NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Həyat: Tofiq Bakıxanov

Azərbaycanın xalq artisti, “Şöhrət” ordeni sahibi, məşhur Azərbaycanlı bəstəkar Tofiq Bakıxanov, səkkiz simfoniya, beş simfonik muğam, altı simfonik poema, müxtəlif alətlər üçün 26 konsert, üç bir - aktlı balet və bəstəkar Nariman Məmmədovla birlikdə yazdığı üç operettanın müəllifidir. Bundan başqa, o, Flora Kərimova, Zeynəb Xanlarova, İlahamə Quliyeva, Rauf Adıgözəlov, Mobil Əhmədov və bir çox başqalarının ifa etdiyi 100 – dən çox mahnının bəstəkarıdır. Nargis Magzine ilə müsahibəsində, o, hər səhifəsi Əlahəzrət Musiqiyə qarşı məhəbbətlə dolu, uzun və məhsuldar həyat yolundan bəhs edir.

Azərbaycan elminin, tarixinin və mədəniyyətinin görkəmli nümayəndəsi Abbas Qulu Ağa Bakıxanovun ailəsində dünyaya göz açmısınız. Bu qohumluq sizə necə təsir edib?
Bakı xanlarının nəslindən olan ailəmiz, 19 – cu əsrdən etibarən xalqa xidmət edir. Bakı xanlığının üçüncü xanı Mirzə Məhəmməd Xan II, mənim ulu babam Abbas Qulu Ağa Bakıxanovun atası olub. Abbas Qulu Ağa Bakıxanov elmi tarixşünaslıq və arxeologiyanın əsasını qoymuş və ilk Azərbaycan dilşünası olmuşdur. Əvvəllər o, ailəsi ilə birlikdə Əmircanda yaşamış, sonra isə dayısı Fətəli Xanın idarə etdiyi Qubaya köçmüşdür. Onlar, Amsər kəndində məskunlaşmışdılar. Hal – hazırda həmin kənddə Abbas Qulu Ağa Bakıxanovun ev muzeyi yerləşir. Qeyd etmək istərdim ki, Abbas Qulu Ağa Bakıxanov mükəmməl təhsil almış, savadlı, bir neçə dil dilən şəxsiyyət olub. O, Gürcüstanın Hakimiyyət idarəsinə Şərq dillərindən tərcüməçi kimi dəvət edilmiş və Rusiya – İran arasında imzalanan Türkmənçay sülh müqaviləsində iştirak etmişdi. Bakıxanov zəngin elmi, fəlsəfi və bədii irs qoyub. Onun “Gülüstani – İrəm” əsəri hökmdar tərəfindən yüksək qiymətləndirilmiş, ona briliyant üzük və pul mükafatı hədiyyə edilmişdir. Bakıxanov altı ay müddətində Varşavada yaşamış və burada A.S.Puşkinin bacısı Olqa Sergeyevna Pavliçeva ilə tanış olmuşdur. Onun xahişi ilə, Bakıxanov Sankt – Peterburqda Puşkinlər ailəsinə məktub çatdırmış, 1834 – cü ildə Aleksandr Sergeyeviçlə görüşmüş və o, Bakıxanovu bəstəkar Qlinka ilə tanış etmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu onun şərəfinə adlandıdırılmışdır. 2014 – cü ildə Azərbaycanda Bakıxanovun 220 illik yubileyi qeyd edilmişdir.

Musiqiyə olan sevginiz atanızdan sizə irsən keçib?
Atam Ahməd Ağa Bakıxanov, məşhur tar ifaçısı və musiqi sahəsində görkəmli şəxsiyyət olub. O Azərbaycan SSR (1973) xalq artisti, xalq musiqi alətləri ansamblının təsisçisi, Azərbaycan SSR (1943) Əməkdar Müəllimi və Azərbaycan SSR (1964) Fəxri incəsənət işçisi olub. Biz Nizami metrosunun yanında, hal – hazırda xalq musiqi alətləri muzeyi olan binada yaşayırdıq. Yanımızdakı mənzildə isə Üzeyir Hacibəyli yaşayıb. Biz onlarla yaxın ailəvi dost olmuşuq. Onun həyat yoldaşı çox qonaqpərvər idi və biz, tez – tez onlara qonaq gedirdik. Üzeyir bəyin dəvəti ilə atam konservatoriyada dərs deməyə başladı.

Bəs muqisi fəaliyyətiniz necə başladı?
Bir gün Üzeyir bəy atama dedi ki, xalq çalğı alətlərində ifa edən bir çox musiqiçilərimiz var, lakin Avropa musiqisini ifa edənlər azdır.O atama təklif etdi ki, üç uşağı – qardaşım, bacım və mən – skripka, violonçel və piano çalmağı öyrənək. Atam razılaşdı. O zamanlar Konservatoriyanın nəznində musiqi məktəbi var idi ( indiki Bülbül məktəbi) və biz üçümüz də qeydiyyatdan keçdik. 3 – cü sinifdən 10- cu sinfədək bütün ifalarım və konsertlərimdə Üzeyir bəy yanımda olmuş və məni dəstəkləmişdir. Mən tez – tez dövlət tədbirləri və konsertlərində yer alırdım. Məsələn, 1947 – ci ildə, Opera Teatrında Nizaminin 800 – cü yubileyinə Broz Tito da daxil olmaqla bir çox liderlər toplanmışdır. Mən mürəkkəb bir əsər ifa edirdim – Vieuxtemp – in Concerto No. Bundan başqa, mən Bəstəkarlar Birliyinin Konqresində Lev Qinzburqun qarşısında və rəsmi şəxsiyyətlərin iştirak etdiyi bir çox başqa tədbirlərdə çıxış etmişdim.

