NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

2023-cü İlin Ən Yaxşı Tərəfdaşları: Ekologiya və Təbii Sərvətlər Nazirliyi mükafatı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində ətraf mühitə töhfə verən “ilin ən yaxşı tərəfdaşları” təltif edilib 2023-cü il ərzində təbiətin mühafizəsi və ətraf mühitin qorunmasına yönələn təşəbbüslərə qoşularaq ətraf mühitin sağlamlaşdırılmasına, biomüxtəlifliyin və ekosistemin bərpasına önəm verən, bu istiqamətdə layihələr həyata keçirən, eyni zamanda ekoloji maarifləndirmə sahəsində təşəbbüskarlıq göstərən sahibkarlıq subyektləri, təşkilatlar və qeyri-hökumət təşkilatları Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “2023-cü ilin ən yaxşı tərəfdaşı” seçilib və onlara stimullaşdırıcı nominasiyalar təqdim olunub.

Tədbirdə "Bioloji müxtəlifliyin qorunması layihələrində ən yaxşı tərəfdaş", “Korporativ sosial məsuliyyət çərçivəsində ətraf mühit layihələrinə dəstək olan ən yaxşı tərəfdaş”, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekosistemin bərpasına verdiyi dəstəyə görə ən yaxşı tərəfdaş”, ““Yaşıl gələcək” platforması çərçivəsində keçirilən ağacəkmə aksiyalarında ən yaxşı tərəfdaş” və “Ekoloji maarifləndirmə sahəsində təşəbbüskarlıq və dəstəyə görə ən yaxşı tərəfdaş” nominasiyaları üzrə müxtəlif təşkilatlar, şirkətlər və QHT-lər təltif edilib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
/