NARGIS
Ru En
NARGIS MAGAZINE
Sağlamlıq və Gözəllik

Unghie Estate Italiana: The Nail Trend That Feels Like a Roman Holiday

Gəlin belə bir səhnə təsəvvür edək: Günəş ətrafa alov saçır, pleylistinizdə İtaliya klassik musiqisi səslənir, bir əlində spritz, o biri əlində isə həsir çanta. Dırnaqlarınız? Yeni manikür olunub, par-par parıldayır, elə bil Kapridən göndərilmiş bir açıqcanın üstündə yer alıb. Bu Unghie Estate Italiana ruhudur – hər kəsin (haqlı olaraq) arzuladığı yay dırnaq trendi.
Özünü göstərməyə çalışmayan, amma yenə də diqqətləri üzərinə çəkən bir manikürdür. İtaliya yaylarının zərif cazibəsindən ilhamlanan bu dırnaqlar parlaqdır, yayı xatırladan, əyləncəli və azacıq nostalji ilə doludur. Sanki köhnə bir film və ya vintaj jurnal reklamıdır, amma bugünün dəbli qızları üçün yenidən meydana gəlib.
Bəs, bu görünüş nədən ibarətdir?
Söhbət günəşlənmiş tonlardan və təzəcə duşdan çıxmış kimi parlaq, şüşə kimi bir görünüşdən gedir. Koral, yanmış narıncı, şaftalı dondurması, Amalfi mavisi, limonçello sarısı — və ya sizə gün batımını, sitrus ağaclarını və hovuz kənarında meyvə yeməyi xatırladan istənilən rəng. Tam rəngli görünüşü və ya dırnaqlarına yüngül ton verən şəffaf və parlaqlığı da seçə bilərsiniz.
Bu trend təbii formalara üstünlük verir – badam formalı, qısa kəsilmiş, yüngülcə formaya salınmış, sağlam kutikulalar və təbii parıltılı dırnaqlar. Düşünün: artıq söz olmadan, sadəcə saf zövq. Bu görüntü “Mən hər zaman bu qədər səliqəli görünürəm” enerjisi ötürəcək

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Sevdiyimiz İtaliyadan ilham almış bəzi kombolar:
Terrakota əsas ton + limon sarısı vurğu dırnaq — sanki Cənubdan bir keramik plitə.
– Şaftalı çalarlı şəffaf çəhrayı örtük — şirəli, yüngül və incə.
– Dəniz mavisində mikro frans ucları — minimal, amma Aralıq dənizi ruhunda.
– Fərqli pastel dırnaqlar — araxis yaşılı, qaymaq, çiyələk və lavanda tonlarında — sanki gelato dəsti kimi.

Bəs Unghie Estate Italiana -nı əsl təntənəyə çevirən nədir?


Bu sadəcə rəng paleti deyil, bu əhval – ruhiyyədir. Daha yavaş, daha yumşaq, yay gözəlliyinə qarşı daha həssas. Günəşlənmiş dəri tonunda gözəl görünən dırnaqlar, əllərinizi tərpətdikdə işığı əks etdirəcək və sizi şəxsi İtaliya yayınınızın baş qəhrəmanına çevirəcək.

İstər ölkə xaricinə səyahət etdikdə, istərsə də evdə qaldıqda bu, manikürə yazılmanız, bəyəndiyiniz rəng tonu seçməniz və gözəllik rutininizi romantikləşdirməniz üçün bir işarədir. Unghie Estate Italiana mükəmməlliyyət deyil, həzz yaşatmaq üçün xidmət göstərir.

Və sonda: qızılı zinət əşyaları, kətan paltar, dağınıq toplanmış saçlar və dodaq yağı toxunuşu ilə uyğunlaşdırın. Sonra isə gedin və öz la dolce vita - nızın dadını çıxarın.