəb olaraq xidmət edir", – rəssam bildirir. Onun rəsm əsərlərində əks olunan əhval-ruhiyyə və emosiya gündəlik həyatın sakit vaxtlarında istilik hissi doğurur. Onun özümüzün də tez-tez olduğumuz yerlərdə təsvir olunan insanları sirli, tənha, romantik və yenə də tanışdırlar. Yəqin ki, onun işləri buna görə belə populyarlıq qazanıblar: Bu sadəliklə izləyicilərlə ünsiyyət quraraq, onlar intim, çox şəxsi bir şey ilə rezonans yaradırlar. 

img_0882

Lorassonun əsərləri beynəlxalq səviyyədə sərgilənir və çox sayda mükafat və ehtiram qazanıb. O, «American Artist», «Southwest Art», «İncəsənət və antikvar» və digər jurnallarda dərc olunub. Lorassonun əsərləri bir çox şəxsi kolleksiyalara və çox sayda Amerika qalereyalarının daimi kolleksiyalarına daxil edilmişdir.

Bəs onun romantik işləri sizin xoşunuza gəlir?

img_0877

Zeynəb Cahan