![](/site/assets/files/11907/120724_yango_00163_2_fin_srgb.900x0.jpg)
Baş ofisi Dubayda yerləşən Yango Group texnologiya şirkəti Azərbaycan bazarına iki il bundan öncə, Yango Ride ilə daxil olmuş və qısa zaman ərzində böyük populyarlıq qazanmışdır. Hal – hazırda bu sadəcə onlayn taksi xidməti deyil, həm də şəhərlərarası səyahətlər, yeməklərin çatdırılması və s. kimi gündəlik işləri asanlaşdıran bir sıra xidmətləri birləşdirən tam hüquqlu super tətbiqdir. NARGİS jurnalına verdiyi müsahibəsində Yango Ride - ın Azərbaycandakı direktoru Müşviq Həsənov platformanın bazarda üzləşdiyi çətinlikləri, şirkət xidmətlərini inkişaf etdirməyə kömək edən amilləri, yerli məhsulun necə yarandığı haqqında məlumat verdi.
Siz öncə məxfi xidmətdə, sonra isə Uber – də çalışmısınız. 2022 – ci ildə Yango Ride komandasına qoşuldunuz. Keçmiş karyeranız işinizə necə kömək oldu və hal – hazırda öhdəlikləriniz nədən ibarətdir?
Məxfi xidmətdə çalışdığım müddət mənim üçün analitika sahəsində intensiv məktəb olmuşdur. Mən iri həcmli məlumatların idarə edilməsini, qanunauyğunluqların aşkar edilməsini və ən vacibi, rəqəmlərdən daha üstün olan insanları və onların ehtiyaclarını görməyi öyrənmişdim. Uberdə isə, yalnız strategiyanın kifayət etmədiyini - bu strategiyaların əsasını təşkil edən biznes proseslərini uyğunlaşdırmaq və genişləndirmək də eyni dərəcədə vacib olduğunu kəşf etmişdim. Yango – da bu bacarıqlar arasında balans qurmaq fürsətim oldu. Hazırda Azərbaycanda Yango Ride xidmətinin strateji inkişafını təkmilləşdirir, yerli komandaya rəhbərlik edirəm və tərəfdaş taksi parkları ilə əməkdaşlığı idarə edirəm.
Siz Yango Group texnologiya şirkətinin bir hissəsiniz. Göstərdiyiniz xidmətlərdən savayı şirkətin hansı işlərlə məşğul olduğu haqqında daha ətraflı məlumat verə bilərsinizmi?
2018 – ci ildə, Yango fəaliyyətinə yeni başlayan zaman yalnız onlayn taksi sifarişi xidməti göstərirdi. Xidmət göstərdiyi ilk bazarlar Afrikada Côte d’Ivoire, Avropada isə Finlandiya idi.
Məsələn, Azərbaycanda taksi sifarişi xidmətindən əlavə biz restoranlardan yemək sifarişlərinin çatdırılmasını, market alış verişlərinin çatdırılmasını və logistika xidmətlərini həyata keçiririk. Digər, məsələn orta Şərq kimi yerlərdə Yasminanı təkimilləşdiririk. Bu, ikidilli süni intellekt assistenti və Yango Play: ərəb dilində musiqi, seriallar və TV kanalları təklif edən əyləncə platformasıdır. Bundan əlavə, BƏƏ – də fəaliyyət göstərən avtomobil kirayəsi xidmətimiz, Yango Drive müştərilərə müxtəlif nəqliyyat vasitələrini, o cümlədən böyük rəğbət qazanmış Cybertruck avtomobilini kirayə götürməyi təklif edir. Latın Amerikası və Afrikada insanların məhsul ala və sata bildiyi platforma istifadəyə vermişik. Gördüyünüz kimi, hər bir bazar özünəməxsus hekayəyə malikdir və biz hər bir ölkənin sahib olduğu cəhətləri nəzərə alaraq, həmin ölkənin ehtiyaclarına uyğun xidmətlər tərtib edirik.
Cəmi altı il ərzində Yango tək məhsullu şirkətdən Orta Şərq, Avropa, Afrika və başqa yerlərdə, 30 ölkədən artıq məkanda müxtəlif xidmətlər təklif edən ekosistem təklif edir.
