NARGIS
Ru En
NARGIS MAGAZINE
Nargis for Eco

Sıfır tullantı: NARGIS x Ekologiya və Təbii Sərvətlər Nazirliyi dördüncü təmizlik aksiyası

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Hövsan sahili tullantılardan təmizlənib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı rayon İcra Hakimiyyətinin, yerli bələdiyyə və kommunal müəssisə kombinatının, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), “NARGİS” jurnalının nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində təmizlik aksiyası keçirilib.

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən aksiya zamanı sahil zolağı 700 kiloqramdan artıq tullantıdan təmizlənib.

Qeyd edək ki, “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə cəlb etmək məqsədilə hər həftənin 4-cü və 6-cı günləri ölkə ərazisinin dəniz və çay sahillərində, dağ-meşə ərazilərində iməciliklər keçirilir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/