NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Ürəklə hazırlanıb. KARE tərəfindən istehsal edilib

Trendlərlə dolu dünyada KARE heç kimin biganə qala bilməyəcəyi parçalar yaradır. “Yaşamaq sevinci” fəlsəfəsi ilə, şirkət artıq 44 ildir ki, cəsarətli və əyləncəli dizaynlara imzasını atır.

NARGIS jurnalı ilə eksklüziv müsahibəsində həmtəsisçi və İcraçı Direktor (KARE – də bu vəzifə "Enerji və Optimizm Rəhbəri" (Chief in Energy and Optimism) mənasında işlənilir) Peter Schönhofen bizə ilhamın haradan qaynaqlandığını, sevincin, səyahətin və mədəniyyətlərin qovuşmasının hər bir kolleksiyanı necə formalaşdırdığını və brendin əsasını hansı dəyərlərin təşkil etdiyini izah edir.

Əsərlərinizi yaratmaq üçün ilhamı haradan alırsınız?
İlham mənbəyi gündəlik həyatdır. Və əlbəttə ki, biz həm də incəsənətdən və səyahətdən ilham alırıq. Mən hər il təxminən iki ay müxtəlif bazarları kəşf etmək və yeni yerləri araşdırmaq üçün səyahət edirəm. Məhsullarımızda müasir Afrika, Asiya və Avropa dizayn elementləri bir araya gəlir. Afrika barədə xüsusilə sevdiyimiz məqam optimizm duyğusudur. Onlar həmişə yaxşı əhval-ruhiyyədə olurlar. Bu dünyanın çox ehtiyacı olduğu bir şeydir. İnsanlar adətən ehtiyac olmadığı halda belə çox narahat olurlar. Buna görə də, işimizin bir hissəsi dizaynlarımız vasitəsi ilə sevinc bəxş etməkdir.

Tərz və funskionallıq balansını necə qoruyursunuz?
Biz funksionallığı prioritetləşdirmirik. Biz qeyri – adi dizayn axtarışında olan və əhatəsi – güc və enerji bəxş edən parçalar vasitəsi ilə özünü ifadə etməyi sevən müştərilərimizi prioritetləşdiririk. Təbii ki, parçalarımız funksionaldır, lakin onları həqiqi dəyəri yaratdıqları əhval- ruhiyyədə, sahiblərinə ruh yüksəkliyi və ya sevinc bəxş etməsindədir.Dünyada olan insanlar müxtəlif olduqları kimi, dizayn zövqləri də müxtəlifdir. Buna görə də biz diqqətimizi yalnız bir tərzə yönəltmirik. Hər mövsüm, 100 – dən çox parça təqdim edirik.

Mebel dizaynı dünyasında hansı trendi daha əhəmiyyətli hesab edirsiniz?
Biz heç vaxt trendlərə görə hərəkət etmirik. Bizim üçün əhəmiyyətli olan gündəlik həyatımızda istifadə etdiyimiz əşyalara daha çox rəng və emosiya qatmaqdır. Xüsusilə, indiki zamanda, münaqişə və davamlı pis xəbərlərlə dolu dünyada dizayn insalara optimizm bəxş etməlidir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

İtaldizaina dair hansı planlarınız var?
İtaldizain ilə mükəmməl əməkdaşlıq təsis etmişik və qarşıda bizi nələrin gözlədiyi üçün həyəcanlıyıq. Əməkdaşlığımızın daha da böyüməsi planlaşdırılır – bu, sadəcə başlanğıcdır. Gələn il belə, sizi təəccübləndirə bilərik.

Mebel dizaynerlərinə hansı tövsiyələri verə bilərsiniz?
Müştərilərinizə diqqət yetirin. Onların nələrə üstünlük verdiyini, nələri sevdiyini və nələrin onlara həqiqi sevinc bəxş etdiyini anlayın.

İşimizin bir hissəsi dizaynlarımız vasitəsi ilə sevinc bəxş etməkdir.