Yango öz xidmətlərini müxtəlif bazarlara necə uyğunlaşdırır? Bəzi nümunələrlə bölüşə bilərsinizmi?
Yango – da, biz hamıya eyni yanaşmanın uyğun olduğunu düşünmürük. Hər ölkə və hər bir şəhər unikaldır və ümumi həll yolları işə yaramaya bilər. Yango Ride – ın inkişafını müşahidə etdiyimiz Azərbaycanda biz, xidməti yerli hadisələrə və ehtiyaclara uyğunlaşdırmaq üçün daim təkmilləşdiririk. Məsələn, payızda keçirilən COP29 tədbiri ilə əlaqədar, komandamız tətbiqdə xüsusi tarif təqdim etdi, sürücülər üçün əlavə təlimlər təşkil etdi, ziyarətçilərin harada və necə sifariş edə biləcəyini başa düşməsi üçün hava limanı naviqasiyasını hazırladı və şəhər boyu təyin olunmuş götürmə zonaları yaratdı. Bundan başqa, Formula 1 Grand Prix Baku tədbiri üçün, biz Yango-ya real zamanda bağlanılan yolları və taksi sifarişi üçün əlverişli yerləri göstərən bir funksiya əlavə etdik. Hər il, biz şəhər yollarında tətbiq edilən məhdudiyyətləri əl ilə sistemə daxil edirik. Bu müddət ərzində biz həmçinin “Ən Sürətli” seçimini təqdim etdik, bu da sərnişinlərə bütün tariflərdə, hətta sıx tıxacda belə, ən yaxın mövcud avtomobili sürətlə tapmağa imkan verir. Bu xüsusiyyət çox populyarlaşdı, buna görə də onu tətbiqdə saxlamaq qərarına gəldik.
Bu cür hiperlokal yanaşma bütün bazarlarımızı və xidmətlərimizi əhatə edir. Məsələn, motosiklet taksiləri Latın Amerikasında inanılmaz dərəcədə məşhurdur, rişkalar isə daha çox Pakistanda istifadə edilir. Biz bu xidmətləri zamanında Yango-da təqdim etdik və onların daha geniş yayılması üçün reklam kampaniyalarımızı ardıcıl şəkildə davam etdiririk.
Yango super tətbiqi hər bir ölkəyə uyğunlaşdırılır. Bu zaman bizim əsas məqsədimiz hər yerdə eyni olaraq qalır – insanlara gündəlik işlərini həll etməyə yardmçı olmaq – xidmətlərimiz,onların xüsusiyyətləri və hətta istifadəçi interfeysi yerli tələbləri qarşılamaq üçün tərtib edilmişdir.
Azərbaycan bazarının digələrindən necə fərqləndiyi haqqında daha ətraflı məlumat verə biləsinizmi?
Azərbaycan yeni məhsulların böyük həvəslə qarşılandığı ən dinamik bazarlarımızdan biridir. Təkcə son bir il ərzində biz bir sıra yeni xidmətlər təqdim etmişik: naviqator – şəhər yollarındakı tıxacları və nəqliyyat axınını nəzərə alaraq avtomobil sürücülərinə marşrutlarını planlaşdırmağa kömək edir; ərzaqların və yeməklərin çatdırılması; nəqliyyat – ictimai nəqliyyatın planlaşdırılmasına və avtobusların gəliş vaxtını izləməyə kömək edən xidmət.
Nəticələr öz sözünü deyir: məsələn, dekabr ayında Bakıda Nəqliyyatdan 80 mindən çox insan istifadə edib—bu, payızla müqayisədə 50% daha çoxdur. Və bu sadəcə başlanğıcdır.
