“44” sadəcə bir rəqəm deyil. O, rəşadətli ordumuzun İkinci Qarabağ müharibəsində mərdcəsinə döyüşdüyü 44 günü özündə cəmləşdirərək xalqımızın mətanət ruhunun göstəricisi rolunu oynayır. Bu, hüquqən bizə aid olanın arxasınca gedən yolda bitmək-tükənmək bilməyən istəyin, ədalətin bərpasına olan sarsılmaz inancın və xalqımızın birlik şəklində etdiyi duaların təcəssümüdür. Lakin hər şeydən öncə bu, igid əsgərlərimizin təhlükəsizliyi və rifahı üçün qəlbən mübarizədir.
44 rəqəmi, əbədi olaraq birliyin, ədalətin və həmçinin tariximizin ağrılı bir səhifəsinin müzəffər yekununun simvolu olaraq qalacaqdır. Birinci Qarabağ Müharibəsinin yekunlaşmasından bəri hər birimizin qəlbində dərin bir yara qalmışdı, lakin bu eyni zamanda bizi haqsız şəkildə əlimizdən alınan torpağı geri qaytarmağa sövq edirdi. Bugün biz xalqımızın ləyaqəti və bütövlüyü uğrunda mübarizədə öz arzu və istəklərini düşünmədən fəda etmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edirik. Bugün biz hər iki Qarabağ müharibəsində iştirak etmiş bütün əsgərlərin xatirəsini qəlbimizdə yaşadır, onlara qarşı dərin minnətdarlıq hissi duyuruq. Məhz onların fədakarlıqlarının nəticısidir ki, biz öz doğma torpaqlarımıza geri dönə bildik.
Qələbə günün mübarək, Azərbaycan!
Qoy möhkəm ruhumuz və fədakarlıqlarımız bizi vahid, daha parlaq gələcəyə doğru ilhamdırmağa davam etsin.
Bu layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə birgə həyata keçirilib.
Mərkəzin əsas missiyası əhalinin həssas təbəqələrinə ictimai dəstəyi gücləndirmək, əhalinin ümumi rifahını yaxşılaşdırmaq, bu məqsədlərə nail olmaq üçün innovativ həlləri həyata keçirmək və son nəticədə bu səylərlə vətəndaşların məmnunluğunun artırılmasına nail olmaqdır.