NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Texnologiyalar aləmində yeniliklər

Avqustun 27-də Almatida möhtəşəm beş ulduzlu Ritz-Carlton otelində huawei şirkətinin mdb ölkələri üçün nəzərdə tutulmuş yeni modellərinin təqdimati keçirildi. Tədbir HUAWEI Qazaxistan nümayəndəliyinə dəstək məqsədilə təşkil edilmişdi. Təqdimati “HUAWEI Device”in mdb üzrə baş direktoru liyu yanq açdi.

Şirkətin ən qabaqcil texnoloji yeniliklərini sizə təqdim edirik.

HUAWEI Mate Xs 2: qatlanan smartfonlar sahəsində yenilik

Flaqman smartfon qatlana bilən klassik dizayna, yüngül incə korpusa, təbii rəng ötürücülüyünə malik 7,8 düymlük qatlanan displeyə, həmçinin foto keyfiyyətini tamamilə yeni səviyyəyə çıxaran HUAWEI XD optikasını dəstəkləyən 50 meqapiksellik sistemə malikdir. İnnovativ Falcon Wing ikili dönmə texnologiyası ekran üzərindəki qatları faktiki olaraq görünməz edir. Kamera HUAWEI XD Fusion Pro True-Chroma təsvir emalı mexanizmi, 10 kanallı multispektral sensor və tam P3 rəng qammasında 2000-dən çox rəng kalibrlənməsi ilə təchiz olunub.

HUAWEI MateBook X Pro: ultra-müasir dizayn, yüksək performans

Yüngül, hamar metal korpuslu yeni flaqman noutbuk. Cihaz 14,2 düymlük HUAWEI Real Color bütöv ekran displeyinə və TÜV Rheinland Eye Comfort 3.0 sertifikatına malikdir və universal rəng ötürmə texnologiyasını dəstəkləyir. Bundan əlavə, məhsul Super Turbo, Super Device və AI Camera innovativ funksiyalar dəsti ilə təchiz olunmuşdur.

HUAWEI MateBook D16: yüngül korpusda super performans

Noutbukda gözün mühafizəsi texnologiyasına malik 16 düymlük HUAWEI FullView displey, 40 Vt-a qədər TDP ilə işləyən i7-12700H ilə təchiz edilmiş güclü 12-ci Nəsil Intel® CoreTM H seriyalı prosessor, iki kanallı operativ yaddaş - RAM və çoxtapşırıqlılıq şəraitində səmərəli olan yüksək sürətli SSD var.

HUAWEI MatePad Pro: parlaq displey və HUAWEI SOUND® texnologiyası

449 qram ağırlığında və 5,9 mm qalınlığında olan bu planşet 120 Hz yeniləmə tezliyi və HUAWEI SOUND® texnologiyalı 11 düymlük HUAWEI FullView OLED displeyinə malikdir. Stereo Vibe və Ultra-Bass texnologiyalarını dəstəkləyən, yüksək və aşağı tezliklərdə səs ayırıcılığına görə bölünən altı dinamik səs keyfiyyətini xeyli artırır.

HUAWEI FreeBuds Pro 2: üçlü adaptiv ekvalayzer ilə mükəmməl səslənmə

Qulaqlıqlar iki drayverin işini intellektual şəkildə koordinasiya edən, onların mükəmməl uzlaşmasını və yüksək səs keyfiyyətini təmin edən unikal Ultra-hearing True Sound Dual Driver səs sistemi ilə təchiz edilmişdir. Düz səthli diafraqma yüksək tezlikləri və obertonları daha parlaq şəkildə əks etdirir.

Tədbirin sonunda qonaqları və tamaşaçıları Respublika Sarayının qarşısındakı Abay meydanına dəvət etdilər. Orada açıq səma altında M'Dee, JCS, Yenlik və The Limba kimi məşhur Qazaxıstan artistlərinin iştirakı ilə musiqili konsert keçirildi.

Tədbir çərçivəsində bir sıra qiymətli hədiyyələr də oynanıldı: onlayn-translyasiyanı izləyənlər arasında HUAWEI Mate Xs 2 smartfonu və HUAWEI MateBook D16 noutbuku, konsert ziyarətçiləri arasında isə HUAWEI Band 7 smart fitnes qolbağı oynanıldı.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/