Məsələn, burada biz ilk dəfə sürücü üçün loyallıq proqramını və dərhal ödəniş etmə imkanını təqdim etdik. Azərbaycanda yaranmış digər fikir – sifarişlərin yekunlaşması üçün sürücülərə müxtəlif təkliflərin təqdim edilməsi və onlara seçimlərin verilməsidir – bu fikir də hal – hazırda müxtəlif ölkələrdə uğurla tətbiq edilir. Əlbəttə ki, bu cür təkmilləşdirmə, tərəfdaş taksi parklarımız olmadan mümkün olmazdı. Onlar bazarı yaxşı tanıyır və vaxtında geribildirim təqdim edirlər, bu da yeni təcrübələr və layihələr üçün yol açır.
Azərbaycan komandamızın hazırladığı uğurlu layihələr digər bazarlarda da tətbiq edilir.
Son bir il ərzində Azərbaycan taksi bazarında qanunvericilikdə edilmiş dəyişikliklər və yeni sürücü tələbləri də daxil olmaqla bir çox yeniliklər oldu. Bu dəyişikliklər sizin strategiyanıza və ümumilikdə biznesinizə necə təsir etdi?
Bu dəyişikliklərə cavab olaraq, ötən yaz tərəfdaşlarımıza avtomobil parklarını yeniləmək və yeni tənzimləmələrə uyğunlaşmaq üçün bir proqram təqdim etdik. Bunu dəstəkləmək üçün banklar və avtomobil satıcıları ilə dərhal tərəfdaşlıqlar qurduq, taksi parklarına kreditlər və icarə üçün əlverişli şərtlər təqdim etdik. Yalnız bir il ərzində biz və tərəfdaşlarımız 3,500-dən çox yeni avtomobil, o cümlədən hibridlər yollara çıxardıq və bu il daha 5,000 ədəd əlavə etməyi planlaşdırırıq.
Bundan başqa biz, dövlət agentlikləri ilə yaxından əməkdaşlıq edir və lisenziyalı sürücülərimizin sayını artırırıq. Xidmətlərimizə zəruri dəyişiklikləri edir və lisenziyalı sürücülürimizə bonus proqramı təqdim edirik. Bu səylər öz bəhrəsini verir: yanlış avtomobillərin gəlməsi ilə bağlı istifadəçi şikayətlərinin sayı azalmış və tətbiqdəkı geribildirimlərin 1%-dən azını təşkil edir.
Eyni zamanda, bu dəyişikliklər zamanı sürücülərin dəstəklənməsi çox vacibdir. Məsələn, bu yaxınlarda bir sürücünün yeni avtomobil qazandığı lotereya uduşu keçirmişik. Sürücülərin motivasiya edilməsi üçün biz, vaxtaşırı bu cür təşəbbüslər təkşil edirik. Bundan savayı, yayda biz "Sürücülərin Xəyalları" layihəsini təqdim etdik, burada sürücülər profilində yığıb saxladıqları xəyalları paylaşa bilərlər. Bu, təkcə sərnişinlərə sürücülər haqqında daha yaxşı təsəvvür yaratmadı, həm də verdikləri bəxşişin miqdarını artırdı.
Maraqlısı odur ki, Azərbaycan taksi bazarı dəyişərək bu sahəyə sərmayə etmək istəyənlər üçün daha da mənfəətli olur. Bəlkə də təəccüblənərsiniz ki, orta geri dönüş müddəti təxminən iki il təşkil edir, bu isə bir çox digər sahələrdə nisbətən əlverişlidir. Bu, inkişaf üçün yeni imkanlar açır və Azərbaycandakı xidmətin ümumi keyfiyyətini yaxşılaşdırır.
İşinizdə başqa hansı çətinliklərlə qarşılaşırsınız?
Onlayn xidmətlər sənayesi bizi daim yeni çağırışlara səsləyir. Bu fəaliyyət sahəsi sürətlə dəyişir, nəticədə həm çətinlik, həm də motivasiya mənbəyinə çevrilir. Sənaye ilə ayaqlaşmaq, tərəfdaşlar, sürücülər və sərnişinlərlə daim ünsiyyətdə olmaq, onların ehtiyaclarını diqqətlə dinləmək vacibdir. Buna görə də mən zamanımı yalnız ofisdə keçirməməyə, mütəmadi olaraq “sahəyə çıxmağa” və şəxsən sükan arxasına keçməyə çalışıram. Şirkətimizdə bunu “Sahəyə Get” adlandırırıq – bu təşəbbüs, vəzifəsindən və yerləşdiyi yerdən asılı olmayaraq, hər bir əməkdaşa müvafiq sənədləri təqdim etdiyi halda sürücü və ya kuryer kimi işləmə təcrübəsi qazanmaq imkanı yaradır.
