
Özünü kəşf edərək...
Mən öz həyat tapşırıqlarımı anladım. Onlardan biri “yox” deməyi, digəri isə “hə” deməyi bacarmaqdır. Lakin hər zaman doğru anda və doğru insanlara. “Yox” – mənim öz yolum haqqında təsəvvürlərimə uyğun olmayan hər şeyə və “hə” əldə buraxmaq üçün çox yaxşı görünən fürsətlərə.
Həyatda öz amalını tapdığında hər şey daha asan və xoş görünür. Həyatı məna ilə doldurmağın ən yaxşı üsulu başqalarına kömək etməkdir. Lakin bunu bütün, səmimi qəlbinlə etməlisən. Sevmək və hər şeyini vermək – amma yenə də səmimi qəlblə. Sonunadək güvənmək - və əgər kimsə sizə xəyanət edərsə bilin ki, siz yenə də qazanmısınız.
Mən hər zaman detallara fikir verir və cavabları adətən heç kimin baxmadığı yerlərdə tapıram. Əsas məqam başqalarının gördüklərini görmək, lakin başqalarından fərqli düşünməkdir. Bu işdə açar hər kəsi düşünmək, lakin başqalarının fikrinə önəm verməməkdir.
Açar sizin daxilinizdədir. Özünüzü kəşf edərək, öz gücünüzün fərqinə varacaqsınız. Öz hisslərinizin, qorxularınızın, zəifliklərinizin və qaranlıq tərəfimiz üzərində olan gücünüzün. Və o zaman qarşısıalınmaz olacaqsınız. Sizi özünüzə olan sevginizin qüdrətli gücü işıqlandıracaq. Həzz alın!
Ülviyyə Mahmud
“Başqalarını tanımaq — müdriklikdir,
özünü tanımaq — idrakdır.”
— Lao Szı