Hər hansı bir janr və hətta incəsənətin bir növünün çərçivəsi Çingiz Babayevə darlıq edir, onun yaradıcılıq diapazonu son dərəcə genişdir. Düşüncələrini müasir incəsənətin zəngin arsenalı vasitəsi ilə ifadə etməyə can ataraq, o, yorulmadan eksperiment edir: bakıdakı Müasir Mədəniyyət Mərkəzindəki Art Ets işi, londondakı Madam Tüsso muzeyi üçün mum fiqurlar, lend-art janrında çoxsaylı layihələr, nadir müəllif xalçaları və bütöv xalça instalyasiyaları... O, qavramaya müxtəlif alətlər vasitəsi ilə təsir göstərərək, ən adi şeyə yenidən nəzər salmağa məcbur edir. Mədəni keçmişimizdən günümüzə körpü salaraq, Çingiz Babayev onlara yeni həyat verir və ənənələri özünəməxsus tərzdə davam etdirir. Və onun yaradıcılığının hər yeni mərhələsi – bu, yüksələn spiralın yeni burumu, yetkinliyin və ustalığın yeni səviyyəsinə yüksəlişdir.
Vyana manifesti
Bu il rəssam üçün uğurlu – praktiki olaraq yeni il bayramından dərhal sonra Azərbaycanın Vyanadakı Mədəniyyət mərkəzindəki əsərlərinin sərgisindən başladı. Rəssam Avstriya publikasını əsərləri ilə ilk dəfə deyil ki tanış edir. Bu dəfə o, ən əsas məhsulunu – konseptual xalçaları təqdim etdi.
...Məkan təşkil olunub, eksponatlar düzülüb, divarlardan asılıb, zalda ilk ziyarətçilər gəzişir... Kimsə çaşqın halda girişdə aldığı bukletə baxaraq orada vizual kodlara açarlar arayır, kimin isə gözləri həyəcanla yanır – deyəsən, o, anladı, gördü!.. Daha beş dəqiqə – və publika önünə çıxaraq onu salamlamaq, manifestini oxumaq və ərsəyə gətirdikləri ilə tanış etmək, alqışları qəbul etmək zamanı gələcək – bu, böyük rəssamın kiçik səadətidir...
Gizli məna
1994-1996-cı illərdə lend-art üzrə bir sıra layihələr üzrə çalışdım. “Handmade carpet”də – yarpaq və meyvələrdən “toxunmuş” instalyasiyada – Azərbaycan xalçası canlandırılmışdı. Emosional, parlaq boyalardan istifadə edərək, kontrastlarla oynayaraq və layihələrə heyvan və nağıl məxluqlarını cəlb edərək, mən şifrələnmiş əsərlərimi İtaliyanın Borso-Valsuqanesində, Fransa Strasburqunda (“Karvan”), Avstriyada, Ukraynada, hətta LII Venesiya biennalesində sərgilədim. Meyvə və tərəvəzlə əhatə olunan bir neçə kvadrat metrdə daim Şərq və Qərb qarşılaşır – əbədi birlikdə və usanmaz qarşıdurmada.
İn-Yan
Sonradan xalça mövzusu onun yaradıcılığının leytmotivinə çevriləcək. “Xalça” instalyasiyalarından sonra rəssam xovlu xalçalara keçid aldı, onlardan biri Xalça muzeyinin daimi ekspozisiyasında layiqli yer tutdu. Xalça mövzusunu Çingiz Babayev tamamilə yeni, özünəməxsus üslubda açır və məhz bütün digər ustaların qədim sənətin sirlərinə yiyələnmək cəhdlərinə bu bənzərsizliyindən qeyri-adi tarixçə başlayır. Çingiz Babayevin xalçaları ənənəyə sayğıdan daha çox yeni dövrün məhsuludur, müasir incəsənət epoxasının törəməsidir. Milli qürurla ən yeni matrisaları calaşdıran rəssam sərt 90-cı illərdə populyarlıq qazanır və bu ideya ilə uğurla iri beynəlxalq sərgilərə “qastrol” səfərləri edir. Lakin bu gün qarşımızda qeyri-adi bir şey var – son dərəcə güclü arxetiplərlə qüvvətləndirilən müəyyən bir monumental ilkin çeşmə. Sanki qaval vasitəsi ilə başqa reallığa yol tapmağı bacaran mistik şaman kimi, Çingiz müasir incəsənətin xam tarlasına çıxır və nə isə inanılmazı, indiyə qədər mövcud olmayanı maddiləşdirməyə başlayır... Bunu özümü edir? Ya onu kiminsə inamlı əli yönləndirir? Bu transsendent hadisədə iki mərkəzi fiqur olaraq İn və Yan – bir-birinə qarşısıalınmaz cazibədən, bir-birindən nə ayrı mövcud olmalarının, nə də birləşmələrinin mümkünsüzlüyündən usanan, ruhun, əzəmətli kosmosun sonsuz fəzasındakı əbədi səyyahlar – çıxış edir...
Yer üzündə həyatın davamını və mövcudluğun üçbucaq ana ağuşunu simvolizə edən azman fiqurlar amansız döyüşümü, eşq müqəddiməsinimi, bəlkə də hər ikisini xatırladan vahid kosmik rəqsdə əl-ələ verərək süzürlər... Çingiz Abdullayevin əsərlərini bəzəyən fiqurlu burumlar yalnız keçmişdən məktublar deyil, həm də gələcəkdən kosmik siqnallardır. Bu ornamentlərdə yaradılışın ulu şəbihi şifrələnib, xov səthin üzərini örtən kişi və qadın nişanları isə onları xaosun girdabına çökməsindən ayıran vahid bir anda donan halda əks ediliblər.