Bu təşəbbüslər təkcə xidmətlərimizin necə işlədiyini daha dərindən anlamağa kömək etmir, eyni zamanda təkmilləşdirməyə ehtiyac duyulan sahələri də üzə çıxarır. Prosesi daha rahat, sürətli və səmərəli etmək üçün inkişaf imkanlarını müəyyən edərək davamlı təkmilləşməni təmin edirik. Məsələn, ilk dəfə sürücü kimi təcrübə qazandığım zaman sənədlərin yoxlanılması və ilk sifarişin təyin olunması prosesinin təxminən bir saat çəkdiyini gördüm. Bunun, sürücülər üçün əlverişsiz olduğu aşikar idi, çünki vaxt – pul deməkdir, həmçinin şirkətimizə də mənfi təsir göstərirdi, belə ki, bu gecikmə platformamızda ümumi istifadəçi təcrübəsinə mənfi təsir edirdi. Nəticədə, komanda ilə birlikdə həll yolu tapmaq üçün çalışdım və indi sənədlərin yoxlanılmasından ilk sifarişin qəbuluna qədər olan müddət 10 dəqiqədən çox çəkmir.
Başqa bir dəfə, bir qrup turisti aeroporta aparırdım və onlardan biri öz telefonunu avtomobildə unutmuşdu. Real şəraiti nəzə alsaq, fasiləsiz sifariş axını içində bu vəziyyəti idarə etmək gözlədiyimdən daha çətin oldu. İlk öncə telefonu onlara qaytarmağın ən yaxşı yolunu tapmaqda çətinlik çəkdim.
Yaşadığımız bu təcrübə, bizi sürücülər üçün mütəmadi məlumat qeydləri hazırlamağa sövq etdi. Bu qeydlərdə, nəqliyyat vasitələrində unudulmuş əşyalar tapdığı halda nə etməli olduqları barədə aydın təlimatlar verilir.
Sonda, Azərbaycanda Yango Ride-in arxasında duran komanda haqqında danışın.
Qlobal olaraq Yango Group - un bir neçə min işçisi var, Azərbaycanda isə mənim rəhbərlik etdiyim Yango Ride komandası 130 nəfərdən ibarətdir. Buraya əməliyyat mütəxəssisləri, marketinq menecerləri, dəstək komandası və digələri daxildir. Biz daim iş yerləri açır və bazarda istedadların inkişaf etdirilməsi üçün sərmayə edirik. Şirkət daxilində karyera yollarını əhəmiyyətli dərəcədə dəyişdirən komandamızın üzvlərinin ilham verici nümunələri mövcuddur. Onlardan bəzilər müştəri xidmətlərində işə başlayıb, sonradan tərəfdaşlarla iş və ya yeni xidmətlərin təkmilləşdirilməsi departamentin keçmişdilər. Bu xüsusilə əhəmiyyətlidir, belə ki, mən “öz yerində” başlayan insanların, məsələn tərəfdaşlarla necə uzunmüddətli əlaqələr qurmalı olduğunu yaxşı anladıqlarına inanıram.
Mən təşəbbüskarlıq və açıqlığı yüksək qiymətləndirirəm – bu Yango Group mədəniyyətinin bünövrəsini təşkil edir. Hər bir işçi öz təkliflərini, fikirlərini bildirməyə təşviq edilir və onları həyata keçirmək üçün məsuliyyətləndirilir. Mən komanda daxilində bunu aktiv şəkildə dəstəkləyir və görürəm ki, belə bir yanaşma bizə yeni həlləri sınaqdan keçirməyə və şəhərlərimizdə və ölkələrimizdəki insanların real ehtiyaclarını qarşılayan məhsullar inkişaf etdirməyə imkan verir.