Bundan sonra konservatoriyaya daxil oldunuz?
Mən konservatoriyaya imtahanlara hazırlaşarkən, o zamanlar konservatoriyanın rektoru olan Üzeyir bəy, mənə dedi ki, mən imtahansız qəbul olunmuşam. Mən, Professor Bretatinskinin skripka dərslərinə qoşuldum. O zamanlar mən, ancaq başqa bəstəkarların əsərlərini ifa edirdim. Skripka təhsilimi bitirdikdən sonra bəstəkarlıq fakultəsinə daxil oldum. Üzeyir Hacibəylinin vəfatından sonra onun adına təqaüd təsis edildi və mən bu təqaüdə layiq görülən ilk tələbə oldum. Bu, o zamanlar üçün dəyərli məbləğ idi – 400 rubl.

Əsərlərinizi necə bəstələməyə başladınız?
Mən Konservatoriyada departament müdiri idim və bir gün biz Cövdət Hacıyevin sədrlik etdiyi imtahanda idik. Tələbələrdən biri mənim əsərimi ifa etdi və o, bu əsəri çox bəyəndi. O, mənim musiqi bəstələməyimə çox təəcübləndi və məni rektora – Qara Qarayevin yanına göndərdi. Mən, rektora gəlişimin məqsədini izah etdim və o, işlərimi dinlədikdən sonra, bəstəkarlıq fakultəsində oxumalı olduğumu dedi. O, məni öz sinfinə qəbul etməzdən öncə, altı ay ərzində mənimlə işlədi. Mən beş illik kursu dörd ildə bitirdim və bundan sonra Bəstəkarlar Birliyinin üzvü oldum.

Baletləriniz necə yazdınız?
Mən öz simfoniyamı yazdıqda Qara Qarayev mənə dedi ki, mən balet yazmalıyam. Mən onun məsləhətinə qulaq asdım. Və beləliklə “Xəzər Balladası”ərsəyə gəldi. Dinləmədə Fransa nümayəndə heyəti iştirak etmiş və məni ayaqüstə alqışlamışdı. Sonradan əsər festivalın proqramına daxil edilmişdir. “Xeyir və Şər” baleti Nizaminin 850 – ci il dönümü üçün yazılmış, “Şərq Poeması” baleti isə Sergey Yeseninin “Fars Motivləri” əsasında yazılmışdır.

Neft mövzusunda balet yazmaq necə ağlınıza gəldi? Bu, dünyada sözü gedən mövzuda yazılmış ilk baletdir, elə deyilmi?
Həyat yoldaşımın qardaşı Siyavuş Məmmədzadə, mənim yaxın dostum, yazıçı və tərcüməçi olub. Baletin ideyası yarandıqda biz onunla Neft Daşlarına gedərək buradakı işçilərin həyatı ilə tanış olduq. Siyavuş balet üçün liberetto yazdı, xoreoqraflar – Rəfiqə Axundova və Maqsud Mammədov da baletin üzərində işlədilər. Balet Parisdə beş dəfə, Fransa, Mante Karlo, Lüksenburqun bir sıra şəhərlərində və bütün SSSR – də isə 30 dəfədən artıq nümayiş olunmuşdur. Moskvada isə Lenin 100 illik yubileyinə həsr olunmuş tədbirdə ifa edilmişdir.

Qəlbinizə yaxın olan xatirələrlə bağlı olan əsəriniz hansıdır?
Heydər Əliyevlə görüş qəlbimdə dərin iz buraxmışdı. Biz şəxsən tanış olduq və o, məni “Şöhrət” ordeni ilə təltif etdi. Mən ona “Həmişə bizimləsən” adlı simfonik poemamı həsr etdim. Sonradan, məni, İlham Əliyev Şəfər Ordeninə layiq gördü.

Sizi xoşbəxt insan adlandırmaq olar?
Mən həyatında bir çox işlər görmüş çox xoşbəxt adamam. Mən zəngin həyat yaşamış və iki övlad böyütmüşəm. Mənim oğlum Vahid, Moskva Dövlət Universtitetinin Fəlsəfə fakultəsindən məzun olub. Qızım, Nigar, Akademiyada çalışıb, şərqşünas və Ziya Bünyadovun tələbəsi olub. Onun disertasiya müdafiəsinə Aida İmanquliyeva rəhbərlik etmişdir. Təəssüf ki, qızım, 34 yaşında, qan xəstəliyindən dünyasını dəyişmişdir. Onun uşaqları İsveçdə yaşayır və mənim artıq nəticəm var.