NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

Dizayn Dünyasında Strateji Alyans: Villeroy & Boch və Italdizain Azərbaycanda 25 illik tərəfdaşlığını qeyd edir

2024 – cü ildə Villeroy & Boch butiki möhtəşəm hadisəni qeyd edir – məşhur Avropa brendinin Azərbaycanla əməkdaşlıq tarixi 1999 – cu ildən başlayır.

Bu əməkdaşlığın təşəbbüskarı və aktiv iştirakçısı kimi İtaldizain şirkəti çıxış etmişdi. Bu şirkət bu günədək əfsanəvi Villeroy & Boch brendini ölkəmizdə təmsil edir.

Əsrin dörddə birini əhatə edən əməkdaşlıq, əsl qarşılıqlı ehtiram simvolu və etibarlı iş və yaradıcı müttəfiqlik nümunəsidir. Villeroy & Boch kimi zəngin tarixə malik brend üçün bu xüsusilə vacibdir. “İtaldizain – nın simasında etibarlı və zamanla sınanmış tərəfdaş tapdıq. 25 il ərzində əməkdaşlığımız qarşılıqlı etibara və ümumi dəyərlərə əsaslanıb. Bu da bizə, Azərbayca müştərilərimizə göstərdiyimiz xidmətin ən yüksək standartlara çatmasına şərait yaradıb” - Villeroy & Boch satış direktoru, Andreas Şenfelder bildirmişdir. Keçən il brendin əlamətdar tarixi qeyd etməsi də simvolik hadisədir: şirkətin 275 yaşı tamam oldu.

  •  
  •  
  •  
/


Ailə çini emalatxanası, Lotaringiya sakini, sarayda polad işi ilə məşğul olan və hökmdar bombardiri olmuş Fransua Boş tərəfindən 1748 -ci ildə təsis edilmişdir. Yüksək keyfiyyəti, nəfis dizaynı və geniş auritoriya üçün daha əlçatan olmasına görə çini qab – qacaq qısa zaman ərzində rəğbət qazanmışdı. Qısa zaman ərzində Fransua və onun oğulları çini istehsalı sənətinin incəliklərinə yiyələnmiş və ailə biznesi uğurlu müəssisəyə çevirmişdi. Təxminən üç yüz il sonra bu müəssisə zəngin tarixə malik və məhsulları 125 ölkədə təqdim olunan çini sənət sahəsində dəb diktatoru olan brendə çevrildi. 1999 – cu ildən etibarən isə brendin siyahısına Azərbaycan da əlavə olundu.
Italdizain Bakıda brendin ilk butikini açdıqda, azərbaycanlılar Avropanın əfsanəvi istehsalçısının möhtəşəm məhsullarını öz gözləri ilə gördülər. Əsrarəngiz çini məmulatlarının çeşidi – güldanlar və servizlər, çay və qəhvə dəstləri – dörddə bir əsr müddətində yeddi dəfə artdı, butik isə öz ölçülərini genişləndirdi və hətta ikinci satış nöqtəsini də açdı.

Villeroy & Boch – un füsünkar sənət nümunələri Azərbaycanda sadiq pərəstişkarlarını tapdı. Şirkət nəinki öz müştəri bazasını formalaşdırdı, həmçinin də müştəriləri ilə qarşılıqlı etibara, ehtirama və ümumi dəyərlərə əsaslanmış dost münasibətləri qurdu.

“Azərbaycanlılar çox ailə yönümlüdürlər, bu da dekor seçiminə böyük təsir göstərir. Burada əsas tələbat French Gardens və Audun kimi klassik kolleksiyalarımızadır”, - Andreas Şenfelder əlavə etdi.

İtaldizain – nin simasında, şirkət etibarlı, zamanla sınanmış və hər bir vəziyyətdə güvənə biləcəyi tərəfdaş tapdı. Bədii zövqün inkişafı, estetik üfüqlərin genişləndirilməsi və çini sənətinin tarixinə qərq olma – İtaldizain və Villeroy & Boch – u artıq uzun illərdir ki, birləşdirən məqsədlər və istiqamətlərdir.

Tərəfdaşlar onlarla birgə layihə, süfrənin bəzədilməsi üzrə mater – klass, həmçinin, tətbiqi sənətin tarixinə və süfrə bəzədilməsinin müasir tendensiyalarına həsr edilmiş təhsil və təlim tədbirləri təşkil etmiş və həyata keçirmişdi. Əlamətdar hadisələr arasında – heydər Əliyev fondunun vitse – prezidenti, istedadlı rəssam Leyla Əliyeva ilə əməkdaşlığı da göstərmək olar. Leyla xanım brendin 270 illiyinə həsr edilmiş məşhur “Yeni dalğa” seriyasının çərçivəsində eksklüziv fincan dizaynları üzərində çalışmışdı.

275 illiyi qeyd edilən ildə Villeroy & Boch tanınmış azərbaycanlı influenserləri Mettlach, Almaniyada yerləşən müəssisəni ziyarət etməyə dəvət etmişdi. Bu layihə sayəsində influenserlər brendin zəngin tarixi qərq olmuş, yerli sənətkarların əziyyətli və virtuoz işi ilə şəxsən tanış olmuşlar.

Qız qalasının önündəki meydanda yerləşmiş yeni il şam ağacının Villeroy & Boch çini boşqabları ilə bəzədilməsi, Bakıda qeyd edilən qış bayramlarının ayrılmaz hissəsinə çevrilmişdi. Şam ağacının dekoru hər il yenilənərək, şəhər sakinlərinə və qonaqlara bayram əhval – ruhiyyəsi bəxş edir. 2024 – cü ilin dekabr ayında bu ənənə yeni şam ağacı oyuncaqları kolleksiyası ilə davam etdiriləcəkdir.

Sizi Villeroy & Boch butiklərinə baş çəkməyə, alman çini qab – qacaq istehsalçısının füsünkar kolleksiyalarla tanış olmağa və interyerinizi bəzəyəcək və ya dostlarınız və yaxınlarınız üçün möhtəşəm hədiyyəyə çevriləcək seçimlərinizi etməyə dəvət edir.


Ünvan və əlaqə üçün telefon nömrələri:
Villeroy &Boch Butik, 28 May küçəsi, 22A
+994124980333 /+994512445267
Villeroy &Boch Butik, Hüseyn Cavid prospekti 22
+994125109126 / +994505540204

Villeroy & Boch brendi və onun kolleksiyaları haqqında daha çox məlumat almaq üçün saytı ziyarət edin: : https://italdizain.az/ru/brands/villeroy-boch