NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

"Hər şeyin nəzəriyyəsi" və ya "Heç nəyin nəzəriyyəsi"

“Allahın bu dünyanı necə yaratdığını bilmək istəyirəm, – 1925-ci ildə Eynşteyn Ester Salaman adlı gənc bir tələbəyə belə deyir - Elementlər spektrində təzahür olunan bu və ya digər hadisələr mənə maraqlı deyil. Mən onun fikirlərini bilmək istəyirəm – qalanı yalnız detallardır”.

Mən bilmirəm… Tək bir şeyi bilirəm ki, heç nə bilmirəm! Ancaq həyatda irəliləməyim üçün mənə güc və enerji verən stimul məhz budur... Dünya Yer kürəsində yaşam üçün zəruri olan müxtəlif dövri sistemlərlə doludur. Bu sistemlər incəliklə tarazlanıb: hər biri digər sistemlərin işini pozmadan öz inkişaf dövrünü təkrarlayır. İnsan orqanizmi də eyni prinsip üzərində işləyir. Su buxarlanıb, yağış kimi geri qayıtmadığında nələrin ola biləcəyini təsəvvür edin! Və ya atmosferdə yanmış oksigenin əvəzlənmədiyini! Və ya qızğın vulkanın fasiləsiz Yer səthinə püskürməsini! Bu ssenarilərin heç birində planetimizdə bələd olduğumuz həyat mövcud ola bilməzdi.
Varlığımızı təmin edən bütün bu sistemlərin təsadüfən yarandığını deyə bilərikmi? Bu böyük ehtimalla səhv olardı. Tarazlıq yalnız Yer üzündə deyil, bütün Kainatda var. Sistemin olmadığına və həyatımızın bir təsadüf zəncirinin nəticəsi olduğuna inanan hər kəs yəqin ki, ya gənc, ya sadəlövh, ya da ciddiyyətsiz biridir. Dünyadakı hər şey − həm hansısa bir təyyarədəki və ya avtomobildəki mexanizmlərin işi, həm insanlarda və hər hansı bir canlı orqanizmdə həyat təhlükəsizliyinin təminatı prosesləri, həm bizi əhatə edən təbiətdə və bütün kosmosdakı dövrilik - sistemli bir xarakter daşıyır və vahid fiziki qanunlara tabedir. Müxtəlif canlı növlərin qarşılıqlı asılılığı da bunu sübut edir, bizim üçün bu, adi haldır!
Kiçik bir nümunə verim: çiçək və onu tozlandıran həşəratlar. Hər ikisi də bu əlaqədən faydalanır. Həşərat çiçəyin tozlanmasına kömək edərək qida əldə edir. Bu təsadüfdürmü?
Biz səbəbsiz yerə bir-birimizlə bağlı deyilik. Bu dünyanın dəyərini bilin! Bir-birinizin dəyərini bilin!

Ülviyyə Mahmudova,
Baş redaktor