Həyatla bağlı bəzi fikirlərim... Bunu hər gün xatırlamağa və övladlarıma ötürməyə çalışıram.
• Həyat hər saniyə tamamilə dəyişə bilər, ona görə də özünüzə, heç kimə və heç nəyə laqeyd yanaşmayın.
• Əvvəlcə özünüzü, sonra isə sizə yaxşı davranan hər kəsi sevin.
• Siz ağzınızdan çıxan sözlərə əsasən digərlərindən fərqlənirsiniz, ona görə də nə zaman danışmamalı olduğunuzu öyrənməlisiniz.
• Heç vaxt öyrənməyi dayandırmayın – hətta 90 yaşında da öyrənməyə davam edin.
• Fədakar tərəf olmaqla həmişə daha çoxunu əldə edəcəksiniz.
• Düşüncələrinizi idarə edin, yoxsa düşüncələriniz sizi idarə edəcək.
• Güclü insanlar həmişə təvazökar olurlar, bundan utanmayın.
• Həyatınız səhər düşündüyünüz şeylərlə başlayır.
• Daim reallığınızı qəbul edin və özünüzü formalaşdırın.
• Heç vaxt hər kəsi razı sala bilməzsiniz – ilk növbədə özünüzü məmnun etməyə üstünlük verin.
• Bilmədiyimiz çox şey var.
• Hərəkət etməzdən əvvəl düşünün, amma hərəkətə keçərkən tərəddüd etməyin.
• Sağlamlığınıza, yeməyinizə, içdiyiniz suya və yatmağınıza diqqət edin.
• Siz heç vaxt tək deyilsiniz.
• Sizi güldürə bilən dostlar tapın.
• Heç kimin sizə heç bir borcu yoxdur.
• Mənim fikrimcə, dünyada valideynlərinizdən başqa heç kimə borcunuz yoxdur.
• Bəzən sizi ən çox sevdiyiniz insanlar incidər.
• Evlilik sadəcə hisslərdən daha artığıdır, lazım gəlsə döyüşməyə belə gedəcəyiniz bir partnyor tapın.
• Komfort zonanızda çox qalmaq sizi məhvə aparır.
• Həyat heç də həmişə ədalətli olmur, inamınızı itirməyin.
• Bağışlamaq sizi azad hala gətirəcək.
• Bağışlamaq asandır, unutmaq isə bir o qədər də yox.
• Övladınız sözlərinizi deyil, göstərdiyiniz nümunələri əsas götürəcək.
• Sizə qalan yalnız xatirələriniz olacaq.
• Səyahət edin.
• Yaddaşlarda yaxşı qalmağa çalışın və bacarırsınızsa, kiçik bir şeylə belə olsa, digərlərinin həyatını yaxşılığa doğru dəyişdirin... Gündə bir yaxşılıq edin.
Rеdaktorun gündəlikləri