NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

NARGIS ilə günəşli bir gün

İyunun 2-də baş redaktor Ülviyyə Mahmud başda olmaqla “NARGIS” jurnalının komandası “Qayğı - Sağlam Nəsil Naminə” ictimai birliyinin nəzdində Daun sindromlu şəxslərin reabilitasiya mərkəzində “günəşli bir gün” keçirdilər.

“NARGIS” jurnalının əsas ilham pərisi və baş redaktoru Ülviyyə Mahmudun təşəbbüsü ilə Daun sindromlu uşaqlar iyun buraxılışının üzqabığının qəhrəmanı oldular. Jurnal işıq üzü görən kimi komandamız "günəşin övladları"nı Uşaqların Müdafiəsi Günü münasibətilə təbrik etmək və jurnalı onlara hədiyyə etmək üçün “Qayğı - Sağlam Nəsil Naminə” ictimai birliyinin nəzdində Daun sindromlu şəxslərin reabilitasiya mərkəzinə yollandı.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Uşaqlar qonaqları sevinclə qarşıladılar - teatrın səhnəsində mürəkkəb elementləri olan iki əyləncəli rəqs səhnələşdirildi: salto, djembe alətində ifa və bütün bunlar inanılmaz rəngarəng və qeyri-adi geyimlərdə! Çıxışdan dərhal sonra bütün uşaqlara hədiyyələr təqdim olundu və birlikdə xatirə fotosu çəkildi.

Tədbirdən sonra Ülviyyə Mahmud yaradıcı inkişaf otaqlarına və hazırlıq kurslarına baş çəkərək mərkəzin fəaliyyəti ilə tanış oldu. O, yaradıcılıq prosesində iştirak edərək "günəşin övladları" ilə vaxt keçirdi: birlikdə rəsm çəkdilər, söhbət etdilər, uşaqlar öz maraqlarını bölüşdülər, xalçaçılıq, heykəltəraşlıq, pianoda ifa bacarıqlarını nümayiş etdirdilər.

Daun sindromlu şəxslər üçün reabilitasiya mərkəzi Fondun təşəbbüsü ilə 2013-cü ildə yaradılıb. Burada müxtəlif fənlər üzrə kurslar, yeni başlayan heykəltəraşlar, xalçaçılar və rəssamlar üçün dərnəklər, həmçinin kompüter, idman zalları, üzgüçülük hovuzu, valideynlər üçün otaq, loqoped kabineti, kinoteatr və teatr salonu var.