NARGIS
NARGIS MAGAZINE
Mədəniyyət

Ağdam. İşğaldan öncə və sonra

Ağdam – zəngin tarixə malik Azərbaycan şəhəridir. Erməni işğalından əvvəl, 1993-cü ildə Ağdamda tarixi abidələr, dəmiryolu stansiyası, təhsil müəssisələri, mədəniyyət və memarlıq nümunələri, o cümlədən, antik dövr və orta əsrlərə aid eksponatların nümayiş olunduğu SSRİ-də yeganə olan Çörək Muzeyi yerləşirdi. Şəhər qida sənayesi və kənd təsərrüfatı ilə tanınırdı. Lakin işğal olduğu illər ərzində şəhər erməni barbarları tərəfindən dağıdıldı və xarabalığa çevrildi. Mədəni və ekoloji terrorizm göz qabağındadır! Bu gün, 20 noyabr 2020-ci il, Ağdam Ermənistanın barbar işğalından azad olundu.