Günlər daha soyuq keçir, külək isə əvvəlkindən də sərt əsir. Artıq payızı geridə qoymuşuq, bir fincan isti çay götürün və bu qış ehtiyacınız olacaq vasitələrlə – mənim sonuncu favoritlərimlə tanış olun. Enerji dolu qış səhərləri üçün altı addımlı rutinim belədir:
Addım 1: Duş öncəsi
Rutin bir gecə öncədən başlayır. Saçlarım hava dəyişikliklərinə qarşı çox həssas olduğundan, istər qızmar istilər, istərsə də, buz kimi küləklərdə, mən saçımın xilaskarı olan soyuq sıxım gənəgərçək yağı ilə başlayıram. Uzun və qalın saçlarımın dibinə 10-20 damcı, saçlarımın uzunluğu boyunca isə bunun ikiqat miqdarını istifadə edirəm, lakin bu hərkəsdə fərqli ola bilər. Gənəgərçək yağının həftədə iki dəfə saç diblərinə tətbiq etməyim saçlarım üçün dönüş nöqtəsi olmuşdur. Bu, daha qalın, parlaq və dərindən nəmləndirilmiş saçlar üçün mənim gizli silahımdır.
İpucu: Gənəgərçək yağı qatı olur. Əgər bu sizi narahat edirsə, onu daha yüngül yağlarla, məsələn rozmarin və ya kokos yağı ilə qarışdıraraq əlavə faydalar əldə edə bilərsiniz.
Addım 2: Saçlar
Mən şampun mövzusunda bir az seçiciyəm – üstünlük verdiyim şampun doğru teksturaya, keyfiyyətli inqredientlərə malik olmalı, yaxşı köpüklənməli və saçlarımda əsrarəngiz qoxu buraxmalıdır. Saysız – hesabsız təcrübələrimdən sonra Dolce Milk Hanna Banana All – in – one şampun və saç kondisionerini kəşf etdiyimə görə çox xoşbəxtəm. Qablaşdırmanı açdığım anda, kremli baban ətri xəyallarımı uşaqlıqda ən çox sevdiyim banan şirəsinə apardı. Bundan əlavə bu şampun saçlarımı qalınlaşdırır, parlaqlıq və inanılmaz yumşaqlıq bəxş edir. Kondisionerlə birlikdə istifadə etdikdə, soyuğun əmələ gətirdiyi quruluq artıq müzakirə mövzusu olmur. Əlavə qulluq üçün Juicy Stars Hair Musk with Chocolate – dən istifadə edirəm. Bu məhsul saçlarımı yumşaq və nəmli edir, onlara Paris şirniyyat evlərini xatırladan şokolad ətri bəxş edir.
İpucu: Dolce Milk Şampunlarının tərkibində paraben və sərt kimyəvi maddələr yoxdur – bundan əlavə bu şampunlar müxtəlif növ ətirlərlə istehsal edilir.
Addım 3: Bədən:
Juicy Stars Salted Caramel Duş geli mənim ən böyük zövqümdür. Təsəvvür edin ki, isti, karamel ətri sizin qucaqlayır və bütün gün sizinlə qalır. Bu mənim indiyə qədər istifadə etdiyim ən dadlı qoxan duş gelidir.
Duşdan sonra nəmi dərimdə saxlamaq üçün Nécessaire’s bədən losyonundan istifadə edirəm. Bu ətirsiz, vitaminlərlə zəngin, dəri quruluğunu aradan qaldıran məhsuldur. Bir qədər parlaqlıq istədiyim günlərdə Sol de Janeiro’s Brazilian Bum Bum kreminə üstünlük verirəm. Fıstıq – karamel ətri məni valeh edir, dərimdə yumşaq, hamar və parlaq iz buraxır.
İpucu: Yağ yoxsa losyon? Sol de Janeiro’s möhtəşəm qoxulu bədən losyonunu sınayın.
Addım 4: Dodaqlar
Qış dodaqlar üçün sərt ola bilər, bu səbəbdən də mən Laneige Lip Sleeping Mask in Vanilla – ya güvənirəm. Bu məhsul dodaqlarım üçün sanki yumşaq bir örtüyə çevrilməklə onları gecə boyu nəmləndirir. Tezhazırlanan DIY skrabı üçün maskanı çəkmədən əvvəl bal və qəhvəyi şəkəri qarışdıraraq əlavə yumşaqlıq əldə edə bilərsiniz.
Addım 5: Əlavələr
Qış rahatlıq fəslidir və kiçik dəb – dəbə böyük fərqlər yarada bilər. Diptyque Eau Rose Saç Mistinin bir neçə damcısı saçlarınıza tərvətli çiçək ətri bəxş edərək soyuq günlərdə görünüşünə mükəmməllik qatacaq.
Yekun nəticə
Bu qış dəri və saç baxım rutinim gündəlik əyləncəyə çevrilib. Bu yalnız quruluğu aradan qaldırmaq üçün deyil; bu baxım prosesindən zövq almaq və özünə qayğı göstərmək deməkdir. Bu zərif ətirlər və qidalandırıcı formullarla, özümü parlaq, rahat və qayğı ilə əhatələnmiş hiss edərək soyuq günlərə hazır oluram.
Juicy Stars and Dolce Milk – in bütün məhsullarını @flaminco.az- ın dörd mağazasından birində əldə edə bilərsiniz.
https://www.instagram.com/flaminco.az?igsh=cHhhM3lmc3RmYzN3