Bu gün özümün birmənalı olaraq kim olduğumu təyin etmək çox çətindir. Mən mətnlər yazıram, ancaq bu hələ o demək deyil ki, mən yazıçıyam; şeirlər yazıram, amma bu mənim şair olmağım anlamına gəlmir; xalçalar yaradıram, lakin məni toxucu adlandırmaq olmaz. Mən sadəcə özümü ifadə etmək üçün müxtəlif alətlərdən istifadə edirəm, eyni ilə zəruriyyət yarandıqda müxtəlif dillərdə danışa bildiyim kimi. Hazırda əsas məqsədim xalçalarımın təbliğidir, hərçənd buna az vəsait xərclənmir. Mənim 4 xalçam var, onlardan biri Bakı Xalça muzeyindədir. Mən muzeyin direktoru Şirin Məlikovaya birgə layihələr təklif etmişəm, hazırda bu barədə danışıqlar aparırıq. Məsələn, orta əsr və mənim, müəllif xalçalarımın birgə ekspozisiyasını keçirmək olar. Bu maraqlı olardı. Xalçalar vasitəsi ilə müasir həyat, gender, sosial problemlər və s. haqqında danışmağa çalışıram. Paralel olaraq sufilik mövzusunda xalça üzərində işləməyə başlamışam.
Mum insanlar
1997-ci ildə Madam Tüssonun muzeyi üçün mum fiqurların hazırlanmasına dair müraciətlər sırasında mənimki də var idi. İmtahan verərək, dəvət edilən üç azərbaycanlıdan biri oldum. Layihənin əvvəlcə Nyu-Yorkda reallaşacağı planlaşdırılırdı, lakin gözlənilmədən onu London əvəzlədi və növbəti 3 ili Tina Törner və Elton Con, Şirli Makleyn və Maykl Cekson, Billi Holidey, Hyu Qrant, Kərim Əbdül Cabbarın mum surətlərinin üzərində əlləşərək keçirdim. Bu kifayət qədər ağır və darıxdırıcı işdir. Qəhrəmanları daha yaxından tanımaq, bioqrafiyalarını öyrənmək, onların taleyini dərindən anlamaq lazım gəlirdi. Məsələn, mən Billi Holideyi çox dinləyirdim; sən demə müğənninin çətin taleyi olub. Təbiətin deyil, plastik cərrahın əl işi olan Maykl Ceksonun burnu üzərində çox əziyyət çəkdim. Muzeydə ən uca olan basketbolçu Kərim Cabbarın fiquru üzərində işləmək üçünsə əl nərdivanına dırmanmaq lazım gəlirdi.
Gümüş şahidlər
Yaradıcılıq eksperimentini davam etdirərək və art-obyektlərə yeni funksiya bəxş edərək, Çingiz Babayev öz heykəllərinin gümüş replikalarını yaradır. Konseptual bəzəklər intellektual dərk tələb edir və meydana bir sıra fəlsəfi suallar gətirir. Bir-birinə kip sıxılmış dodaqlar, göz şəklində parlaq sirli gözmuncuğu, “əlləri” ilə nəvazişlə biləyi qucaqlayan bilərzik – bu bəzəklərin hər biri mədəni mənalar və zərif məcazların daşıyıcısına çevrilir, onları ancaq hal əhli oxuya bilər.
İnam
Allahın mahiyyəti haqqında suala birmənalı cavab yoxdur. Düşünürəm ki, duallıq Onun Özündə təcəlla edir. Allaha məhəbbət məndə həmişə incəsənətə məhəbbət prizmasından istiqamətini dəyişirdi. Allah eyni zamanda həm qadın, həm də kişidir, həmçinin O, nə qadındır, nə də kişi. Yaxınlarda haradasa oxumuşdum ki, Allah əvvəlcə qadınları yaradıb, nəsli artırmaq onlar üçün çətinləşdikdə isə kişiləri fikirləşib. Bəzən düşünürəm ki, insanlar məqsədyönlü yaranmayıblar, onlar sadəcə ümumi, məntiqi zəruri təkamül prosesinin bir hissəsidir, enerji daşıyıcısıdır. Cism tam olaraq enerji ilə dolur, sonra isə enişlə hərəkət etməyə başlayır və ilkin görkəminə qayıdır. Lakin xidmət müddətini başa vuran batareyanın enerjisi qalır...
Məram
Yer arzuların həyata keçdiyi məkandır. Biz bura onları reallaşdırmaq üçün gəlirik. Anadan olan kimi ilk istəyimiz - yaxşıca yeməkdir. Sonra arzular çoxalır, onlar müxtəlifləşir... Məsələn, mən arzularımı yazıram, onları vizuallaşdırmağa çalışıram; bəzən onlar köhnəlmiş təsir bağışlayır, yenilənmə tələb edir. Onların həyata keçməsi üçün məram lazımdır. Böyük hesabla, bizim taleyimiz – məramlarımızın nəticəsidir.
Eşq
Eşq – əsərlərimdən biri belə adlanır. Adi, ölçüsü 2x2 metr, trapesiya formasında otaq. Daxildə tam zülmət hökm sürür, pərdə də qaradır, divarlarda və tavanda naxışla “Eşq” yazılıb. Mən dünyanı, əslində bütün sualları həll edən eşq prizmasından əks etdirməyə çalışmışam. Axı heç kim sevdiyinə qıymaz. – N